Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağyazı
Ağyazı (Qax) — Qax rayonunun inzibati ərazi vahidində kənd. Ağyazı — Qubadlı rayonunun Xələc kəndi ərazisində col; Ağyazı — Qanıx çayının sol sahilində geniş col.
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağyazı (Qax)
Ağyazı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Ağyazı kəndində 138 təsərrüfatda hər iki cinsdən toplam 587 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağyazı adı həmin ərazidəki eyniadlı çölün adından götürülmüşdür.
Ağyazı Buduq
Ağyazı Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1250 nəfərdir.
Ağyazı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağyanaq bataqlıq susüpürəni
Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. == Görünüşü == 24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır. == Yayılması == Ağyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dənizi və Xəzər dənizi, Qara dəniz, cənubda Pakistan və Ərəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür.
Ağyazı Buduq bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağvani
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında işlənir. Toponim ağvan (alban) etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ağdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Ağbəniz maral
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Fehmi Ağani
Fehmi Ağani (alb. Fehmi Agani) — 1990-cı illərdə Kosovo Demokratik Liqasının görkəmli mütəfəkkiri və siyasi strateqi kimi şöhrət qazanmış kosovalı sosioloq və siyasətçi. O, 1998-ci ildə Kosovo müharibəsi başlamazdan əvvəl onu beynəlxalq danışıqlarda təmsil edib, lakin böyük ehtimala əsasən müharibə zamanı Yuqoslaviya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. == Erkən illər == Fehmi Ağani Cyakovitsada (Yuqoslaviya krallığı) anadan olub və Priştinada məktəbdə təhsil alıb. Belqrad Universitetinin İncəsənət fakültəsinə daxil olub, 1959-cu ildə oranı bitirib və 1964-cü ildə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Daha sonra Priştinada sosiologiyadan dərs deyir, doktorluq dərəcəsini alır və Priştina Universitetində müəllimlik edir. Ağani həm də 1967-1970-ci illərdə Albanologiya institutunun direktoru, 1978-1980-ci illərdə Fəlsəfə fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Hakimiyyət onu 1981-ci ildə müəllimlik hüququndan məhrum edir və elə həmin il Kosovoda tələbə etirazlarından sonra Kosovo alban alimlərinə qarşı kampaniya çərçivəsində onu universitetdən qovur. == Siyasi karyera == Ağani 1994-cü ildə Kosovo Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü seçilir, iki ildən sonra isə həqiqi üzv olur. O, görkəmli mütəfəkkir və siyasi strateq kimi şöhrət qazandığı Kosovo Demokratik Liqasının həmtəsisçisi və rəhbərinin müavini kimi İbrahim Ruqovanın yanında çalışaraq Kosovonun gələcəyi ilə bağlı siyasi müzakirələrdə iştirak edir.
Ağbəniz və yeddi cırtdan
Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı). == Mövzusu == Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər. Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar.
Ağbəniz və yeddi cırtdan (cizgi filmi, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Ağbəniz və yeddi cırtdan — Internet Movie Database saytında.