Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afiyəddin Cəlilov
Afiyəddin Cəlil oğlu Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri === Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir. 1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir. === İctimai-siyasi fəaliyyəti === Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Ömər Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. == Həyatı == Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü büruzə verir.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) == Həyatı == Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir. 1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. == Həyatı == Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017).Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. == Karyerası == "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Səfiyəddin Qazi İsa
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. == Həyatı == Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
Ömər Kafiəddin Osman
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. == Həyatı == Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Ömər ibn Osman Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. == Həyatı == Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Tağıyəddin
Tağıyəddin – (ərəbcə: تقي الدين محمد بن معروف الشامي السعدي) türk müsəlman filosofu, astronomu və mühəndisi olmuşdur. == Həyatı == O, 1525-ci ildə Dəməşqdə anadan olmuş və 1585-ci ildə Türkiyədə vəfat etmişdir. Fəaliyyətinin əvvəlində Tağıyəddin, müsəlman teoloqu kimi müəyyən kitablar yazır. Bu kitablardan biri, ona dünya şöhrəti gətirən, 1551-ci ildə Dəməşqdə yazılmış, "Ruhani maşınların tətbiqi" (ərəbcə: Əl-Turuq Əl-saniyya Fi l-alat ar-ruhaniyya) adlı əlyazmasıdır. Bu əlyazma İrlandiyanın Dublin şəhərinin kitabxanasında saxlanılır. Əl-Həsən bu kitabı təhlil edərək, müxtəlif alətləri və maşınları cizgilər, fotolar və mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir [1,2]. Bu iş müxtəlif alimlər tərəfindən araşdırılmış və orada təsvir olunmuş saatların, tərəzilərin, nasosların, su turbinlərinin və başqa maşınların konstruksiyaları öyrənilmişdir. Tağıyəddinin bu kitabında təsvir olunmuş bir nasosun müasir avtomobil mühərriklərinin yaranmasındakı rolu onun işləmə prinsipini araşdırdıqda aydın görünür. Şəkil 1-də altı silindrli su nasosunun sxematik təsviri verilmişdir. Bu nasosu hərəkət etdirmək üçün enerji mənbəyi kimi axar sudan (çaydan) istifadə edilmişdir.