Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksinit
Aksinit — mineral, Ca2Fe2+Al2BO3 [Si4O12](OH). == Haqqında == Triklinik kristalları pazabənzər, yastılanmış. Ayrılma orta, yaxud qeyri-mü­kəmməl {010}, {12}, {10}. Aqreqat.: löv­hə­cikvari, dənəvar. Boz, qonur, bənövşəyi-göy, bozumtul-yaşıl. Parıltı şüşəli. Sərtliyi 6,5-7. Xüsusi çəkisi 3,3. Skarnlarda, epidoditlərdə, peqmatitlərdə, karbonatlı-kvars və kvars damarlarında. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Akşiyrak
Akşiyrak (qırğ. ак шыйрак – ağayaq) — Mərkəzi Tyanşanda, Qırğızıstanda dağ silsiləsi. Uzunluğu 55 km, hündürlüyü 5,126 metrə qədərdir. Metamorfik şistlər, əhəngdaşı, qranit və s.-dən ibarətdir. Sırdərya çayı hövzəsindəki Narın və Tarım çayı hövzəsindəki Sarısac çaylarının suayrıcısıdır. Buzlaqların sahəsi 439 km2-dir. == İstinadlar == == Əlavə ədəbiyyat == Akşiyrak // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Aşırım
Aşırım və ya gədik— dağ silsiləsi və ya massivin darağında eniş sahəsi. Aşırımlar bir dağ dərəsindən digərinə asanlıqla və rahat keçməsinə xidmət edir. Mühüm nəqliyyat yolu üzərində yerləşən dağ aşırımları əsasən xüsusi ada malik olur. Bu aşırımlar mühüm əhəmiyyət kəsb edir. Aşırımların hündürlüyü dağların hündürlüyündən asılıdır. Uralda aşırımların orta hündürlüyü 400 m, Alplarada - 3000 m-ə dək, Himalayda-5500 m-dək, Böyük Qafqazda isə 2500 m-dir. Aşırımdan şose və dəmir yolları, bəzilərindən isə yük heyvanlarının və piyadaların hərəkəti üçün dar cığırlar keçir. Azərbaycanada Ağsu və Biçənək aşırımları mühüm əhəmiyyətə malikdirlər. Aşırımlardan adəti üzrə avtomobil və dəmir yolu keçir. Bəzi aşırımların keçilməsi ancaq at, ulaq və insanların keçməsinə xidmət edir.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Adil Aşırım
Adil Aşırım (24 fevral 1964, İğdır) — XX çağırış Türkiyə Böyük Millət Məclisinin Iğdırdan deputatı, elektrik mühəndisi. == Həyatı == 1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü ilçəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu Orta Şərq Texniki Universiteti Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988–1990-cı illərdə İstanbul Texniki Universitetində magistr təhsili almışdır. 5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır. == Ailəsi == Ailəldir, 2 övladı var. == Siyasi fəaliyyəti == === Demokratik Sol Partiyada === Adil Aşırım ilə qatıldığı 1995-ci il tarixli Türkiyədə parlament seçkilərində Demokratik Sol Partiya namizədi kimi seçkilərə qatılmış 14 faizlə seçkiləri 4. sırada tamamlasa da, səs faizi daha çox olan 3 namizəddən ikisi partiyalarının (Xalqın Demokratik Partiyası və Milliyətçi Hərəkat Partiyası seçim limitinin altında qalması səbəbi ilə millət vəkiçi seçilmişdir. Adil Aşırım 1996-cı ilin yanvarında özəl televiziyalardan birinə siyasi partiya mənsubiyyəti haqqında açıqlama vermişdir: Bu açıqlamadan sonra Demokratik Sol Partiya Adil Aşırımın partiyadan ixrac edilməsi tələbini partiyanın Mərkəzi Nəzarət Təşkilatına göndərdi. Adil Aşırım daxili prossesi gözləməyərək 11 yanvar 1996-cı ildə Demokratik Sol Partiyadan istefa edərək Ana Vətən Partiyadına üzv oldu. === Ana Vətən Partiyasında === Adil Aşırım 2002-ci ilə qədər Ana Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Axırıncı aşırım
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. == Məzmun == Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Xəlil (Həsənağa Turabov) və Talıbovla (Hamlet Xanızadə) birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir.Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır.Abbasqulu bəyin gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin (Elxan Qasımov) gəlişindən sonra Abbasqulu bəyin əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Sirik (dəqiqləşdirmə)
Aşağı Sirik — Cəbrayıl rayonunda kənd. Sirik — Cəbrayıl rayonunda kənd.
Sirik (İran)
Sirik — İranın Hörmüzgan ostanının Minab şəhristanının Biyaban bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,640 nəfər və 640 ailədən ibarət idi.
Qarlı aşırım (roman)
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Axırıncı aşırım (film, 1971)