Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Saudi Aramco
Saudi Aramco (ərəb. أرامكو السعودية‎ tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir. "Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir.
Ağudi qəbirüstü abidəsi
Ağudi qəbirüstü abidəsi — Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşən abidə. Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir.
Audi R8
Audi R8 — Almaniya mənşəli avtomobil istehsalçısı Audi şirkəti tərəfindən istehsal edilən orta yerləşən mühərrikli idman avtomobili. 2005-ci ildə Audi müvəffəqiyyətli yarış modeli Audi R8 adını daşıyan bir modelin yol versiyasını satışa çıxarılacağını elan edib və 2006-cı ildə 2003-cü ildə Genuya avtosalonunda nümayiş etdirilən Audi Le Mans Quattro konsept modelindən hazırlanmış yeni model R8-i təqdim edib.