Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ataqora departamenti
Ataqora departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Ataqora departamentinin ərazisi 20 499 km2-dır. Ataqora departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Ataqora departamentinin əhalisi 769 337 nəfərdir.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Memet Ali Alabora
Məmət Əli Alabora (25 noyabr 1977, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Məmət Əli Alabora 1977-ci il noyabrın 25-i Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. === Gəzi parkı etirazları === Alabora, mülki hüquqlar və ətraf fəalıdır. 2013-cü ildə Gəzi parkı etirazlarına dəstək vermişdir. 2018-ci ilin dekabr ayında Məmət Əli Alabora haqqında Gəzi parkı fəaliyyətlərinə görə "Türkiyə Respublikası Hökumətini devirməyə və ya vəzifələrini yerinə yetirməməsinə cəhd" ittihamı üzrə həbs edilmə qərarı verilmişdir. 2020-ci ilin fevral ayında Gəzi parkı davasında bəraət qazandığı deyildi. === Özəl həyatı === Məmət 2009-cu il noyabrın 19-u aktyor Pınar Öğün ilə ailə həyatı qurmuşdur.Gəzi parkı hadisələrindən sonra Türkiyədən ayrılıb İngiltərəyə köçən Məmət Əli Alabora, 2020-ci ilin oktyabr ayında qatıldığı bir yayımda Uelsin Kardiff şəhərində məskunlaşdığını demişdir.
Məmət Əli Alabora
Məmət Əli Alabora (25 noyabr 1977, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Məmət Əli Alabora 1977-ci il noyabrın 25-i Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. === Gəzi parkı etirazları === Alabora, mülki hüquqlar və ətraf fəalıdır. 2013-cü ildə Gəzi parkı etirazlarına dəstək vermişdir. 2018-ci ilin dekabr ayında Məmət Əli Alabora haqqında Gəzi parkı fəaliyyətlərinə görə "Türkiyə Respublikası Hökumətini devirməyə və ya vəzifələrini yerinə yetirməməsinə cəhd" ittihamı üzrə həbs edilmə qərarı verilmişdir. 2020-ci ilin fevral ayında Gəzi parkı davasında bəraət qazandığı deyildi. === Özəl həyatı === Məmət 2009-cu il noyabrın 19-u aktyor Pınar Öğün ilə ailə həyatı qurmuşdur.Gəzi parkı hadisələrindən sonra Türkiyədən ayrılıb İngiltərəyə köçən Məmət Əli Alabora, 2020-ci ilin oktyabr ayında qatıldığı bir yayımda Uelsin Kardiff şəhərində məskunlaşdığını demişdir.
Alanqova
Alanqova – türk və monqol mifologiyasında mifolojik personaj. Alanguva, Alanhova, Alangova da deyilir. Ay işığından hamilə qalmışdır. Gecə çadırının pəncərəsindən içəri parlaq bir ay girmiş, hamilə olmuşdur. Buyan Xanın qızıdır. Atasının 41-ci qızıdır. Anasını əgər qız doğsa öldürməklə təhdid edən atasından qorunmaq üçün kişi paltarı geyindirilmiş və elə böyüdülmüşdür. Çox güclüdür. Oğlunun adı Buzancardır. Atasından qorxduqları üçün hamilə qızı anası bir sala qoyub çaya buraxır.
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaqoas
Alaqoas (port. Alagoas) — Braziliyanın şərqində yerləşən ştat. Ştat şimaldan Pernambuku, cənubdan Serjipi, cənub-qərbdən Baiya ştatları ilə sərhədlənir. Şərqdən Atlantik okeanın suları ilə yuyulur. Ərazisi 27 767,7 km² təşkil edir. Əhalisinin sıxlığına görə Braziliyada dördüncü yerdədir. Ştatın inzibati mərkəzi Maseyo şəhəridir. Ştat 102 rayona bölünür. İri şəhərləri Maseyso, Arapiraka, Palmeyra-duz-İndius, Riu-Larqu, Penedu, Union-dus-Palmaris, San-Migel-dus-Kampus, Santana-du-İpanema, Delmiru-Qoveya, Koruripi, Mareşal-Doedoru və Kampu-Aleqri. Əhalinin 2,100,000 nəfəri (66.18%) qarışıq, 964,000 nəfəri ağlar (30.39%), 96,000 nəfəri qaralar (3.02%), 11,000 nəfəri isə asiyalılar (0.35%).
Alqorfa
Alqorfa (isp. Algorfa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 19,78 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4537 nəfərə çatmışdır.
Araqorn
Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri. Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır.
Anafora
Anafora (yun. "anaphora" - təkrir) — şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni söz və ifadənin təkrarı yolu ilə yaranan bədii ifadə vasitəsidir. Yaraman tərzinə görə ədəbiyyatımızda fonetik, leksik və sintaktik anaforaya tez-tez təsadüf edilir. Səməd Vurğun poeziyasından gətirdiyimiz aşağıdakı nümunə leksik anaforaya aiddir.
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Alaqur
Alaqur Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. == Toponimkası == Alaqur- Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. Hunlarda və bolqarlarda "Oqur(Uqur)" tayfa adından və "el" sözündəndir. Əsli "El oqur", yəni "Oqur eli (tayfası)". Azərbaycanda Oğrukənd (Salyan rayonu, indi Təzəkənd) adı ilə eynidir.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. == Yaylaqlar == Sarıbaba yurdu, Turşluqaya yurdu, Xırmanlar yurdu, Yal yurdu, Vəlilər yalının yurdu, Çubuqlu yurd, Keçidüz dağının yurdu, Atağlu yurdu, Nazirli yurdu, Məşədi İslamın yurdu, Xırmandaş yurdu, Mərdandüşən yurd.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Alaqaya (dəqiqləşdirmə)
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alatoran (roman)
Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır. Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir. 2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır, qısa müddət sonra isə birinci yerə kimi yüksəlir. Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır. Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı, 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır. Roman 37 dilə tərcümə edilib.İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər. Digər tərəfdən, tənqidçilər qeyd edirlər ki, Bellanın Edvardla tanış olması səhnəsi “obrazın özündən daha magik” təsvir edilib və Bella zəif qadın obrazıdır.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. == Tarixi == Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2)Alatoran romanlar seriyasın dördüncü cildin - Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2)Alatoran romanlar seriyasın dördüncü cildin - Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir.
Alatoran (film musiqisi)
"Twilight: Original Motion Picture Soundtrack" — Alatoran filminin 2008-ci ildə satışa çıxarılmış rəsmi film musiqisi albomudur. Film musiqisi bəstəkar Karter Byurvel tərəfindən bəstələnmiş, digər mahnılar isə Aleksandra Patsavas tərəfindən seçilmişdir. Albom 4 noyabr 2008-ci ildə Patsavasın Chop Shop leyblı və Atlantic Records tərəfindən satışa çıxarılmışdır. İlk həftəsində 165,000 nüsxə ilə satılmış albom Billboard 200 hit paradına 1-ci yerdən daxil olmuşdur. Satışların 29%-i online satışın payına düşürdü. “Twilight: The Score” albomu 25 noyabr 2008-ci ildə onlayn satışa çıxarılmış, 9 dekabr 2008-ci ildən isə marketlərdə satışına başlanmışdır.Çikaqo filminin musiqi albomundan sonra, Alatoran filminin musiqi albomu ABŞ-də ən çox satılan film musiqisi albomu olmuşdur. Musiqi albomlarının hər ikisi, həmçinin əsas sinql olan Paramore’un “Decode” mahnısı 2010-cu ildə Qremmi mükafatına nominant göstərilmişdir. == Twilight: Original Motion Picture Soundtrack == Rejissor Ketrin Hardvik MTV-yə müsahibəsində alternativ rok qrupu Muse’un mahnısının filmdə istəfadə olunacağını bildirmiş, daha sonra isə həmin mahnının "Supermassive Black Hole" mahnısı olduğunu açıqlamışdı. Həmçinin filmdə Paramore’un iki mahnısı, Mutemath’ın yeni bir mahnısı və Perri Farrellin xüsusi olaraq film üçün yazdığı mahnı da istifadə olunmuşdu. Iron & Wine’ın "Flightless Bird, American Mouth" mahnısı filmdə Kristen Stüartın canlandırdığı Bella Svonun mövzusu seçilmişdi.
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Alagöz
Yaşayış məntəqələri ErmənistandaAlagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal.İrandaAlagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) —DigərAlagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur.
Miconia aligera
Miconia aligera (lat. Miconia aligera) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.