Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb. Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir. Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.
Monoloq (1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Texnoloq (qəzet)
"Texnoloq" qəzeti - Azərbaycan Texnologiya Universitetinin qəzeti AzTU-nun çoxtirajlı “Texnoloq” qəzeti 1983-cü ildən fəaliyyətə başlamışdır. Təhsilin texnoloji təminatı, universitetdə informasiya-təhsil mühitinin formalaşması, tədris texnologiyalarının hazırlanması məsələləri “Texnoloq”un daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Qəzet indi yeni təhsil siyasəti ilə əlaqədar nəzərdə tutulmuş işlərin necə həyata keçirilməsi barədə kollektivin üzvlərini məlumatlandırır və problemləri onların müzakirəsinə çıxarır. Qəzet ayda bir dəfə 300 tirajla çap olunur.
Monoloq (film, 1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Bernard Martin (ekoloq)
Martin Bernard (ing. Bernard Martin) — Kanadalı balıqçı və ekoloq. 1999-cu ildə Ətraf Mühitin Mühafizəsi üzrə Qoldman mükafatına layiq görülüb. Martin Nyufaundlend ştatının Petti Harbor Maddox Kouv şəhərində balıqçı ailəsində anadan olub. Ailəsi artıq dörd nəsildir ki, treska ovu ilə məşğul olmağa davam edir. Treska ovu uzun əsrlər boyu Nyufaundlenddə həyat tərzi olmuşdur, lakin İkinci Dünya müharibəsindən sonra sənaye həddən artıq balıq ovu və ətraf mühitin deqradasiyası balıqçılıq sahəsinə ciddi ziyan vurur. Nəticədə treska balıqlarının sayı kəskin şəkildə azalır. Martin və digər balıqçılar ovların azaldığını görür və vəziyyətlə bağlı hökuməti xəbərdar edirlər. Onlar ümid edirlər ki, treska ovu kvotalarının azaldılması ovların azalmasının qarşısını almağa kömək edəcək. Onlar Petti Harbor Maddox Kouv şəhəri ətrafında qorunan balıqçılıq ərazisi qururlar və 1983-cü ildə treska balıqlarının kommersiya ovlanmasına nəzarət etmək üçün Balıqçılar Kooperativini təşkil edirlər.
Trakiya və Makedoniya xalq incəsənət və etnoloji muzeyi
Trakiya və Makedonya xalq incəsənət və etnoloji muzeyi Salonikidə, Mərkəzi Makedoniyada, Yunanıstanda yerləşir. 1973-cü ildə Makedon Təhsil Assosiasiyası tərəfindən muzeyin əsası qoyuldu. Muzey Köhnə Hökumət Evi və ya digər adı ilə bankir Ceykob Modiano üçün 1906-cı ildə yahudi memar Eli Modiano tərəfindən dəniz sahilində 5 hektarlıq ərazidə tikilmiş Modiano Villasında yerləşir. Bina 4 mərtəbədən ibarətdir. Bu 4 mərtəbəni zirzəmi, 2 orta mərtəbə və çardaq təşkil edir. Memarlıq baxımından modern üslubun güclü təsir etdiyi eklektik quruluşa malikdir. Xüsusilə təsirli olan dəniz mənzərəsi olan 2 ədəd eyvandır. Muzey Makedoniya və Trakiya şəhərlərində ənənəvi mədəniyyətin qalıqlarını toplayır, tədqiq edir və öyrənir, daha sonra isə müvəqqəti olaraq sərgilərdə ictimaiyyətə təqdim edir. Muzeyin kolleksiyaları təqribən 15000 əşyadan ibarətdir (toxunmuş tekstillər, naxışlar, yerli geyimlər, alətlər, silahlar, məişət əşyaları, musiqi alətləri və ağac oyma nümunələri və metal emalı avadanlıqları). Həmçinin, xüsusi kitabxanası, foto arxivi, qeyd kitabxanası və səs kitabxanası var.