Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsli
Müsli, məşhur səhər yeməyində yeyilən dənli bitkilərdən hazırlanmış yeməkdir. Adı İsveçrə Almancasında əzmə və ya sıyıq mənasını verən Mües sözündən yaranan Müsli, 1900-cü ildə həkim və diyetoloq Dr. Maksimilian Oskar Bircher-Benner tərəfindən aşkar edilmişdir. Bircher-Brenner, Sürixdəki xüsusi klinikasında xəstələr üçün hazırladığı qarışığı Apfeldiätspeise adlandırırdı, bu da alma pəhriz yeməyi deməkdir. Daha sonra İsveçrədə standart yemək halına gəldi və öz ixtiraçısının adının şərəfinə Birchermüesli adını aldı. Almaniyada Müsli, ingilis dilli ölkələrdə Muesli olaraq tanındı. İsveçrədən dünyaya yayılan Muesli, bu ölkədə şam yeməyi olaraq da istehlak edilir. Bunun əksinə olaraq, Azərbaycanda süd istehlakının az olması kimi amillərə görə geniş yayılmamışdır. Bircher-Brennerin orijinal alma pəhrizi resepti təzə turş alma, quru yulaf əzməsi, limon suyu ilə qarışdırılmış qatılaşdırılmış süd, fındıq və badamdan ibarətdir. Bu gün ticarət nöqteyi-nəzərindən qablaşdırılan və quru şəkildə satılan taxıl, qoz-fındıq, yer fıstığı və meyvə hissəciklərinin birləşməsindən meydana gələn müsli uzun müddət təzə saxlanıla bilər.
Qüsl
Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl. Qüsl 2 növdür: İrtimasi qüsl və tərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur): Baş və boyun yuyulur Bədənin sağ tərəfi bütünlüklə yuyulur Bədənin sol tərəfi bütünlüklə yuyulur Qeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur. İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər. Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.
Pyer Qasli
Pyer Qasli (fr. Pierre Gasly), 7 fevral 1996, Ruan, Normandiya) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013). == Karyera == Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinfində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi. 2011-ci ildə Pyer Fransız Formula-4-də — açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü — 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi. 2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu.
Quşlu (Pərsabad)
Quşlu (fars. گوشلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,680 nəfər yaşayır (355 ailə).
Lotu Quli
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Göllü-guşəli xalçaları
Göllü-guşəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Quli-Malik döyüşü
Quli-Malik və ya Quli-Malik gölü yaxınlığında döyüş — Səfəvi imperiyasının dəstəklədiyi Baburla Şeybanilər arasında artıq uzun müddətdir davam edən mübarizənin kulminasiya nöqtəsini təşkil edən döyüş. Döyüş Buxara yaxınlığında, Quli-Malik gölü yaxınlığında baş vermişdir. == Arxa plan == 1501-ci ildə yaradılmış Səfəvi dövləti çox sürətlə böyüməyə başlamışdı. Bu böyümə sayəsində dövlət elə bir yerə çatdı ki, artıq 1505-1506-cı illərdən etibarən Mərkəzi Asiyaya nüfuz etməyə başladı. Bu nüfuz prosesi 1510-cu ildə baş vermiş Mərv döyüşündə Şah İsmayılın Şeybani xanı məğlub etməsi ilə nəticələndi. Mərkəzi Asiyauğrunda Şeybani-Səfəvi rəqabəti isə hələ bundan sonra da davam etdi. Lakin bir müddət Səfəvi imperiyası Şeybanilərə qarşı Teymuri irsinə sahib çıxmağa çalışan və o sülalədən olan qanuni hökmdar Babura dəstək verməklə məşğul oldu. Şeybani xanın 1510-cu ildə ölümündən sonra Şeybanilər daxilində ara çəkişmələri başladı. Üsyanlar və daxili qarışıqlıqdan istifadə edən Babur hücuma keçərək 1511-ci ilin əvvəllərində Hisar adlanan bölgəni ələ keçirdi. Baburun hücumu zamanı bir çox insan onu Mavəraünnəhrin qanuni hökmdar hesab edərək onun ordusuna qatıldı.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. == Tarixi == Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Daşlı
Daşlı (Laçın)
Gucci
Gucci — italyan moda evi, geyim, parfüm, aksesuar və tekstil istehsalçısı. Fransız konqlomerasiyasına aid olan Kering, LVMH-dən sonra moda mal istehsalçısı tərəfindən satışa görə ikinci ən böyük şirkətdir. == Tarix == Moda evi "Gucci" 1904-cü ildə Florensiyada Quççio Quççi (Italian. Guccio Gucci, 1881–1953) tərəfindən təsis edilib.Gənc illərində Guccio bir müddət Londonda yaşayırdı, burada Savoy otelində garson kimi işləyirdi. Qonaqların dəri çantaları və çamadanları ona ele təəsür yaratdı ki Florensiyaya qayıtdıqdan sonra, yəhər sənətkarlığı bacarıqlarına sahib olmağa qərarına gəldi, ayaqqabıların və çamadanların istehsalı ilə məşğul olan bir atelye açdı.1938-ci ildə Guccio Roma'daki öz mağazasını açdı.1947-ci il 1950-ci illərdə bambuk tutacaqları ilə bir çantanın doğulduğu ildir,1950-ci illərdə şirkətin "brend" məhsullarına çevrilmiş, daxili toxunuşlu lent və toxunuşlu zamş mokasin nümunələri ilə metal bağlayıcılar, yarandı. Guccio Gucci-nin nəzarəti altında, müəssisə tək bir bütöv idi, lakin ölümündən sonra uşaqları və nəvələri uzun və bahalı əmlak mübahisələri cəlb olundular. Bu mübahisələrə görə, ölkənin ən görkəmli vəkilləri faydalanmışdı.İndi ailə bu mübahisələri müşayiət edən əcdadlarının qəzəb və təcavüz təzahürləri ilə son dərəcədə utanır. 1953-cü ildə Guccio vəfatından sonra işi oğlulları Aldo və Rodolfoya keçdi, hər biri şirkətin 50% -ni aldı. Aldo İtaliyadan ABŞ-yə köçdü, burada Nyu-York, London və Paris mağazalarını açdı və sonra 1960-cı illərin sonlarında Hong Kong, Tokio və Seulda işlərini genişləndirdi. Aldo Gucci "American Motors" ilə müqavilə bağlayaraq şirkətin maraqlarını genişləndirdi: 1972-ci ildə Hornet avtomobil, Sportabout moda dünyasından bir dizayner tərəfindən hazırlanan xüsusi dəsti ilə istehsal edilən ilk Amerika avtomobillərindən birinə çevrildi.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qubalı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
Qulalı
Qulalı (Şəmşəddin)
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Qəzli
Qəzli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qəzli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.
Adrian qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Ambuaz qəsri
Ambuaz qəsri (fr. Château d'Amboise) — Fransanın Luar vadisində yerləşən Endr və Luara departamentindəki Ambuaz şəhərində yerləşən tarixi şato-qəsr. XV əsrdə monarxiya tərəfindən konfiskasiya edildikdən sonra qəsr, kralların sevimli məkanlarından birinə çevrilmiş və yenidən qurularaq genişləndirilmişdir. 1498-ci ildə Fransa kralı VIII Karl başını qapı kənarına vurduqdan sonra bu qəsrdə vəfat etmişdir. XVI əsrin ikinci yarısından sonra əsasən tərk edilmiş qəsr tənəzzülə uğramış, bir çox daxili tikililər isə uçub-dağılmışdır. Buna baxmayaraq qəsrin əsas tikililəri dövrümüzə çatmış, müdafiə divarları və qüllələr də daxil olmaqla dövrümüzə çatan bütün tikililər əsaslı bərpa edilmişdir. 1840-ci ildə Fransa Mədəniyyət Nazirliyi tikilini tarixi abidə kimi qeydiyyata almışdır. 81 metr hündürlükdə yerləşən qəsr 2000-ci ildə UNESCO tərəfindən Luar vadisindəki digər qəsrlərlə birlikdə Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == === Anju qrafları və Ambuaz ailəsinin mülkü === Ambuaz qəsri Luar çayı üzərindəki mahmız ərazidə inşa edilmişdir. Ərazinin strateji əhəmiyyəti orta əsrlərdə qəsrin inşasından daha əvvəl anlaşılmış və onun yerində qall oppidi inşa olunmuşdur.
Amin Quiri
Amin Quiri (16 fevral 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Quiri 2013-cü ildə Olimpin Lion akademiyasına qəbul olmuşdur. O, 3 iyul 2017-ci ildə Lyon klubu ilə 3 illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Beynəlxalq səviyyədə perspektivi ilə tanınan Quiri 10 sentyabr 2016-cı ildə 16 yaşı olarkən Bordo klubu ilə keçirilən Liqa 1 görüşü üçün əsas heyətə cəlb edilmişdir. O, Lyon B klubu ilə debütünü 17 yaşında etmişdir. == Milli karyerası == Quiri Fransanın gənclər millilərində çıxış etmişdir. O, milli ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və yeddi qolla turnirin bombardiri seçilmişdir. Turnirdə uğur qazandıqdan sonra Quiri bir sıra Avropa klublarının diqqətini cəlb etmiş və The Guardian nəşri tərəfindən dünyanın ən istedadlı gənc futbolçularından biri elan edilmişdir. 2017-ci ildə Quiri Fransanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.