Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktif təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər; (b) ticarət investisiyaları – "qız" və ya birgə kompaniyalara investisiyalar; (c) "fixed" aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s. aktivlərin dəyərinin qiymətləndirilməsi Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir. Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir:1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif NəcəfovAkif MirzəyevAkif Mirzəyev (aktyor) — aktyor.
Aktiv dielektriklər
Aktiv dielektriklər- xassələri xarici energetik faktorların təsiri ilə idarə olunan materiallardır. Xarici energetik təsirlərdən istifadə etməklə elektronikanın funksional elementlərini yaratmaq mümkündür. Aktiv dielektriklər elektrik və optik siqnalların generasiyasının modulyasiyasını təmin edir, informasiyanın yadda saxlanılmasına və çevrilməsinə imkan yaradır. Elektron aparatların merəkkəbliyinin artması və funksional elektronikaya keçidlə əlaqədar bir çox vacib texniki və elmi məsələlərin həllində aktiv dielektriklərin rolu böyük əhəmiyyət kəsb edir. Lakin son dövrdə yeni hadisələrin-elektet, pyezoeffektlər, qeyri-xətti optik effektlər, seqnetoelektriklərin, injeksiya cərəyanlarının və s. kəşfi dielektriklərin aktiv rol oynadığı qurğuların layihələndirilməsinə təkan verir. Hazırda dielektrik cihazları yarımkeçirici cihazlar qədər perspektivli və bir sıra hallarda əvəz olunmazdır. Aktiv dielektriklərə seqnetolektriklər, pyezoelektriklər, piroelektriklər, elektretlər, kvant elektronikasının materialları, maye kristalları, maqnito və akustikooptik materiallar, qeyri-xətti optik xassələrə malik dielektrik kristalları və s. aiddir. Nəinki bərk dielektriklər, həmçinin mayelər və hətta bəzi şəraitdə qazlarda aktiv dielektrik xassələrinə malik ola bilərlər.
Aktiv idarəçilik
Aktiv müqavimət
Aktiv müqavimət tam müqavimətin həqiqi hissəsidir: Z = R + j X , {\displaystyle Z=R+jX,} R = Re ⁡ ( Z ) , {\displaystyle R=\operatorname {Re} \left(Z\right),} Burada, Z {\displaystyle Z} — tam müqavimət və ya impedans, R {\displaystyle R} — aktiv müqavimət, X {\displaystyle X} — reaktiv müqavimət, j {\displaystyle j} — xəyali vahid .Və ya: R = | Z | cos ⁡ φ , {\displaystyle R=\left|Z\right|\cos \varphi ,} Burada φ {\displaystyle \varphi } — elektrik dövrəsinin cərəyanı və gərginliyi arasındakı faza sürüşməsidir.Sinusoidal cərəyan dövrələrində R = Z cos ⁡ φ = U I cos ⁡ φ . {\displaystyle R=Z\cos \varphi ={\frac {U}{I}}\cos \varphi .} QOST R 52002–2003 aktiv müqaviməti elektrik dövrəsinin və ya sxeminin passiv elektrik dövrəsindəki aktiv gücün dövrənin girişdəki cərəyanın kvadratına nisbətinə bərabər olan parametri kimi təyin edir . Aktiv müqavimət elektrik dövrəsinin və ya onun hissəsinin elektrik enerjisinin digər növ enerjilərə çevirilməsi ilə şərtlənən müqavimətidir, məsələn, mexaniki enerjiyə (elektrik mühərrikləri), kimyəvi enerjiyə (elektroliz zamanı, batareyanın doldurulması), istilik enerjisinə,elektromaqnit şüalanmasına . == Ədəbiyyat == Добротворский И. Н. Теория электрических цепей. Учебник. М.: Радио и связь. 1989. Герасимов В. Г. , Кузнецов Э. В. , Николаева О. В. . М.: Энергоатомиздат. 1996.
Aktiv optika
Aktiv optika — 1980-ci ildən teleskop-reflektorların yaradılması üçün istifadə edilən texnologiya; külək, temperatur, mexaniki gərginlik kimi xarici təsirlərdən qaynaqlanan deformasiyaları aradan qaldırmaq üçün teleskop güzgüsünün formasını dəyişməyə imkan verir. Aktiv optikadan istifadə etmədən 8 metrlik və daha böyük teleskopları yaratmaq qeyri-mümkün olardı. Bu texnologiyadan bir çox teleskoplarda, o cümlədən Şimal Optik Teleskopu, Yeni Texnologiya Teleskopu, Telescopio Nazionale Galileo və Keck teleskoplarında, həmçinin 1990-cı illərin ortalarından bəri inşa edilmiş böyük teleskoplarda istifadə olunur. Aktiv optika və adaptiv optika texnologiyaları qarışdırılmamalıdır: sonuncu daha qısa zaman intervalında tətbiq edilir və atmosfer təsirlərini korreksiya etməyə imkan verir. == Astronomiyada == Müasir teleskopların əksəriyyəti əsas elementi çox böyük bir güzgü olan reflektorlardır. Tarixən ilkin güzgülər külək və güzgünün öz çəkisi kimi onu deformasiya etməyə məcbur edən qüvvələrin təsirinə baxmayaraq düzgün səth şəklini saxlamaq üçün kifayət qədər qalın idi. Bu, Palomar Rəsədxanasının Heyl teleskopu kimi onların maksimal diametrini 5 və ya 6 metr (200 və ya 230 düym) ilə məhdudlaşdırırdı. 1980-ci illərdən bəri qurulan yeni nəsil teleskoplar köhnələrin əvəzinə nazik, daha yüngül çəkili güzgülərdən istifadə edir. Onlar özlərini düzgün formada saxlamaq üçün çox nazikdirlər, buna görə də güzgünün arxa tərəfinə bir sıra aktuatorlar bərkidilir. Ötürücülər güzgü gövdəsinə dəyişən qüvvələr tətbiq edərək qaytarıcı səthin vəziyyətini dəyişdirərək yenidən düzgün formada saxlayırlar.
Aktiv turbin
Aktiv turbin — işlək kürəklərin faydalı iş yaratmaq üçün işlək maddənin (qazın, buxarın, mayenin) sərbəst axınının yalnız kinetik enerjisindən istifadə edilən turbin növü. İşlək kürəklərin qarşısında yerləşdirilmiş, tərpənməz istiqamətləndirici kanallarda (ucluqlarda) axının daxili enerjisi kinetik enerjiyə, kürəklərdə isə kinetik enerji mexaniki işə çevrilir. Aktiv turbindəki axının təzyiqi işlək çarxın girişində və çıxışında eynidir. Aktiv turbinlərin üstünlükləri ümumiyyətlə aşağıdakılardır: kamerada daha vahid bir təzyiq paylanması səbəbiylə turbinə nisbətən təchizat kanallarının yerində daha çox sərbəstlik; kiçik bir təzyiq fərqi şəraitində boşluqlardan sızma əhəmiyyətsiz olduğundan, turbin və korpus arasındakı boşluqların ölçüsünə, istehsalın asanlaşdırılmasına və yataklar üçün tələblərə daha aşağı tələblər; şaftda aşağı eksenel yük; maşınlarla birləşməni asanlaşdıran reaktiv turbinlərlə müqayisədə daha aşağı fırlanma sürəti.
Aktiv təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Aktiv idarələşmə
Aktiv idarəçilik (ingiliscə: governance) – elə bir prosesdir ki, təşkilatlar, müəssisələr və vətəndaşların bir qrupu maraq və istəklərini bildirir, hüquqlarını, vəzifələrini, imkanlarını doğrulaşdırır, eləcə də ziddiyyətləri aradan qaldırırlar. Bu da öz növbəsində yeni üsulların axtarılmasına gətirir ki, onların köməyi ilə biliyə əsaslanan cəmiyyət yerli, reqional, milli və qlobal səviyyədə idarəçiliyin daha effektli, şəffaf və aktiv formalarından istifadə edə bilər.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
Akif Ağabala oğlu Ağabalayev (d. 13 may 1974; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Akif Ağabalayev 1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev, Xaçmaz şəhərində dəfn olunub.
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib.General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif Cabbarov Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib. Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Akif Hacıyev
Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik. == Həyatı == Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1] Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. 1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Akif Hüseynov
Akif Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, tənqidçi. Akif Hüseynov (mühəndis) — texnika elmləri doktoru, professor.
Akif Həsənov
Akif Ənvər oğlu Həsənov (5 noyabr 1952, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının deputatı. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı. == Həyatı == Akif Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir. 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.
Akif Kazımov
Akif Davud oğlu Kazımov (d. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.
Akif Kərimov
Akif Kərimov (tam adı Akif Əkbər oğlu Kərimov) — Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri (1992-1993) == Karyerası == Akif Kərimov 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.