Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Ailəmiz (film, 2013)
Ailəmiz bədii serialı rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Premier Cinema Prodakşnda istehsal edilmişdir. Serialda ailədə heç bir yerdə işləməyən kişi və oğlu gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur. Serialda əsas rolları Əmrulla Nurullayev, Aynur Hacıyeva, Elvir Yunis, Aytən Rəsulzadə, Arzu Rzayev, Günay Əhməd, Rövşən Təhməzli və Sevinc Ağayeva ifa edirlər. == Məzmun == Bu gün cəmiyyətimizdə və ailələrimizdə sosial problemlərin olması və bundan sui-istifadə edən bəzi insanlar danılmazdır. Bu cür insanların hərəkətləri ətrafdakılara pis nümunə olmaqla yanaşı, ailələrində olan uşaqlarında tərbiyəsinə mənfi təsirini göstərir.Serialda ailədə heç bir yerdə işləməyən kişi (Əmrulla Nurullayev) və oğlu (Elvir Yunis) gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı (Aynur Hacıyeva) isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur.Film günün aktual problemlərini komediya janrında öz yozumu ilə tamaşaçılara çatdıraraq tənbəl, asan pul qazanmaq və qadınların hesabına yaşamaq istəyən kişiləri gülüş hədəfinə çevirir. == Film haqqında == Film 50 seriya çəkilməliydi, lakin 18 seriya ilə yarımçıq qaldı.
Əbdürrəhman ağa Dilbaz oğlu
Əbdürrəhman ağa Dilbaz oğlu (d. XVIII, Xanlıqlar, Qazax sultanlığı - ö. XIX əsr, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası) XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair. == Həyatı == Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır. == Yaradıcılığı == Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur. Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb: Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir: == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, «Cənubi Azərbaycan ədəbiyyatı məsələləri». Cənubi Azərbaycan ədəbiyyatı məsələləri.