ALL

all1

adj 1. bütün, tam; ~ his life onun bütün həyatı; He lived here all his life O bütün həyatını burada yaşadı / yaşayıb; ~ the time bütün vaxtı; ~ the year round bütün il / ili; ~ men bütün adamlar; ~ things bütün şeylər; ~ countries bütün ölkələr; All countries unite! Bütün ölkələr birləşin! 2. hər; hər cür, istənilən; in ~ directions bütün / hər istiqamətdə; in ~respects hər (bir) cəhətdən, hər (bir) baxımdan; at ~ events hər nə olur olsun, necə olur olsun; 3. tam, ən çox, son, ən artıq; ən böyük; mümkün olan bütün, hər cür; with ~ respect tam / mümkün olan, hər cür hörmətlə, tam hörmətlə; 4. hər cür; beyond ~ doubt şübhəsiz, hər cür şübhədən kənar; He was all ears O çox diqqətlə qulaq asırdı

all2

pron hamı, hamısı, hər şey; Ali agree Hamı razıdır; All are present Hamı iştirak edir; We all want peace Biz hamımız sülh istəyirik; All is lost Hər şey itdi; ~ of them onların hamısı; All of them must work Onların hamısı işləməlidirlər; I love him most of all Mən onu hamıdan çox sevirəm; at ~ 1) ümumiyyətlə; If he comes at all Ümumiyyətlə o gəlsə; 2) əgər bir az; If he coughs at all, his mother runs to the doctor Əgər o bir az öskürsə, anası həkimə qaçır; not at ~ 1) əsla, qətiyyən, heç;

◊ ~ for nothing nahaq, nahaq / əbəs yerə, boş / hədər yerə

all3

adv bütün, təmiz, tamam, tamamilə, bütövlükdə, büsbütün; The spoon is all gold Qaşıq bütün / təmiz / büsbütün / bütövlükdə qızıldır; He lived all alone O tamamilə tək yaşadı; ~ at once qəflətən, birdən, gözlənilmədən; He came all at once O qəflətən / gözlənilmədən gəldi; ~ of a sudden birdən, birdən-birə; qəfildən, qəflətən; They left the city all of a sudden Onlar şəhəri qəflətən / birdən tərk etdilər; ~ the same 1) fərqi yoxdur, birdir; It is all the same to me Mənim üçün fərqi yoxdur / birdir; 2) hər halda, buna baxmayaraq, yenə də, bununla belə; Ali the same I wish you hadn’t done it Bununla belə mən istərdim ki, sən /siz bunu etməmiş olaydın / olaydınız

ALKALIZE
ALL-CLEAR
OBASTAN VİKİ
All.
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
All Music Guide
All Music Guide Azərbaycan dilinə tərcümə olunduqda "bütün musiqilər üzrə qid" mənasını verir. Ən böyük onlayn musiqi verilənlər bazasıdır. All Media Guide təşkilatına aiddir. 1991-ci ildə Maykl Erlevayn tərəfindən yaradılmışdır. Ensiklopediyanın portalı internetdə 1995-ci ildən fəaliyyət göstərir. Əsas informasiyalar musiqi janrları, musiqiçilər və musiqi qrupları, eyni zamanda musiqi albomları haqqındadır.
Hands All Over
Hands All Over — Maroon 5 qrupunun albomu.
NBA All-Star
NBA All Star, Hər il Fevral ayında NBA sezon fasiləsi zamanı, Şərq və Qərb komandalar yığması arasında keçirilən basketbol oyunudur.
All Eyez on Me
All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir. 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı. == Albom haqqında == 1995-ci ilin oktyabr ayında Şuq Nayt, təcavüz iddiası ilə həbsdə olan Tupak Şakura zamin durdu və $1.4 milyon ödəyərək həbsdən çıxartdı. Zaminliyin qarşılığında Tupak Death Row Records musiqi şirkəti ilə 3 albom çıxartmaq üçün müqavilə imzaladı. Həbsdən çıxıb studiyaya gələn Tupak Şakur albomu sadəcə 2 həftədə bitirdi.
NBA All-Star Həftəsonu
NBA All-Star Həftəsonu festivalı NBA-nın müntəzəm mövsümünün ortalarında, bazar günü axşam keçirilən NBA All-Star Oyununda baş verən müxtəlif basketbol tədbirlərindən, sərgilərdən və çıxışlardan ibarət olan həftəlik bir festivaldır. Bu dövrdə müntəzəm mövsüm oyunları keçirilmir, bu da All-Star fasiləsi kimi tanınır. == All-Star oyunları == All-Star Həftəsonu oyunları bazar günü keçirilən əsas oyundur. 2017-ci oyun Yeni Orlean Pelicans evinin Nyu Orleans Smoociye King Mərkəzində keçirildi. 2018-ci ildə keçiriləcək NBA All-Star Həftəsonu Oyunları Los Anceles şəhərində keçirilməsi planlaşdırılır. == NBA All-Starın fəaliyyəti == NBA Cam Sessiyası 1992-ci ildən bu yana All-Starda keçirilməyə başlanılmışdır. Bu "Basketbolun təməl parkı" bayramlarının bir hissəsini təşkil edir. All star tərəfdarları, cümə axşamı və bazar günləri arasında çox sayda interaktiv basketbolla əlaqəli fəaliyyətlərdə iştirak edə bilir. NBA Jam Sessiyası ümumiyyətlə gənc tərəfdarlara yönəldilir. === Cümə === NBA All-Star Məşhur Oyunu: İlk olaraq 2003-cü ildə keçirilən oyun, təqaüdçü NBA oyunçular, WNBA oyunçuları, aktyorlar, musiqiçilər və basketboldan başqa idmançılara aiddir.
It's All About You
It's All About You (azərb. Mən sənsiz yaşaya bilmirəm‎) — Albaniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Yuliana Paşa ifa etmişdir. Mahnının bəstəkarı Ardit Gjebrea, sözlərinin müəllifi isə Ardit Gjebrea və Pirro Çakodur.
Abdulla Allahverdiyev
Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa – 14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi. == Həyatı == Abdulla Museyib oğlu Allahverdiyev 23 may 1941-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikasının Odessa şəhərində doğulmuşdur. O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra isə Azərbaycan Politexnik İnustitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil almışdır.Abdullah Allahverdiyev 1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışmışdır. O, 1974–1979-cu ilədək Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri olmuş, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik etmişdir.Abdullah Allahverdiyev 1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil almış, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi almışdır. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləmişdir.Abdullah Allahverdiyev 1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.Abdullah Allahverdiyevə 1989-cu ildə polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilmişdir.Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşımışdır. Ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra etmişdir.Abdulla Allahverdiyev 14 aprel 2023-cü il tarixində Türkiyədə müalicə aldığı xəstəxanada ölmüşdür. Ağstafa rayonu Dağ Kəsəmən kəndində dəfn olunubAbdulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.
Aechmea allenii
Aechmea allenii (lat. Aechmea allenii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Al-Mu'allim
Al-Mu'allim — Sami Yusufun ilk albomu. == Al-Mu'allim 5.45 == 02 Who is the Loved One?
Allahverdi Həsənov (əsgər)
Həsənov Allahverdi — (24 fevral 1960, Cil, Çəmbərək rayonu – 1 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Həsənov Allahverdi Qurban oğlu 24 mart 1960-cı ildə Göyçə mahalında anadan olmuşdur. O, Cil kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə həqiqi həbi xidmətə çağırılmış və hərbi xidmətini Ukrayna Respublikasında keçmişdir. Allahverdi Həsənovun ən böyük arzusu təyyarəçi olmaq olmuşdur. O, 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olmuşdur. İki övlad atası olan Allahverdi Həsənov 1984-cü ildə Xarkov şəhərində hərbi məktəbə daxil olmuş, oranı əla qiymətlərlə bitirdikdən sonra təyinatla Gəncə şəhərinə göndərilmiş, "AN-2" təyyarəsində mexanik vəzifəsində işləmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur. == Birinci Qarabağ müharibəsi == Azərbaycanın başı üzərini qara buludlar alanda Alahverdi Həsənov 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmış, 701 saylı hərbi hissənin tərkibində motoatıcı taborunda bölük starşınası kimi xidmət göstərməyə başlamışdır, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə böyük hünər göstərmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur.
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Allahverdi Novruzov
Allahverdi Bəhram oğlu Novruzov — 17 may 1994-cü il; Salyan rayonunda anadan olub, Azərbaycan – 29 sentyabr 2020-ci il; Füzuli, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Belə şərəfli ömür sahiblərindən biri də əsgər Allahverdi Bəhram oğlu Novruzovdur. Allahverdi Novruzov 17 may 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Memorial == Hərbi xidməti == Allahverdi ibtidai təhsilini "Plastik" yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017–2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib.
Allahverdi Orucov
Allahverdi Orucov (20 avqust 1944, Aşağı Yağlıvənd, Qaryagin rayonu) — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Allahverdi Tağıyev
Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992; İmişli, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Allahverdi Verdizadə
Allahverdi Əmənullah oğlu Verdizadə (1914-1973)– Kimya elmləri doktoru, professor. == Həyatı == Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmiş, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya şöbəsini qurtarmışdır. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941-42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1973-cü ildə vəfat etmişdir.
Allahverdi Xəlilov
Allahverdi Sabir oğlu Xəlilov — “Azərbaycan Bayrağı” ordeni və “Hərbi xidmətə görə” medalı laureatı. == Həyatı == Allahverdi Xəlilov 1974-cü il iyulun 30-da indiki Ermənistanın Noyemberyan rayonundakı Ayrım qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə 263 saylı orta məktəbi bitirən Allahverdi Dəmiryolu texnikumuna qəbul olundu. 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda hərbi xidmətə çağırıldı. O, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax bölgələrində gedən döyüşlərdə iştirak etmiş, düşmənə arxa çevirməyətək vətənimizin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuşdur. Tərtər cəbhədinfə gedən qanlı döyüşlərdə iştirak etmiş və qorxmazlığı ilə fərqlənmişdi.18-22 aprel 1994-cü ildə gedən qanlı döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gəlməyinə baxmayaraq, özünü itirməmıiş, neçə düşməni məhv etmiş, ermənilərin hücumunun dəf edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. Onun xidmət etdiyi manqa düşmənin PDM-2-ni sıradan çıxartmışdı. Əks hücum zərbələrinə tab gətirməyən düşmən geri çəkilmiş və komandamız çoxlu hərbi sursat ələ keçirmişdi.1994-cü ilin aprelin 24-də ermənilər böyük qüvvə ilə növbəti hücuma keçmişdilər. Allahverdi son damla qanına kimi düşmənlə vuruşacağına and içmişdi. Bu qanlı döyüşdə Allahverdi Xəlilov xüsusilə fərqlənmiş, öz mövqeyini tərk etməmiş, qəhrəmancasına həlak olmuşdur.Allahverdi Xəlilov döyüş yoldaşları arasında böyük hörmət və rəğbət qazanmışdı.
Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu — Azərbaycan aktyoru == Həyatı == Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova. 1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Allahverdi kəndi
Allahverdi kəndi (Çaypara)
Allahverdi kəndi (Poldəşt)
Allahverdi (fars. اله وردي كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Pildəşt bölgəsinin Gəclat kəndistanında, Pildəşt qəsəbəsindən 40,5 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (55 ailə).
Allahverdi kəndi (Çaypara)
Allahverdi kəndi (fars. الهوردي كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (103 ailə).
Allahverdi rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. == Tarixi == Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahverdi xan (erməni)
Allahverdi xan (vəfatı 1662) — erməni əsilli Səfəvi hərbi zabiti. Xosrov xanın oğlu hesab olunur və İmamverdi bəy adlı bir qardaşı var idi. == Mənbələr == Fleischer, C. ALLĀHVERDĪ KHAN (2) // ALLĀHVERDĪ KHAN (2) – Encyclopaedia Iranica. Encyclopaedia Iranica, Vol. I, Fasc. 8. 1985. 892. Floor, Willem M.; Faghfoory, Mohammad H. The Dastur Al-moluk: A Safavid State Manual, by Mohammad Rafi' al-Din Ansari. Mazda Publishers.
Allahverdi xan (gürcü)
Allahverdi xan Undiladze (gürc. ალავერდი-ხანი; 1560, Gürcüstan – 3 iyun 1613, İsfahan) — əvvəlcə I Şah Abbasın sarayında zərgərbaşı, sonra qullarağası, Azərbaycan nağıllarının qəhrəmanlarından biri olan Vəzir Allahverdi xan. == Həyatı == I Şah Abbasın vəfatından sonra Səfəvi sarayında xidmət göstərən islamı qəbul etmiş gürcülər iki qrupa ayrılmışdılar. Birinci qrupa Xosrov Mirzə ilə Rüstəm xan Saakadze, ikinci qrupa isə Allahverdi xan Undiladze başçılıq edirdi. Şah Abbasın hakimiyyəti dövründə Allahverdi xanın böyük oğlu İmamqulu xan Fars, kiçik oğlu Davud xan isə Gəncə-Qarabağ bəylərbəyliyinə başçılıq edirdi. Lakin Davud xan xəyanət edərək, 1632-ci ildə yenidən Gəncə Səfəvilərə qarşı çıxan Teymurazın üzərinə yürüş edərkən tərəfinə keçdi. Gürcü mənbəyinin yazdığına görə ağıldan kəm olan Davud xanı şah bir neçə dəfə ziyafətdən qovmuşdu. Qəfildən Gəncəyə soxulan müttəfiqlər burda Qacarlardan ibarət qala qarnizonunun əskərlərini qətlə yetirdilər və "bütün Azərbaycanı ələ keçirəcəklərinə and içdilər". Müttəfiqlərə qoşulan erməni katolikosu Teymuraza belə bir "ideya" ilə müraciət etdi: "Nə qədər ki xotkarla (Osmanlı sultanı) şah (Səfəvi hökmdarı) öz aralarında düşmənçilik edirlər bu yürüşünüzü Təbrizə qədər davam etdirin. Mən sizə 40 min tüfəngçi verə bilərəm.
Allahverdi xan körpüsü
Allahverdi xan (fars. پل الله‌وردی خان‎) və ya Si-o-se-pol (fars. سی‌وسه‌پل‎) körpüsü — Hal-hazırda İsfahanda, Zayəndə çayı üzərində yerləşən XVII əsr Səfəvi memarlıq abidəsi. İtalyan səyyah Petro Della Valle bu köprünü Romadaki məşhur körpülərlə müqayisə edərək bildirir ki, Allahverdi xan köprüsü həm uzunluğuna həm eninə görə Romadaki körpülərdən bir neçə dəfə daha böyükdür. Körpü quruluşuna görə çox funksiyalı xarakter daşıyır. Burada şah üçün xüsusi yer ayrılmışdır. Şah əlamətdar günlərdə burada əyləşərək şəhərdəki mərasimləri seyr edirmiş. == Tarixi == Allahverdi xan və ya Sie-So-Pol körpüsü yerləşdiyi ərazi baxımından Səfəvi dövrü memarlığının mühüm nümunələrindən biri hesab olunur. Körpü Şah Abbasın hakimiyyəti dövründə İsfahanın Çaharbağ küçəsində inşa edilmişdir. İsfahanı paytaxt elan etmədən əvvəl Şah Abbas bu şəhərə xüsusi diqqət yetirirdi.
Allahverdi Əkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdi Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdiyev
Allahverdiyev — soyad. Adil Allahverdiyev (d. 1951) — Rusiya alimi. Allahverdi AllahverdiyevAllahverdi Allahverdiyev (əsgər) (2001—2020) — Vətən müharibəsi şəhidi. Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim) (1927—1988) — ictimai-siyasi xadim.Arif Allahverdiyev (1947—2019) — dövlət xadimi. Asiman Allahverdiyev (1988—2020) — Vətən müharibəsi şəhidi.Babək Allahverdiyev (1979—2020) — Vətən müharibəsi şəhidi. Bayram Allahverdiyev (1938—2019) — Azərbaycan alimi.Ceyhun Allahverdiyev (d. 1972) — bəstəkar, pianoçu. Cəlal Allahverdiyev (1929—2017) — Azərbaycan riyaziyyatçısı.Elxan Allahverdiyev (d. 1960) — dövlət xadimi.
Allahverdu Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverən Cəbrayılov
Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu – 8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fizika-riyaziyyat elmləri dоktоru, prоfessоr Cəbrayılоv Allahverən Cəbrayıl оğlu 15 may 1940-cı ildə Füzuli rayоnunun Hоradiz kəndində anadan оlmuşdur. === Elmi fəaliyyəti === О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) meхanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V.A.Steklоv adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı оlmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A.Cəbrayılоv 1965–1969-cu illərdə Mоskva Fizika-Teхnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Meхanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır. === Əmək fəaliyyəti === A.C.Cəbrayılоv 1971–1974-cü illərdə Mоskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dоsenti vəzifəsində işləmiş, 1972-ci ildə dоktоrluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri dоktоru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksiоnal analiz kafedrasının prоfessоru seçilmişdir. Allahverən Cəbrayılоv 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metоd şurasının üzvüdür. Prоfessоr A.C.Cəbrayılоvun 75-dən çох elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və оnun хüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir.
NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı
NBA All-Star Ən Dəyərli Oyunçu Mükafatı hər il NBA finalında ən yaxşı çıxış edən oyunçuya verilən mükafat. İlk dəfə 1953-cü ildə verilmişdir. Bundan əlavə əvvəlki iki ilin ən yaxşı oyunçuları Ed Makauley və Paul Arizinə də bu mükafat verildi.Bob Pettit (1958, 1959) və Rasl Vestbruk(2015, 2016) ardıcıl iki il mükafatı qazanan yeganə basketbolçulardır. Bob Pettit (1956), Bob Kousi (1957), Vilt Çemberlin (1960), Bil Rasl (1963), Oskar Robertson (1964), Uilis Rid (1970), Deyv Couens (1973), Maykl Cordan (1988, 1996, 1998), Mecik Conson (1990), Sakil O'Nil (2000), and Alen Iverson (2001) eyni ildə həm All-Star oyunu Ən Dəyərli Oyunçu mükafatı və NBA Ən Dəyərli Oyunçu mükafatını qazanan oyunçulardır. Maykl Cordan bu nəticəni üç dəfə təkrarlayan yeganə şəxsdir.
When We All Fall Asleep, Where Do We Go?
When We All Fall Asleep, Where Do We Go? — (böyük hərflərlə stilizə olunur) amerikalı müğənni-mahnı yazarı Billi Aylişin ilk studiya albomu. ABŞ-də 9 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən, Birləşmiş Krallıqda isə Polydor Records tərəfindən buraxılıb. Ayliş albomu qardaşı Finneas O'Konnell ilə birlikdə yazıb, qardaşı albomun prodüserliyini Los-Ancelesin Highland Park məhəlləsində yerləşən kiçik yataq otağı studiyasında etmişdir.
ге́нтекс интеллектуа́льно осоко́рник прерогати́ва сапожо́нок демонстрати́вно зе́бровый караку́льская овца позабра́ть профремо́нт сини́льная кислота фре́сковый чу́бик слузгать antidiscrimination head trip pyretotherapy self-regard tea-room tonish trusteeship unit circle желудочный засекречивать мастика