Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Google Allo
Google Allo — Google tərəfindən hazırlanmış mobil ani mesajlaşma tətbiqi. Allo, 18 may 2016-cı il tarixində Google I / O-da mobil video söhbət olan Google Duo-nun yanında yer aldı. Başlanğıc ilkin olaraq 2016-cı ilin yayına planlaşdırılmışdı, lakin bir neçə gün sonra 21 sentyabr 2016-cı ildə ABŞ-də və dünyada baş tutdu. Tətbiq Android və iOS platformalarında mövcuddur. Tətbiqin veb versiyası 15 Avqust 2017-ci il tarixdə yayımlandı. Qeydiyyatdan keçərkən tətbiq istifadəçinin telefon nömrəsinə bağlanır və Google Assistant-dan istifadə etmək üçün Google hesabına keçid istifadə olunur.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Alessandro Allori
Alessandro di Kristofano di Lorentso del Bronzino Allori (it. Alessandro di Cristofano di Lorenzo del Bronzino Allori; 31 may 1535[…], Florensiya[…] – 22 sentyabr 1607[…], Florensiya[…]) — İtaliya (Florensiya) rəssamı, manyerizm üslubunun nümayəndəsi. == Həyat və yaradıcılığı == Alessandro Allori 31 may 1535-ci ildə Florensiyada anadan olmuşdur. Əmisi Anyolo Bronzinonun tələbəsi olan Allori Mikelancelodan güclü təsirlənmişdir. Manyerizmin təsiri onun dizaynı şərti və sərt, rəngləri kəskin olan din mövzusundakı rəsmlərində xüsusilə nəzərə çarpır. Allorinin əsərlərindən ən mühümləri: "Rəbbin vəftiz edilməsi", "İshaqın qurbanı", Culiano Mediçinin, Bianka Kapello portretləri, avtoportret (hər beşi Florensiyadakı Uffisi qalereyasında), kardinal Ferdinando Mediçinin portreti (Florensiyadakı Palasso Pittidə), "Məryəmin mövludu" (Florensiyadakı Santissima-Annunsiata kilsəsində), "Məsih Məryəm və Marfa ilə" (Vyana muzeyində), "Hamamda Varşava" və bir gəncin portreti (Ermitajda).Onun oğlu Kristofano Allori də rəssam olmuşdur. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Аллори, Алессандро // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Allobiotopiya
Allobiotopiya — qohumluq baxımından yaxın olan orqanizmlərin eyni ərazidə, lakin müxtəlif ekoloji şəraitdə yaşaması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Allodiniya
Allodiniya (yun. άλλος állos "başqa" və οδύνη odúnē "ağrı") — ağrılı olmayan bir qıcıqlandırıcıya qarşı ağrının hiss olunmasıdır. Mexaniki, termiki, hərəki formaları var.
Allofan
Allofan X Al2O3 · YSiO2 · H2O; X:Y=1:1 — kolloidal mineraloiddir; Rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Fosforlu allofan ( ~10 %-dək və daha çox P2O5), ferri-allofan – tərkibində Al < Fe3+ olan allofan. == Xassələri == Rəng – rəngsiz, ağ, mavi, çəhrayı, yaşıl, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 3; Çox kövrəkdir; Əllə toxunduqda qurudur; Sınıqlar – qabıqlı; Morfologiya – Mineral aqreqatları: massiv, böyrək- və salxımvarı, stalaktitəoxşar, torpaqvari kütlələr, opalabənzər qaysaqlar. == Mənşəyi və yayılması == Allofan əsasən ekzogen mənşəlidir və adətən vulkanik məhsulların – kül və şüşənin aşınması zamanı əmələ gələn torpaqlarda toplanır. Həmçinin sulfatlı meteor mənşəli suların təsiri ilə silikat və alümosilikatların parçalanması nəticəsində əmələ gəlir. Oksidləşmə zonasında qeyd edilir. Hidrotermal mənşəli allofanın əmələ gəlməsi başqa mineralların hidrotermal dəyişilməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: halluazit, gibbsit, fosfatallofan. Mineralın tapıldığı yerlər: Qrafental (Almaniya); Banska-Ştyavnitsa (Çexiya); Juravlinski (Rusiya); Kiviklar-Köy (Türkiyə); İndiana ştatında Laurens dairəsi (ABŞ). Azərbaycanda Gədəbəy mis-kolçedan və Daşkəsən dəmir filizi yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Balakən, Göy-Göl rayonlarında və b.
Allofon
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır.Azərbaycan dilində bir neçə allofon səs var. "K k" hərfi söz başında /c/ səsini göstərir,amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur. Başda:kömür [cʰœmyɾ] Ortada:məktəb [mæçt̪æb] Axırda:inək [in̪æç] "Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir,lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur. Boğaz [bɔʕɑz̪] Bəlğəm [bæl̪ˤʕæm] == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Allogenez
Allogenez — eyni miqyaslı adaptasiyalarla səciyyələnən orqanizmlərin müəyyən adaptasiya bölgəsində inkişafı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. Ekologiya (dərs vəsaiti). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı, 2004, s.379-384.
Alloispermum
Alloispermum (lat. Alloispermum) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Alloispermum caracasanum (Kunth) H.Rob. Alloispermum colimense (McVaugh) H.Rob. Alloispermum gonzaleziae (B.L.Turner) B.L.Turner Alloispermum insuetum C.F.Fernández, Urbatsch & G.Sullivan Alloispermum integrifolium (DC.) H.Rob. Alloispermum lindenii (Sch.Bip. ex Wedd.) H.Rob. Alloispermum longiradiatum (Urbatsch & B.L.Turner) B.L.Turner Alloispermum michoacanum (B.L.Rob.) B.L.Turner Alloispermum pachensis (Hieron.) H.Rob. Alloispermum palmeri (A.Gray) C.Fernandez & L.Urbatsch Alloispermum scabrifolium (Hook. & Arn.) H.Rob.
Alloklazit
Alloklazit (Allaclazit) — mineral. Kobaltla çox zəngindir (Co — 33%). Sinqoniyası rombikdir. Rəngi çəhrayımtıl, göyümtül olur. Metal parıltılıdır. Sərtliyi 5—5,6, sıxlığı 5700—6000 kq/m3olub, hidrotermal mənşəlidir. Kobalt metalı, davamlı göy və yaşıl rənglər, xüsusi poladlar istehsalında işlədilir. Azərbaycanda Daşkəsəndə var.
Allon (Yuxarı Provans Alpları)
Allon (fr. Allons, oks. Alonh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 62 nəfərin (15–64 yaş arasında) 33-ü iqtisadi cəhətdən, 29-u fəaliyyətsizdir (fəaliyyət göstərici 53,2%, 1999-cu ildə 68,8%). 33 aktiv adamdan 30 nəfəri (22 kişi və 8 qadın), 3 qadın işsiz idi.
Allonj
Allonj — Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəqdir. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Allophylaceae
Sabunağacıkimilər (lat. Sapindaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Allophylus
Allophylus (lat. Allophylus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Allophylus agbala Hauman Allophylus aldabricus Radlk. Allophylus bullatus Radlk. Allophylus chirindensis Baker f. Allophylus cobbe (L.) Rausch. Allophylus dodsonii A.H.Gentry Allophylus edulis (St.Hil.) Radlk. Allophylus marquesensis F. Brown Allophylus pachyphyllus Radlk. Allophylus rapensis F. Brown Allophylus rhoidiphyllus Balf. f.
Allophylus agbala
Allophylus agbala (lat. Allophylus agbala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus aldabricus
Allophylus aldabricus (lat. Allophylus aldabricus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus bullatus
Allophylus bullatus (lat. Allophylus bullatus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus chirindensis
Allophylus chirindensis (lat. Allophylus chirindensis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus dodsonii
Allophylus dodsonii (lat. Allophylus dodsonii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus edulis
Allophylus edulis (lat. Allophylus edulis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus hispidus
Allophylus zeylanicus (lat. Allophylus zeylanicus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü. == Təsviri == Allophylus zeylanicus-un görünüşü adətən kiçik kol şəkilindədir.Yarpaqları oval formadadır. Qabığı ağımtıl rəngdədir, yeni tumurcuqları kiçik tüklərlə örtülmüşdür. Çiçəkləri qırmızı, yumurtavari, hamardır. Bütün bitki dərman məqsədləri üçün istifadə olunur. == Yaşayış yeri və ekologiya == Bu bitki növünə düzənlik ərazilərdə, bataqlıq ərazilərdə və həmişəyaşıl meşələrdə rast gəlmək olar. Allophylus zeylanicus yerüstü sistemin bir hissəsidir. Allophylus zeylanicus dağ qurşağının 2000 m yüksəkliyi daxilində əmələ gəlir.
Allophylus marquesensis
Allophylus marquesensis (lat. Allophylus marquesensis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus pachyphyllus
Allophylus pachyphyllus (lat. Allophylus pachyphyllus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus rapensis
Allophylus rapensis (lat. Allophylus rapensis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus rhoidiphyllus
Allophylus rhoidiphyllus (lat. Allophylus rhoidiphyllus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allophylus rhomboidalis
Allophylus rhomboidalis (lat. Allophylus rhomboidalis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
All.
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Aldo Boffi
Aldo Boffi (it. Aldo Boffi; 26 fevral 1915 – 26 oktyabr 1987) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu üç dəfə İtaliya çempionatının bombardiri olub. Güclü zərbələri ilə məşhur olub. == Karyera == Aldo Boffi 26 fevral 1915-ci ildə Cussanoda anadan olub. Karyerasına İtaliyanın üçüncü divizionunda çıxış edən "Vis Nova" klubunun gənclər komandasında başlayıb. 1935-ci ildə B Seiyası klubu olan "Serenyo" klubuna transfer olunur. "Serenyo" klubu futbolçunu transfer etdikdən bir il sonra C Seriyasına düşur, lakin bütün komandanın uğursuz oynamasına baxmayaraq, Boffi 20 qol vuraraq B Seriyasının ən yaxşı bombardirlərindən biri olur. Futbolçu bu uğurunu bir il sonra C Seriyasındada təkrar edərək C Seriyasının bombardiri olur.
Aldo Kalulu
Aldo Kalulu Kvatenqva (21 yanvar 1996, Lion) — peşəkar Fransa futbolçusu. O, "Soşo" klubunda hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyilərində oynayır. == Uğurları == === Klub === Bazel İsveçrə Kuboku Qalib (1): 2019 === Milli === === Şəxsi === == Klub karyerası == === Lyon === Kalulu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. Kalulu Liqa 1-də debütünü 12 sentyabr 2015-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Lill klubu ilə qarşılaşmada Yordan Ferrini əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion Liqa 1 görüşündə Lill ilə 0–0 bərabərə qalmışdır.Kalulu ilk qolunu 23 sentyabr 2015-ci ildə Bastiya klubu ilə qarşılaşmada Stid Malbrankenin ötürməsindən sonra vurmuşdur. === Bazel === 26 iyun 2018-ci ildə Kalulu İsveçrə təmsilçilərindən olan Bazel klubu ilə üç illik müqavilə imzalamışdır. == Milli karyerası == Kalulu Fransada anadan olmuşdur. Valideynləri isə Ruanda vətəndaşlarıdır. Kalulu bir müddət Fransanın U-18 gənclər yığmasında çıxış etmişdir.
Aldo Moro
Aldo Moro(it. Aldo Moro; 23 sentyabr 1916, Malye, Apuliya — 9 may 1978, Roma) — İtaliyanın baş naziri, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == Aldo Moro 23 sentyabr 1916-cı ildə anadan olmuşdu. Ali hüquq təhsili almışdı. İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilən "postindustrial sıfır inkişafı" və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla "Roma Klubunu" hiddətləndirmiş oldu, çünki "Olimpiyaçılar" bu siyasətin həyata keçirilməsini məhz "Roma Klubuna" tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş Nazirə "Beynəlxalq İşlər üzrə Kral İnstitutunun" (RRLA, Böyük Britaniya) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-nin Dövlət Katibi, eləcə də Komitet 300-ün üzvüdür. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcəkdir. Xatırladaq ki, Baş Nazir Aldo Moro 1978-ci ildə "Qırmızı briqadalar"nın terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. "Qırmızı briqadalar"nın üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-nin yüksək səviyyəli rəsmı şəxslərinin iştirak etdiklərindən xəbərdar olduqlarını bildirmişdilər.
Aldo Rossi
Aldo Rossi (it. Aldo Rossi; 3 may 1931[…], Milan[…] – 4 sentyabr 1997[…], Milan) — italyan memar, dizayner və nəzəriyyəçi. == Həyatı == Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakultəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi. 1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur == Neo-Rasional cərəyanı == Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Aldo Zadrima
Aldo Zadrima (alb. Aldo Zadrima; 15 yanvar 1948, Tirana) — Albaniya şahmatçısı, milli ustad. 1994 Albaniya çempionu.Albaniya komandasının tərkibində altı şahmat olimpiadasında (1972, 1980, 1982, 1984, 1994, 2002) və iki Balkan ölkələri çempionatında (1979 və 1994) iştirak etmişdir.1995-ci ildə zona turnirində Albaniyanı təmsil edirdi. Beynəlxalq arenada 1972-ci ildən 2003-cü ilə qədər çıxış edirdi. Maksimal reytinqinə (2270 bal) 1995-ci ilin yanvarında çatdı. 2015-ci ilin oktyabr ayında onun reytinqi 2255 bal idi.
Alio Adamia
Alio Adamia (gürc. ალიო კონსტანტინეს ძე ადამია, 7 (20) may 1914, Batumi – 19 oktyabr 1980, Tbilisi) — gürcü sovet yazıçısı, şairi, jurnalisti və naşiri. == Bioqrafiyası == 7 may (20 may) 1914-cü ildə Rusiya İmperiyasının Kutaisi vilayətinin Ozurqeti mahalının Batum şəhərində (indiki Batumi) anadan olmuşdur. 1934 -cü ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1930-1936-cı illərdə Akhalgazrda Komunisti qəzetində çalışdı (ახალგაზრდა კომუნისტი, Rus Gənc Kommunist). 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv oldu. 1942-1954-cü illərdə "Komunisti" qəzetində çalışıb. 1954-1963 — "Xelovneba" ədəbi-bədii nəşriyyatının direktoru (ხელოვნება, Rus İncəsənəti). 1963-1968 — "Merani" nəşriyyatında şöbə müdiri (მერანი). 1968-1980 — "Sabchota Sakartvelo" nəşriyyatının baş redaktoru (საბჭოთა საქართველო, Rus Sovet Gürcüstanı).
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Alla Cəlilova
Alla Cəlilova (d. 8 (21) noyabr 1908, Tiflis – 12 aprel 1992, Moskva) — Sovet aktrisası və müəllimi, Bolşoy Teatrın balet solisti (1927-1951), ilk Dağıstan balerinası. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1951). == Bioqrafiyası == Alla Cəlilovanın atası Abdulqay Abduloviç, inqilabdan əvvəlki dövrlərdə ali təhsil alan azsaylı axtılılardan biri olmuşdur. Axtı məktəbini bitirdikdən sonra Stavropol gimnaziyasına (Puşkinin bitirdiyi məktəb) oxumağa başlayır. Orada Sofiya Nikolaevna Zaiçevskaya ilə tanış olur. 1900-cü ildə Abdulqay Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1903-cü ildə Abdulqay Kare (indiki Türkiyə) şəhərinə işləməyə gedir. Daha sonra Moskvaya gələn Sofya Zaiçevskaya ilə evlənir. 1908-ci ildə qızı Alla Tiflisdə dünyaya gəlir.
Alla Dudayeva
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. == Həyatı == Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir.2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. == Əsərləri == Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр. 2003 ISBN 9756446080 (türk.) Le loup tchétchène: ma vie avec Djokhar Doudaïev (Çeçen canavar: Cövhər Dudayevlər həyatım) "Maren Sell" 398 səh.
Alla Həsənova
Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Həyatı == Alla Həsənova 1970-ci il 6 avqustda anadan olub. Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur. == Karyerası == Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Alla Kudlay
Alla Kudlay (d. 23 iyul 1954, Losınivka, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (1997).
Alla Nikolayenka
Alla Nikolayenka (azərb. Nikolayenka Alla Alekseyevna) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Alla Nikolayenka 1972-ci ildə anadan olub. Salyan qazarmasının yaxınlığındakı "Krasnı Vostok" hərbi şəhərciyində atası ilə birlikdə yaşayırdı. Atası Aleksey hərbçi idi. Yanvarın 20-si hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi Almaniya Demokratik Respublikasına getməliydi. Yanvarın 19-u axşam atası bununla bağlı hazırlıq görürdü. Alla isə şəhərdən heç getmək istəmirdi. Atası Aleksey Allasız şəhəri tərk etməli olur.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir.1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Alla Puqaçova
Alla Borisovna Puqaçova (15 aprel 1949, Moskva) — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır. == Həyatı == Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966–1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur. Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
Alla Teterina
Alla Teterina (d. 24 fevral 1962) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Teterina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Alla Teterina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Alla Çernışkova
Alla Çernışkova"IV İslam Həmrəyliyi Oyunları - Həndbol yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.</ref> (d. 1 avqust 1988) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Alla Çernışkova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Alla Çernışkova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. == Bioqrafiyası == Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.