Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Allüvial düzənlik
Allüvial düzənlik ― çay dərələrində, onların mənsəb hissələrində və ya yer səthinin çökək sahələrində çay çöküntülərindən əmələ gəlmiş düzənlik. Allüvial düzənliklərə misal olaraq Volqa, Dnepr çaylarının geniş allüvial terraslarını: dərə düzənliklərini, Xuanxe, Nil, Volqa, Hind və s. çayların mənsəb hissələrindəki delta düzənliklərini, Lombardiya, Mesopatamiya, Böyük Çin, Kür- Araz və başqa ovalıqları göstərmək olar.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Allüvial səpintilər
Allüvial səpintilər — allüvial çöküntülərə uyğun gələn səpintilər. Ana süxurların və yataqların, delivüal və ellivüal səpintilərin su axınları vasitəsilə yuyulması nəticəsində əmələ gəlir. Çayların dərəsində yerləşib, dərə boyu zolaq şəklində uzanır.
Allüvial terras
Allüvial terras - çayın gətirdiyi allüvial çöküntülərdən təşkil olunmuş çay terrasına deyilir.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Allüvial çöküntülər
Allüvial çöküntülər — Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s.- dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var: yataq subasar axmazlarTermin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Covanni Allevi
Covanni Allevi (9 aprel 1969, Askoli Piçeno, Marke) — italyan bəstəkar və pianoçu.
Dellüvi
== Dellüvi == Dellüvi- Aşınma materiallarının yağış və qar suları vasitəsilə yuyulub aparılaraq dağ yamaclarında və ətəklərində toplanmasından yaranan çöküntüyə deyilir. Delüvi anlayışı 1890-cı ildə geoloq A.P.Pavlov tərəfindən təklif edilmişdir.
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. .
Polüvi
== Polüvi == Polüvi (lat.paoluo-yuyuram)-dağ yamaclarından müvəqqəti güclü (sel) su axınları vasitəsilə gətirilməsi və dağətəyi boyunca yığılması nəticəsində yaranan kobud çöküntülər yığımına deyilir. Dağ dərələrinin düzənliyə çıxdığı sahələrdə polüvi gətirmə konusları əmələ gətirir. Polüvinin tərkibində delüvial çöküntülər də olur. Polüvial quraq iqlim sahələri üçün səciyyəvidir. Orta Asiyada Tyan-Şan və Kopetdağın ətəklərində, Azərbaycanda Böyük Qafqazın cənub yamacında polüvial tipli gətirmə konusları geniş yayılmışlar.
Ullevi
Ullevi (isv. Ullevi) — İsveçin Göteborq şəhərində yerləşən stadion. Böyüklüyünə görə Skandinaviyada birinci olan stadion, eyni zamanda Futbol üzrə 1958-ci il dünya çempionatının oyunlarına ev sahibliyi etmiş stadionlardan biri olub. Hazırda stadionda futbol, yüngül atletika, konkisürmə yarışlarının keçirilməsi üçün hər cür şərait vardır. Stadionun tutumu 43.000 nəfərdir, ancaq konsertlər keçirildiyi zaman tutumu 60.000-dək artırıla bilir.
Elüvi
Elüvi - əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir. .
Alessandro Allori
Alessandro di Kristofano di Lorentso del Bronzino Allori (it. Alessandro di Cristofano di Lorenzo del Bronzino Allori; 31 may 1535[…], Florensiya[…] – 22 sentyabr 1607[…], Florensiya[…]) — İtaliya (Florensiya) rəssamı, manyerizm üslubunun nümayəndəsi. == Həyat və yaradıcılığı == Alessandro Allori 31 may 1535-ci ildə Florensiyada anadan olmuşdur. Əmisi Anyolo Bronzinonun tələbəsi olan Allori Mikelancelodan güclü təsirlənmişdir. Manyerizmin təsiri onun dizaynı şərti və sərt, rəngləri kəskin olan din mövzusundakı rəsmlərində xüsusilə nəzərə çarpır. Allorinin əsərlərindən ən mühümləri: "Rəbbin vəftiz edilməsi", "İshaqın qurbanı", Culiano Mediçinin, Bianka Kapello portretləri, avtoportret (hər beşi Florensiyadakı Uffisi qalereyasında), kardinal Ferdinando Mediçinin portreti (Florensiyadakı Palasso Pittidə), "Məryəmin mövludu" (Florensiyadakı Santissima-Annunsiata kilsəsində), "Məsih Məryəm və Marfa ilə" (Vyana muzeyində), "Hamamda Varşava" və bir gəncin portreti (Ermitajda).Onun oğlu Kristofano Allori də rəssam olmuşdur. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Аллори, Алессандро // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kristafano Allori
Kristafano Allori (17 oktyabr 1577, Florensiya – 1 aprel 1621[…], Florensiya) — barokko dövrünün italyan rəssamı. Karavacionun müasiri olan Allori 1616–1618-ci illərdə Kasimo di Mediçinin himayəsi altında rəssamlıq etmişdir. Allori dövrünün ən məşhur əsəri olan "Judith with the Head of Holofernes" rəsminin müəllifidir. Əsərlərində daha çox drammatik mövzulara yer vermişdir. Allori işıq və kölgədən inanılmaz dərəcədə ustalıqla istifadə etmişdir. İşıq və kölgədən ibarət bu tərzini portretlərində görmək mümkün deyil. Allorinin əsərlərinin çoxu hazırda Detroyt İncəsənət İnstitutunda və Ermitaj muzeyində sərgilənməkdədir.
Ovis alleni
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. == Xarici görünüş == Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Mazoon Əl-Alavi
Mazoon Əl-Alavi (14 noyabr 1997) — Omanlı sprinter. Mazoon Əl-Alavi Omanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mazoon Əl-Alavi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında ilk oyunlarında 12.30 nəticə göstərdi. 1-ci təsnifat mərhələsində isə 12.43 saniyəlik nəticə ilə 7-ci cığırda 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Alvi Deniyev
Alvi Aliyeviç Deniyev (Sutarbi) (çeç. Дениев, Ӏальви Ӏелин воӀ; 15 may 1932, Qroznı, Şimali Qafqaz diyarı[d] – 25 may 1985, Samaşki, Çeçen-İnquş MSSR) — Sovet çeçen aktyoru, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. == Həyatı == Alvi Deniyev 1932-ci il mayın 15-də anadan olub. 1937-ci ildə atası repressiyaya məruz qalıb. Alvi məktəbə anasının tikdiyi atasının köhnə şinelində və atasının budenovkasında getmişdir.Çeçenlərin və inquşların deportasiyası illərində axşam məktəbində oxumuş, zavodda tornaçı işləmişdir. Deniyev yaxşı rəsm çəkir və rəqs edirdi. Üstəlik o, əla vokal qabiliyyətinə malik idi, məşhur operaların ariyalarını ifa edirdi. Gənc Alvi konservatoriyaya daxil olmaq arzusunda idi.İosif Stalinin şəxsiyyətinə pərıstişinin ifşasından sonra çeçen mədəniyyətinin dirçəlişi başladı. Yeni siyasətin elementlərindən biri Çeçenistan dövlət mahnı və rəqs ansamblının yenidən canlanması idi. Qeydiyyatdan keçmək istəyənlərin sonu yox idi.
Alvi Tasuyev
Alvi Tasuyev (15 oktyabr 1974, Oktyabrskoye[d], Çeçen-İnquş MSSR – 24 mart 2005, Berdikel[d], Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, İçkeriya silahlı müqavimətinin Kurçaloyevski camaatının 2-ci əmiri, İkinci Çeçenistan müharibənin fəal iştirakçısı, çeçen İçkeriya Respublikası Şərq Cəbhəsi komandirin müavini - Əhməd Avdorxanov. İçkeriya Prezidenti Aslan Masxadovnin ən yaxın adamı və cangüdəni. Əmir Əsəd, Pirat, Şram təxəllüsü və Qraf zəng işarəsi ilə tanınır. == Bioqrafiya == Alvi Tasuyev 15 oktyabr 1974-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Oktyabrskoye kəndində (indiki Çeçenistan Respublikasının Baysanqurov rayonu) anadan olmuşdur. Alvi Tasuyevin İkinci Çeçenistan müharibəsinə qədərki fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Çeçen separatçıları arasında Alvi “Əmir Əsəd”, “Pirat”, “Çapıq” ləqəbləri və “Qraf” çağırış nişanı ilə tanınırdı. O, Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun yaxın çevrəsinin üzvü idi. Onun şəxsi mühafizəçisi və ən yaxın köməkçisi idi. 2000-ci illərin əvvəllərindən Tasuyev Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin tərkibində rus qoşunlarına qarşı döyüşmüş, sonra (Ruslan Manqeriyevin aradan qaldırılmasından sonra) Tasuyev Qafqaz Cəbhəsi tərkibində Şərq Cəbhəsinin Kurçaloy Camaatına rəhbərlik etmiş, Şərq Cəbhəsi komandiri olan Əhməd Avdorxanovun müavini olmuşdur. Rusiya komandanlığının məlumatına görə, Tasuyev Çeçenistan Respublikasında və Şimali Qafqazda federal qoşunlara çoxlu sayda hücumlar həyata keçirib: - 2000-2003-cü illərdə federal qoşunların avtomobillərinin və zirehli maşınlarının partlaması və atəşə tutulması; - Qroznının Lenin rayonunda avtomobilin partladılması (2001); - Çeçenistan Respublikası Çeçenistan Respublikası Prezidentinin Mühafizə Xidmətinin iki əməkdaşının oğurlanması və öldürülməsi (2003); - İnquşetiyaya hücum (iyun 2004); - Şali rayonunun Avturı kəndinə hücum (iyul 2004); - Kürçaloy rayonunun Sotsin-Yurt kəndinə hücum (2004).
Arif Alvi
Arif Rəhman Alvi (urdu عارف الرحمان علو; 29 iyul 1949, Kəraçi, Sind[d]) — Pakistanın 13-cü prezidenti. Məmnun Hüseynin sələfi. Pakistan Təhrik-e İnsaf partiyasının sədri.
Dele Alli
Dele Alli (11 aprel 1996[…], Milton-Kins, Cənub-Şərqi İngiltərə[d]) — yarımmüdafiəçi kimi çıxış edən Nigeriya əsilli ingilis futbolçu. Superliqa komandalarından olan "Beşiktaş"da icarə əsasında çıxış edir.
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. == Həyatı == Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Alburi Lam
Alburi-Lam (çeç. Албар-Лам) Çeçenistan Respublikası ilə sərhəddə Dağıstanın Kazbekovskiy bölgəsindəki dağ zirvəsidir. Dəniz səviyyəsindən yüksəklik - 2177.0 metr. ən yaxın məskunlaşma yerləri: Almak, Burtunay, Kalininaul və indi fəaliyyətə başlamayan Alburi-Otar və Xaniy duk Alburi Lamın şərqində hündürlüyü 2294 metr olan Tsanta dağ zirvəsidir, beləliklə Alburi Lam Tsanta silsiləsinin ikinci ən yüksək dağ zirvəsidir. == Ad == Dağ, adını Çeçen taipası Akköydən (çeç. Ӏаккой) gələn və eyni zamanda Şircha-Evlanın Auxov kəndinin cənubunda yerləşən Alburi-Otar kəndinə sahib olan sahibinin şərəfinə adını aldı. Alburinin mal-qarasını otaran muzdlu bir çoban öldükdə, dağ sahibinin olduğu Almak kəndinə məzar daşı göndərdiyini söyləyirlər. Bu vaxt, Alburi, dağındakı otlaqların cəlb etdiyi ətraf kəndlərdən gələn mal-qara sahibləri ilə tez-tez qarşıdurmalarda olurdu. Qafqaz müharibəsi zamanı Alburi Şamilin tərəfinə keçən iki oğlu Guraş (çeç. ГӀураш) və Janbyuru (çeç.
Allulu (Kəleybər)
Allulu (fars. علولو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 516 nəfər yaşayır (96 ailə).
Karmela Alluççi
Karmela Alluççi (22 iyun 1970, Neapol) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Karmela Alluççi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
İohann Altuzi
İohann Altuzi (alm. Johannes Althusius‎) (1557–1638) Alman filosofu, ilahiyyatçısı. == Həyatı == == Fəlsəfəsi == İohann Altuzi elə bir müqavilə nəzəriyyəsini təklif etdi ki, o, dinə deyil, müxtəlif ictimai birliklərin mövcudluğuna əsaslanmış olsun.Bu nəzəriyyədə müqavilə anlayışı həm müxtəlif sosial qruplar arasındakı, həm də, hökmdarlar və təbəələr arasındakı qarşılıqlı əlaqələrin izahı üçün tətbiq edilir. Müxtəlif birliklər - ailə, gildiya, yerli icma, əyalət, millət – müxtəlif vəzifələrə malikdirlər və müxtəlif razılaşmalara uyğun olaraq qurulurlar. Ali hakimiyyət həmişə xalqa yəni, fərdlərə deyil, iyerarxik olaraq qaydaya salınmış ictimai üzvi birliklərə - ailədən dövlətə kimi - məxsusdur. Kral və dövlət xidmətçiləri xalqdan hakimiyyəti o şərtlə alırlar ki, onlar müqavilənin özlərinə aid hissələrini yerinə yetirirlər. Bu Altuziyə izah etməyə imkan verir ki, ali hakimiyyətin həmişə xalqa məxsus olmasına baxmayaraq, kral və bürokratiya inzibati hakimiyyətə əslində hansı yolla malik olurlar. Hər bir şey spesifik dini anlayışlarla deyil, sosial qruplar arasında olan razılaşma, müqavilə ilə izah edilir. Müstəqil milli dövlətlərin yaranmasından sonra, onların qarşılıqlı münasibətləri barədə məsələ meydana çıxdı. Bu qarşılıqlı münasibətləri nizama sala bilən hər hansı bir təsisat yox idi.
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Veronika Avluv
Veronika Avluv (23 noyabr 1972) — ABŞ pornoaktrisasıdır. Holland, irland və şotland əsillidir. Həyat yoldaşı olan Hans Avluv 2013-cü ildə ürək xəstəliyindən vəfat etmişdir.