XOQAR
XOLİ
OBASTAN VİKİ
Dördlər (Xol)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
Xol Qarabucaq
Xol Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Qarabucaq kəndindən köçmüş ailələrin Bala Kür (Aquşa) çayı sahilində məskunlaşması nəticəsində yaranmışdır. Xol sözü Azərbaycan dilinə monqol dilindən keçmiş termin olub "quru çay yatağı", "çay qolu" mənalarında işlənir. Qarabucaq isə türk-monqol mənşəli tayfanın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Eyyub Bəşirov — bioloq-alim, akademik, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü.
Xol Qaraqaşlı
Xol Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Salyan düzündə yerləşir. Oykonim "çay qolu sahilində yerləşən Qaraqaşlı kəndi" mənasındadır. Oykonimin ikinci komponenti türk-monqol tayfalarından hesab olunan qaraqaşlıların adını əks etdirir. == Din == Kənddə "Zeynəl-Abidin" məscidi dini icmaları fəaliyyət göstərir.
Xol Təzəkənd
Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xoltəzəkənd oyk, mur. Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi vahidində kənd. Salyan düzündədir. 1918-20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır. == Əhalisi == İlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.[mənbə göstərin]İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb. Kəndin etnik tərkibi azərbaycanlılardır.
Xol Qarabucaq bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xol Qaraqaşlı bələdiyyəsi

Dördlər (Xol Qarabucaq, Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. == Zəmin və motivasiya == Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular. Burada müsəlmanlar əhalinin 10% -ni təşkil edir.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Hadi El-Xolosi
Hadi El-Xolosi (23 may 1993) — Misirli oxatan. Hadi El-Xolosi Misiri 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Hadi El-Xolosi birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 153-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Xolangit
Xolangit (q.yun. χολή — öd və ἀγγεῖον — damar), ankioxolit — öd axacaqlarının iltihabı. Xəstəliyin səbəbi infeksiyanın limfadan, qan damarından, öd kisəsindən, bağırsaqdan öd axacaqlarıva düşməsi, öd kisəsinin xrovik iltihabı və s.-dən ibarətdir. Kəskin və xronik, kataral və irinli olur. == Əlamətləri == Həzm pozğunluqları, temperaturun yüksəlməsi, sarılıq, qanda dəyişikliklər və s.
Xolera
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Xolera xəstəliyi

Xolerik
Xolerik — son dərəcə coşğun xarakter. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.
Xolesterin
Xolesterin (q.yun. χολή — öd və στερεός — qatı) — yağa bənzər maddə olub, qara ciyər hüceyrələri tərəfindən az miqdarda hazırlanır, lakin bu az miqdar bütün hüceyrə qişalarının yaradılmasına, öd turşuların, hormonların və D vitamininin əmələ gəlməsinə bəs edir.
Xolm
Xolm — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Xolmili
Xolmili — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Lənkəran-Astara şose və dəmiryolunda, Xəzər dənizi sahilində, rayon mərkəzindən 13 km cənubda yerləşir. == Əhalisi == Əhalisi 2411 nəfərdir. == Toponimiyası == Oykonim xol (çay qolu, çayın qurumuş qolu) və Milli (etnotoponim) komponentlərindən düzəlib, "çay qolu sahilindəki Milli kəndi" mənasındadır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şıxakəran kəndi Xolmili kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şıxakəran kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Xolmili bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xolmsk
Xolmsk (rus. Холмск) ya da Maoka (yap. 真岡) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Xolocotzia
Xolocotzia (lat. Xolocotzia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Xolocotzia asperifolia
Xolocotzia asperifolia (lat. Xolocotzia asperifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin xolocotzia cinsinə aid bitki növü.
Xolokost
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. == Tarixçəsi == 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları. "Son həll", toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz otaqlarına ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması.
Xoltəzəkənd
Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xoltəzəkənd oyk, mur. Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi vahidində kənd. Salyan düzündədir. 1918-20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır. == Əhalisi == İlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.[mənbə göstərin]İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb. Kəndin etnik tərkibi azərbaycanlılardır.
Xoləzəy
Xoləzəy və ya Xoləzəy Alxaslı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Xoləzəy Alxaslı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti rayonun ərazisindəki Alxaslı adlı iki yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. Xoləzəy (əsli Xolasay) "çayın qolu" deməkdir. Oykonim "çay qolu kənarındakı Alxaslı kəndi" mənasındadır. Digər bir yerli məlumata görə- xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəlmişdir. Belə ki, xanəzək-xan kimi yaşayan, xıləzək isə çox, həddindən artıq mənasını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul verən münbüt torpaqlar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yaylaqlar var. Xöləzək sözünün istər xanəzək, istərsə də xıləzək sözlərindən yaranmasına baxmayaraq, hər iki halda yaşamaq üçün hər bir şəraiti olan yaşayış yeri mənasını verir.
Xoləzəy Alxaslı

ковбо́йский легкове́сность мети́с обли́занность припаса́ть пролонга́ция проникнове́нность уси́ливаться экземпля́рчик зама́зка ку́на незри́мость прилеза́ть прощу́пываться пуска́ч спи́хивание тере́ться воплотить тунгуз халда dedication day spider-legged клуб крупица слепой