Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerovağzal
Aerovağzal və ya aeroport terminalı (q.yun. ἀέριος – "hava" + ing. vauxhall – "vağzal") — hava limanında sərnişinlərə xidmət göstərmək üçün bina. == Xüsusiyyətlər == Sərnişin kompleksinin hava limanı zonası mərkəzində yerləşən əsas tikilisidir. Kompleksə, əsasən, bunlar daxil olur: şəhər nəqliyyatı üçün dayanacağı olan vağzalyanı meydança, təyyarə dayanacağı olan perron, perronun texniki xidmət binası, təyyarədəki sərnişinlər üçün yemək hazırlayan sex, mehmanxana, komanda-dispetçer məntəqəsi və s. Aerovağzal daxili və beynəlxalq xətlərə xidmət edə bilər. Aerovağzalda sərnişinlərə göstərilən xidmətlərə bilet satışı və qeydiyyatı, baqaj qəbulu, komplektləşdirilməsi və təhvili, təyyarələrin hərəkəti haqqında məlumat verilməsi, poçt xidməti, məişət xidməti, tibb xidməti və s. daxildir. Beynəlxalq hava xətlərinin aeroportlarında bu proseslərə sərhəd pasport nəzarəti və baqajların gömrük qaydaları ilə yoxlanması da daxildir. Böyük şəhərlərdə əhaliyə xidməti yaxşılaşdırmaq və aeroportların işini yüngülləşdirmək məqsədi ilə şəhər aerovağzalları tikilir.
Avtovağzal
Avtovağzal — şəhərlərarası və şəhərətrafı avtobus marşrutları sərnişinlərinə xidmət göstərmək üçün şəhərlərdə yaradılan tikililər kompleksi. Avtovağzal sərnişin binası, daxili nəqliyyat ərazisi və vağzalyanı sahədən ibarətdir. Avtovağzal binasında bilet kassaları olan sərnişin zalı, uşaqlı sərnişinlər üçün otaq, əl yüklərinin saxlanması üçün kamera, kafe, sanitariya qovşağı, həmçinin inzibati otaqlar olur. Avtovağzalın daxili nəqliyyat ərazisində sərnişinlərin minib-düşməsi üçün perronlar, reysarası müddətlərdə avtobuslar üçün dayanacaq maşının nəzərdə keçirilməsi və kuzovunun yuyulması üçün meydança (zəruri hallarda) var. Avtovağzal ərazisində avtobusların hərəkəti dispetçer pultundan işıq siqnalları və avtomatik qurğular (avtobuslara miniyin başlanmasını və qurtarmasını qeydə alan) vasitəsilə idarə olunur. Böyük avtovağzalların dispetçer məntəqəsində televiziya qurğusu da qoyulur. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtovağzal // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Avtovağzal metrostansiyası
Avtovağzal metrostansiyası — Bakı metrosunun 19 aprel 2016-cı ildə istifadəyə verilən stansiyası. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Koroğlu operasında Arazbarı zərbi muğamından fraqment səslənir. == Tarixi == Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının açılışı zamanı vermişdi.Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzalı — Bakıda, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşıma xidməti göstərən, sərnişin daşımaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi kimi tədbirləri həyata keçirən dövlət əhəmiyyətli obyektlərdən biri. Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər beynəlxalq və şəhərlərarası avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500–550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir.