Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Buves-Kiryo
Buves-Kiryö (fr. Bouvesse-Quirieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38054. Kommunanın 2006-cı il üçün əhalisi 1262 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 338 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Daniel Alves
Daniel Alves — Braziliya futbolçusu. == Həyatı == Daniel Alves 6 may 1983-cü ildə Braziliyanın Juazeyroda şəhərində anadan olub. O, öz peşəkar futbolçu karyerasına Braziliya klubu "Bahia"da başlayıb. 2002-ci ildə Alves 6 aylıq Sevilya klubuna icarəyə verilib. 2003-cü ildə Alves gənclərin dünya çempionatında iştirak edib, bu turnirdə Daniel özünü yaxşı cəhətdən göstərib. Braziliya millisi bu turnirin qalibi olub, Alves isə turnirin ən yaxşı uç oyunçusundan biri seçilib. Çempionatda göstərdiyi gözəl oyundan sonra, Sevilya klubu Alveşi birdəfəlik heyətinə cəlb edib. 2006-cı ilin dekabrında Alveş Sevilya ilə 2012-ci ilə qədər müqavilə imzalayıb. 2008-ci ilin 7 iyununda Daniel Alves Barselona klubuna transfer olunub. Burada onun əsas işi, Milana keçmiş Canluka Zambrottanı əvəz etməkdir.
Dioqo Alves
Dioqo Alves (ing. Diogo Alves; 1810 - 19 fevral 1841, İspaniya, Qalisiya, Samos (Luqa) — ispan əsilli portuqaliyalı seriyalı qatil. 1836-1840-ci illər arasında yetmiş nəfəri öldürdü. Onun törətdiyi cinayətlər hamısı Aqua Livres su kəməri ərazisindəydi və bununla da “Su kəməri cinayətkarı” adını qazandı. 19 fevral 1841-ci ildə edam cəzasına məhkum edildi və asıldı. Qatilin başı bədəndən ayrılmış və elmi məqsədlər üçün bir qabda yerləşdirilmişdir, indi turistik bir yerdir. == Bioqrafiya == Qalisiyada bir kəndli ailəsində anadan olan Alves gənc yaşda olarkən ailə atından yıxıldı, başını vurdu və Pankada (“zərbə”) ləqəbini qazandı. On doqquz yaşındaykən valideynləri onu Lissabona işləməyə göndərdilər. Bir neçə iş dəyişdikdən sonra o, valideynlərinə məktub yazmağı dayandırdı, içki içməyə, qumar oynamağa başladı və mehmanxanaçı Mariya “Parreyrinya” Gertrudeslə tanış oldu. Bu əlaqənin Alvesi öldürməyə təhrik etdiyi güman edilir.
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ - 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929-1933). == Həyatı == Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Huver moratoriumu
== Huver moratoriumu və tərksilah məsələsi == 1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi. İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı. 1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.
Lu Huver
Lu Huver (ing. Lou Henry Hoover; 29 mart 1874[…] – 7 yanvar 1944[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin Prezidenti Herbert Huverin həyat yoldaşıdır.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === 1998 - Fascinação .... Ana Clara Gouveia Prates1998 - Meu Pé de Laranja Lima .... Lili2000 - A Muralha .... Rosália Olinto2000 - Laços de Família .... Clara2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve2001 - Brava Gente .... Gigi2001 - Brava Gente .... Branca Luz2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno2003 - Mulheres Apaixonadas ....
Rodrigues Alves
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Cinsi həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Con Edqar Huver
Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər). 1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb. Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar. Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi. ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi.
Quşlar (Aves)
Gizli həvəs (film, 2013)
"Gizli həvəs" (fr. Adore) — Avstraliya və Fransa dram janrında film. Rejissor Enn Fontendir. Film, britaniyalı yazıçı Doris Lessinqin "Nənələr" adlı novellasının ekranizasiyasıdır. == Məzmun == Yeni Cənubi Uels, Roz, onun əri Harold və oğlu Tom dəniz sahilində yaşayırlar. Dul olan Lil, oğlu İen ilə yaxınlıqda yaşayır. Roz və Lili ən yaxın dostlardır, buna görə də Tom ilə İen yaxın dostluq edirlər. Harold arvadından gizli olaraq ona Sidneydə təklif olunan işdə işləməyə razılıq verir. Amma sonra o ona bu iş barədə danışır və onun razılığını gözləyir, amma Roz tərəddüd içərisindədir. İen və Roz cinsi əlaqəyə başlayırlar.
Aylton Sezar Cunior Alves da Silva
Aylton Sezar Cunior Alves da Silva (18 Noyabr 1994 – 28 Noyabr 2016) — Sadəcə Aylton Kanela kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda hücumçu mövqeyində çıxış edirdi. 28 noyabr 2016-cı ildə Aylton Kanela Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.