Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur. == Məzmun == İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...
Bethoveni anlamaq (film, 2006)
"Bethoveni anlamaq" (ing. Copying Beethoven) — 2006-cı il istehsalı, Lüdviq van Bethovenin həyatından bəhs edən bir film. == Məzmun == Bethoven fırtınalarla keçən həyatının yetkinlik dövründədir. Qulaqlarının eşitmə qabiliyyətini getdikcə itirməsinə baxmayaraq 9-cu simfoniya üzərində çalışmaqdadır. Bu arada notların təmizlənməsi və təkmilləşməsi üçün öz istəyi ilə köməkçi ayırır. Beləliklə, onun köməkçisi Anna Holtz adında qadın olur. Lakin, Bethoven başlanğıcda köməkçisinin qadın olmasından çox da xoşlanmır. Bir müddətdən sonra Anna Bethovenin sağ əlinə çevrilir, lakin, bu vaxt ərzində sevgilisi və öz həyatı ilə vidalaşmalı olur. Film bəstəkarın ölüm döşəyinə düşməsiylə bitir.
Aslanlar
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Aslanxan Gövhər
Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair. == Həyatı və təhsili == 1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir. === Bədii yaradıcılığı === Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir.
Norayr Aslanyan
Norayr Aslanyan (erm. Նորայր Ասլանյան), Norayr Məmmədov kimi də tanınır — Niderlandın üçüncü diviziya klubu "Ostzaan" klubunda çıxış edən Ermənistan futbolçusu. == Əvvəlki həyatı == Aslanyan Aslanyan 1991-ci il martın 25-də Ermənistan SSR-in Qaraunc kəndində erməni ailəsində anadan olub. O, anadan olana qədər ailəsi Avropaya asanlıqla köçmək və Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı qaçqın statusu almaq üçün Məmmədov azərbaycanlı soyadını götürmüşdü. Ailəsi daha sonra Niderlanda köçdü. Aslanyan həm niderlandca, həm də ermənicə danışaraq böyüyüb. == Karyerası == == Milli komanda karyerası == == Şəxsi həyatı == Norayr Anna Aslanyanla evlidir. Onlar Niderlandda təşkil olunan bir tədibrdə tanış olub və daha sonra görüşməyə başlayıblar. O, Ermənistan milli komandasına qoşulmazdan əvvəl soyadını dəyişdi. Adını Norayr Aslanyan olaraq dəyişdirdikdən sonra sənədləri ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl qısa müddət ərzində "Aslanyan-Məmmədov" adı ilə çıxış edib.
Aslamas bəy
Aslamas bəy (gürc. ასლამაზ ორბელიანი; XVII əsr) — Aslan xan kimi də tanınan Səfəvi məmuru və gürcü mənşəli hərbi komandir. 1693-1695-ci illərdə Şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-1695-ci illərdə və ya 1696-1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifəsində çalışmışdır. Orbeliani ailəsindən olan Aslamas Şuştərin keçmiş qubernatoru (bəylərbəyi) Vaxuşti xanın ikinci oğlu idi. Aslamasın oğlu Məhəmmədəli xan 1722-ci ildə qısa müddət artilleriya komandiri vəzifəsini icra etdi. 1740-cı ildə vəfat edən Aslamasın eyni adda olan nəvəsi sonradan Nadir şah Əfşarın dövründə (1736-1747) Gürcüstanın (Qorcestan) bəylərbəyi kimi xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.
Alanağ (Bostanabad)
Alanağ (fars. الانق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,434 nəfər yaşayır (954 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 22 km şimal-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 10 kilometrliyindədir.
Qaratəpə-Aslandaş Milli Parkı
Qaratəpə-Aslandaş Milli Parkı (türk. Qaratəpə-Aslandaş Milli Parkı) ― Türkiyənin cənubunda yerləşən, 1958-ci ildə qurulmuş milli park. Su anbarının sahilində yerləşən bu ərazidə arxeoloji açıq hava muzeyi var. Milli park ərazidəki əhəmiyyətli arxeoloji tapıntıların aşkarlanmasından sonra ölkənin bu tipli ikinci qorunan ərazisi olaraq 28 sentyabr 1958-ci ildə qurulmuşdur. == Yer == Qaratəpə-Aslandaş Milli Parkı Osmaniyyə ilinin Kadirli və Düziçi bölgələrindədir. Qorunan ərazi Osmaniyyənin 30 kilometr (19 mil) şimalında və Kadirlinin 22 kilometr (14 mil) cənub-şərqində yerləşir. Ən yaxın hava limanı 125 kilometr (78 mil) məsafədə yeləşən Adana Şakirpaşa Hava Limanıdır. == Coğrafiya == Milli park Tavr dağlarının ətəkləri ilə Ceyhan çayının keçdiyi Çukurova düzənliyi arasındakı ərazidə yerləşir. Park bit hissəsi Aslantaş bəndinin yaratdığı su anbarının sahilindədir. Ceyhan çayının qolları olan və Aslantaş su anbarına tökülən Hillik, Kırağı, Kışla və Kaplan çayları qorunan ərazinin sərhədlərıni təşkil edir.Milli parkın dəniz səviyyəsindən ortalama hündürlüyü 65–538 metr (213–1,765 ft) arasında dəyişir.Bundan başqa ərazidə İncirlitəpə (377 metr (1,237 ft)), Kalitəpə (345 metr (1,132 ft)), Karadağtəpə (492 metr (1,614 ft)), Qarzədətəpə (479 metr (1,572 ft)), Gavurtaştəpə (401 metr (1,316 ft)), Bocayücetəpə (338 metr (1,109 ft)), Kartəpə (538 metr (1,765 ft)) kimi görkəmli təpələr də daxil olmaqla hündür nöqtələr var.