Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin]Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Osman Pazarlama (film, 2016)
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Acarlar
Acarlar (gürc. აჭარლები) — gürcülərin bir hissəsi müsəlman olan (əsasən dağlarda) etnoqrafik qrupu. Əksəriyyəti kompakt şəkildə Acarıstanda yaşayır. Dil və mədəniyyət baxımından lazlar və çveneburlara (gürcülərin Türkiyədə yaşayan subetnik qrupu) daha yaxındırlar.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir. == Yer və giriş == Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir. Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var. == Subasar == Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.Subasar şimaldan 30–25 metr (98–82 ft) hündürlüyündəki dyunlar, cənubdan isə ortalama 100 m (330 ft) hündürlüyündəki alçaq təpələrlə həmsərhəddir.