Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alvar
ToponimlərAlvar (kommuna)
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.
11 yanvar
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1569 — İngiltərədə ilk dəfə lotoreya qeyd olunub. === 1601–1900 === 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. === 1901–cari === 1985 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. 1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. === Azərbaycana aid hadisələr === 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. 1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 yanvar
13 yanvar — Qriqorian təqvimində ilin 13-cü günü. Bu tarixdə ilin sonuna 352 gün (uzun ildə 353 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 27 — Oktavian Avqust dövləti Senatın və xalqın sərbəst sərəncamına verib. O, on il müddətinə İspaniya, Qaul və Suriyanı öz əyaləti kimi idarə edib. === 1601–1900 === 1900 — Çex millətçiliyinə qarşı mübarizə aparmaq üçün, imperator I Frans İosif Almaniyanın imperiya ordusunda alman dilini rəsmi edib. === 1901–cari === 1968 — Conni Keş Folsom Dövlət Həbsxanasında çıxış edib. 2020 — ABŞ-də ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1813 — Rusiya imperiyasının əsgərləri Talış xanlığının paytaxtı Lənkəran şəhərini işğal edib.
14 yanvar
14 yanvar — Qriqorian təqvimində ilin 14-cü günü. Bu tarixdə ilin sonuna 351 gün (uzun ildə 352 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Cakomo Puççininin "Toska" operası Romada səhnəyə qoyulub. === 1901–cari === 1939 — Norveç Kraliça Mod Torpağına Antarktidada iddia edib. 1953 — İosip Broz Tito Yuqoslaviyanın ilk prezidenti seçilib. === Azərbaycana aid hadisələr === 1982 — Şuşada Vaqif türbəsinin açılış mərasimi olub. 1992 Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulmuşdur. Bolqarıstan Azərbaycanın müstəqilliyini tanımışdır. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
15 yanvar
15 yanvar — Qriqorian təqvimində ilin 15-ci günü. Bu tarixdə ilin sonuna 350 gün (uzun ildə 351 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1559 — I Elizabet Vestminster abbatlığında İngiltərənin şahzadəsi olub. === 1601–1900 === 1759 — Britaniya muzeyi xalqa açılıb. 1892 — Ceyms Neysmit basketbolun qaydalarını nəşr edib. === 1901–cari === 2001 — Vikipediya fəaliyyətə başlayıb. === Azərbaycana aid hadisələr === 1990 — Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib. 1992 — Avstriya Azərbaycanın müstəqilliyini tanımışdır. 1997 — Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulmuşdur.
19 yanvar
19 yanvar — Qriqorian təqvimində ilin 19-cu günü. Bu tarixdə ilin sonuna 346 gün (uzun ildə 347 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1419 — Yüzillik müharibə: Ruan şəhəri İngiltərə kralı V Henriyə təslim olur və o, Normandiyanın yenidən fəthini tamamlayır. === 1601–1900 === === 1901–cari === 1983 — Nasist müharibə cinayətkarı Klaus Barbi Boliviyada həbs edilib. 2012 — Honqkonqda yerləşən Megaupload fayl paylaşım saytı Federal Təhqiqat Bürosu tərəfindən bağlanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Sovet İttifaqının qoşun hissələri Bakı və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı şiddətlı basqın edib. 1992 — İslandiya Azərbaycanın müstəqilliyini tanımışdır. 1993 — Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələr qurulmuşdur. 2019 — Bakıda siyasi məhbuslara dəstək etirazı keçmişdir.
1 yanvar
1 yanvar — Qriqorian təqvimində ilin 1-ci günü. Bu tarixdə ilin sonuna 364 gün (uzun ildə 365 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1502 — Braziliyanın Rio de Janeiro şəhərinin indiki yeri, ilk olaraq Portuqallar tərəfindən araşdırılıb. === 1601–1900 === 1600 — Şotlandiya 25 mart əvəzinə, yanvarın 1-ni ilin başlanğıcı kimi tanıyıb. 1651 — II Karl Şotlandiyanın kralı olub. === 1901–cari === 1912 — Çin Respublikası qurulub. 1942 — Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi iyirmi altı ölkə tərəfindən imzalanmışdır. 1971 — ABŞ televiziyasında siqaret reklamı qadağan edilib. 1984 — Bruney Birləşmiş Krallıqdan müstəqil olub.
27 yanvar
27 yanvar — Qriqorian təqvimində ilin 27-ci günü. Bu tarixdə ilin sonuna 338 gün (uzun ildə 339 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1302 — Dante Aliqyeri qiyabi olaraq qınanılır və Florensiyadan sürgün edilib. === 1601–1900 === 1606 — Barıt sui-qəsdi: Qay Foks və digər sui-qəsdçilərin mühakiməsi başlayaraq, 31 yanvarda onların edam olunması ilə başa çatıb. 1880 — Tomas Edison elektrik lampasının patentini yaradıb. === 1901–cari === 1935 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1945 — İkinci Dünya Müharibəsi: 872 gündən sonra Leninqradın blokadası ləğv olunmuşdur. 1945 — İkinci Dünya Müharibəsi: Sovet 322-ci Atıcı Diviziyası Auşvitz həbs düşərgəsində qalan məhbusları azad edib. 1967 — Soyuq müharibə: SSRİ, ABŞ və Böyük Britaniya Vaşinqtonda Xarici Kosmos Müqaviləsini imzalamışdır.
28 yanvar
28 yanvar — Qriqorian təqvimində ilin 28-ci günü. Bu tarixdə ilin sonuna 337 gün (uzun ildə 338 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 98 — Trayan Kölndə Roma imperatoru elan edilib. === 1601–1900 === 1813 — Ceyn Ostinin "Qürur və qərəz" əsəri ilk dəfə Böyük Britaniya nəşr edilib. === 1901–cari === 1958 — Lego şirkəti hələ də bu gün istehsal olunan kərpiclərlə uyğun gələn Lego kərpiclərinin dizaynını patentləşdirmişdir. 1986 — Kosmik məkik "Challenger" havaya qalxdıqdan sonra parçalanmış, göyərtəsində olan yeddi astronavtın hamısı həlak olmuşdur. === Azərbaycana aid hadisələr === 1923 — "Azərbaycan" ədəbiyyat jurnalı nəşr olunub. 1992 — Qarabağ müharibəsi: Şuşa yaxınlığında Mi-8 helikopteri erməni terrorçuları tərəfindən vurulub. 2004 — İsrafil Aşurlı Cənubi Amerikanın ən yüksək dağı olan Akonkaquaya çıxan ilk azərbaycanlı olmuşdur.
29 yanvar
29 yanvar — Qriqorian təqvimində ilin 29-cu günü. Bu tarixdə ilin sonuna 336 gün (uzun ildə 337 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1845 — Edqar Allan Ponun "Quzğun" əsəri ilk dəfə Nyu-Yorkda "The Evening Mirror" qəzətində nəşr edilib. 1861 — Kanzas ABŞ-nin 34-cü ştatı olub. 1886 — Karl Benz ilk uğurlu benzinlə işləyən avtomobili patentləşdirmişdir. === 1901–cari === 1964 — IX Qış Olimpiya Oyunları İnsbrukda keçirilib. 1996 — Prezident Jak Şirak Fransanın nüvə silahı sınaqlarına "qəti son" qoyulduğunu elan edib. 2011 — Yaponiya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2020 — Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə COVID-19 qeydə alınıb.
2 yanvar
2 yanvar — Qriqorian təqvimində ilin 2-ci günü. Bu tarixdə ilin sonuna 363 gün (uzun ildə 364 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 20 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1492 — Rekonkista: İspaniyada son güclü Mavr hakimiyyəti olan Qranada əmirliyi təslim olub. === 1601–1900 === 1788 — Corciya ABŞ-nin 4-cü ştatı olub. 1839 — Lui Dager Ayın ilk fotoşəkilini çəkib. === 1901–cari === 1942 — Yaponiya qoşunları Manilanı işğal edib. 1967 — Ronald Reyqan Kaliforniyanın qubernatoru seçilib. 2022 — Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar, daha sonra bütün Qazaxıstana yayılmışdır. === Azərbaycana aid hadisələr === 1842 — Bakı şəhərində 5 ballıq zəlzələ olub.
30 yanvar
30 yanvar — Qriqorian təqvimində ilin 30-cu günü. Bu tarixdə ilin sonuna 335 gün (uzun ildə 336 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 17 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1018 — Polşa və Müqəddəs Roma İmperiyası arasında Bautzen sülhü razılaşdırılıb. === 1601–1900 === === 1901–cari === 1933 — Adolf Hitler Almaniyanın kansleri olmuşdur. 1948 — V Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib. 1969 — Londonda Apple Records-un damında The Beatles qrupunun son ictimai çıxışı olmuşdur. 1972 — Şimali İrlandiya konflikti: Qanlı bazar günü: Şimali İrlandiyanın Derri şəhərində Britaniya əsgərləri 13 silahsız etirazçını öldürmüşdür. 2020 — Filippində ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub.
31 yanvar
31 yanvar — Qriqorian təqvimində ilin 31-ci günü. Bu tarixdə ilin sonuna 334 gün (uzun ildə 335 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1996 — Kolomboda Şri-Lanka Mərkəzi Bankının qapısına partlayıcı ilə dolu yük maşınının girməsi nəticəsində 91 nəfər həlak olmuş, 1400 nəfər yaralanmışdır. 2010 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2015 — Avstraliya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2020 Böyük Britaniyanın Avropa İttifaqı daxilində üzvlüyü 50-ci maddəyə uyğun olaraq, 47 il üzv dövlət olduqdan sonra dayandırılıb. İngiltərə, İspaniya, İtaliya və Rusiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1902 — Şamaxıda 6.9 bal gücündə zəlzələ baş vermişdir.
4 yanvar
4 yanvar — Qriqorian təqvimində ilin 4-cü günü. Bu tarixdə ilin sonuna 361 gün (uzun ildə 362 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 22 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1896 — Yuta ABŞ-nin 45-ci ştatı olub. === 1901–cari === 1959 — Luna 1 — Ayın yaxınlığına çatan ilk kosmik gəmi olub. 2004 — Mixail Saakaşvili Gürcüstanın prezidenti seçilib. 2010 — Hal-hazırda dünyanın ən hündür tikilisi olan Bürc Xəlifənin rəsmi olaraq Dubayda açılışı keçirilib. === Azərbaycana aid hadisələr === 1958 — Marinski teatrında Qara Qarayevin "İldırımlı yollarla" baletinin premyerası keçirilmişdir. 1992 — Albaniya Azərbaycanın müstəqilliyini tanımışdır. 2021 — Qarabağ Dirçəliş Fondu təsis edilib.
5 yanvar
5 yanvar — Qriqorian təqvimində ilin 5-ci günü. Bu tarixdə ilin sonuna 360 gün (uzun ildə 361 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 23 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1781 — ABŞ İstiqlal müharibəsi: Virciniya ştatının Riçmond şəhəri Benedikt Arnoldun rəhbərlik etdiyi Britaniya dəniz qüvvələri tərəfindən yandırılıb. 1875 — Parisdə Qarnye Sarayı açılış mərasimi keçirilib. 1895 — Dreyfus işi: Fransız ordusunun zabiti Alfred Dreyfus rütbəsindən məhrum edilir və İblis adasında ömürlük həbs cəzasına məhkum edilib. === 1901–cari === 1924 — VIII Yay Olimpiya Oyunları Parisdə keçirilib. 1944 — Daily Mail Atlantik okeanının hər iki tərəfində nəşr olunan ilk böyük London qəzeti olub. 1991 — Cənubi Osetiya müharibəsi: Gürcüstanın qüvvələri Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil olmuşdur. === Azərbaycana aid hadisələr === 2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.
8 yanvar
8 yanvar — Qriqorian təqvimində ilin 8-ci günü. Bu tarixdə ilin sonuna 357 gün (uzun ildə 358 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 26 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1547 — Litva dilində ilk kitab olan Martinas Majvidasın katexizmi Köniqsberqdə nəşr olunub. === 1601–1900 === 1900 — ABŞ prezidenti Vilyam Mak-Kinli Alyaskanı hərbi idarəetmə altına alıb. === 1901–cari === 1918 — ABŞ Prezidenti Vudro Vilson Birinci Dünya Müharibəsindən sonrakı vəziyyətlə bağlı özünün "14 maddəsi"ni açıqlayıb. 1926 — Əbdüləziz bin Əbdürrəhman əs-Səud Hicazın kralı olub. 1940 — İkinci Dünya müharibəsi: Böyük Britaniya qida rasionunu tətbiq edib. 1959 — Şarl de Qoll Beşinci Fransa Respublikasının ilk prezidenti elan edilib. 1973 — Votergeyt qalmaqalı: ABŞ Demokrat Partiyasının Votergeytdəki qərargahına qanunsuz daxil olmaqda ittiham olunan yeddi nəfərin məhkəməsi başlamışdır.
Anbar (Bukan)
Anbar (fars. انبار‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (36 ailə).
Andar xan
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər.