DİLAVİZ
DİLBAZİ
OBASTAN VİKİ
Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Əbdürrəhman ağa Dilbaz oğlu
Əbdürrəhman ağa Dilbaz oğlu (d. XVIII, Xanlıqlar, Qazax sultanlığı - ö. XIX əsr, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası) XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair. Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır. Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur. Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb: Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir: Pərvanə Məmmədli, «Cənubi Azərbaycan ədəbiyyatı məsələləri». Cənubi Azərbaycan ədəbiyyatı məsələləri.
Camal ağa Dilbazi
Camal ağa Dilbazi "Giryan" (1860 – 1945, Qazax) — Azərbaycan şairi (XIX əsr(1860-1945),1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı. == Həyatı == Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanın üçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindən Qazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu. Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ilə daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar.
Dilbazi
Dilbazi — təxəllüs. Aynur Dilbazi Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi. Əminə Dilbazi (1919—2010) — Azərbaycan rəqqasəsi. Minirə Dilbazi (d. 1937) — musiqiçi. Mirvarid Dilbazi (1912—2001) — azərbaycanlı şairə, tərcüməçi. Müseyib Dilbazi (1923—2011) — dövlət xadimi. Rəşid Dilbazi Yaqut Dilbazi (1910—1994) — azərbaycanlı yazıçı.
Dilbazilər
Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun tarixi == Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoyub.Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Həmin müharibə əsnasında Qarayların çoxu bu diyardan Səfəvilər İmperiyasının iç vilayətlərinə köçüb getmişlərsə də, müəyyən hissə əski yurdlarında qalmış, yaxud sonra yenidən qayıdıb gəlmişlər.Dilbazoğullarının söykökü Qazax mahalının Xanlıqlar kəndi ilə lokallaşır. Bu kənd onların nəsillikcə tarixi yurd yerləri olmuş, burada artıb-çoxalmış və yalnız buradan başqa məntəqələrə yayılmışlar.Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır.Nəslin ulu əcdadı Allahyarbəy Qaraylı (XVII yüzil) savadlı, qoçaq biradam kimi xatırlanır. Belə bir rəvayət var ki, Allahyar bəy İraqda təhsil almış, mədrəsə yoldaşı Anadolu türkü İbrahim bəy ilə dostluq etmiş. Vətənə qayıdanda onlarda qonaq qalmış və İbrahim bəy ona yola düşərkən bir ürgə və bir qulun bağışlamışdır.Allahyar bəy adının bu soykökdə özündən sonra 7 dəfə təkrarlandığı qeyd olunur.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov ( ? - 1866-cı il) - Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir.
Hacı Rəhim ağa Dilbazov
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir. == Həyatı == 1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır. Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M. X. Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır.
Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub. XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır. Xatirə Dilbazi adında yeganə qız övladı var. 2001-ci il iyulun 12-də vəfat etmişdir. Şairənin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olmuşdur.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy, Qazax qəzası – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var. 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Əbdürrəhman ağa Dilbazov
Əbdürrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov (d.1859-v.1917) — Əbdürrəhman ağa Dilbazov 1859-cu ildə anadan olmuşdur. Atadan və anadan yetim qaldıqdan sonra analığı Xanımqızın nəzarətində böyüyür. Xanımqız onu evləndirir və atasının mal-mülkündən ona çatasını ayırıb sərəncamına verir. Onunla atabir-anabir bacı olan Güləndam xanım da ərə verilir. Mirvarid xanım yazır ki, çox nəcib bir gənc olan Əbdürrəhman ağa da ömrünün sonuna qədər ona ana kimi hörmət edir və onun əmisindən olan kiçik Paşaya böyük qardaş münasibəti bəsləyir. Əbdürrəhman ağa doğma kəndi Xanlıqlarda maldarlıq yə qoyunçuluqla yanaşı, atçılıqla da yaxından məşğul olmuşdur. Vəli ağa Dilbazinin yazılı xatirəsində də anıldığı kimi, Əbdürrəhman ağanın ilxısı açıq boz rəngli Dilbaz atlarından ibarət idi. Xatırlandığına görə, keçən yuzilin əvvəllərində ən çox sayda cins Dilbaz atları onun atçılıq təsərrüfatında olmuşdur. Bundan başqa, onun Aslanbəylidə Dərviş adlı şəxşə bu atlardan damazlıq verdiyi və həmin adamın o kənddə bu cins atların sayını artıra bildiyi söylənir. Bundan başqa Əbdürrəhman ağanın Qazax şəhərində də ev və həyətyanı sahədən ibarət mülkü vardı.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Əminə Dilbazinin rəqsləri (film, 1961)
Əsəd Dilbazov
Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı. Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar. Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir.

Digər lüğətlərdə