Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Altılıq
Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya daxildir. == Tarixi == 2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Məşum altılıq
Məşum altılıq (ing. Sinister Six) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə Hörümçək-adamın düşmənləri tərəfindən formalaşdırılmış komanda Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. Komanda Hörümçək adama ardıcıl məğlub olan əsas super cinayətkarlardan ibarətdir. Orijinal Məşum altılıq komandası Doktor Osminoq tərəfindən qurulmuşdur. Məşum altılıq Hörümçək adamın əsas düşmən komandasıdır. Komanda bir çox animasiya serialında və videooyunda görünmüşdür. == Nəşrolunma tarixi == Məşum altılıq komandası ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. == Bioqrafiya == === Orijinal komanda === Hörümçək adama ardıcıl üç məğlubiyyətdən sonra Doktor Osminoq mexaniki qollarından ayrı düşür və həbs olunur. Mexaniki qollar sərbəst şəkildə Doktor Osminoqu həbsxanadan xilas edir və Doktor Osminoq Hörümçək adamla yolları kəsişən hər bir supercinayətkara müraciət yollayır. Ancaq Kərkəs, Elektro, Ovçu Kreyven, orijinal Misteri və Qum-adam müraciətə cavab verirlər.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Altınçağ
Qızıl Əsr (türkcə Altınçağ) — türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Dövri-səadət deməkdir. Müxtəlif türk dillərində Altınçak və ya Altanşak olaraq da deyilər. Monqolcada Altangalav və ya Altangalab olaraq bilinir. İnsanların xoşbəxtlik, zənginlik və rahatlıq içində azad və döyüşsüz yaşadığı keçmiş bir dövrü izah edər. Bəziləri isə bunu gələcəyə istiqamətli bir utopiya halına gətirərək, insanların üst səviyyə bir şüura çatdığı, ictimai bir quruluşu izah etmək üçün istifadə etmişdir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Altiani
Altiani (fr. Altiani, kors. Altiani) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Bustaniko kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B012. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 107 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 48 nəfər (15-64 yaş) arasında 31 nəfər iqtisadi fəal, 17 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 64,6%, 1999-cu ildə 36,6%) olmuşdur. Fəaliyyətdə olan 31 nəfərdən 28 nəfər (16 kişi və 12 qadın) işləyir, 3 nəfər işsiz (1 kişi və 2 qadın) olmuşdur.
Altıncı
Altıncı (Çaroymaq) Altıncı (film, 2004) Altıncı (film, 1981) (rus.
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Altıncı (Çaroymaq)
Altıncı (fars. التنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Altıncı hiss
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
İhsan Əliaçıq
Rəcəb İhsan Əliaçıq (d. 23 dekabr 1961, Kayseri) — türk yazıçı, təfsirçi və mütəfəkkir. Yazılarıyla Antikapitalist Müsəlmanlar adıyla tanınan İslami-siyasi meydana gəlmənin nəzəri infrastrukturunu inkişaf etdirdi və bu hərəkətə sahib çıxdı.Kayseri və Kırşəhərdeki dəyişik məktəblərdə ilk, orta və lisey təhsili 1980-ci ildə tamamlayan Əliaçıq, Ərciyəs Universiteti İlahiyyat Fakültəsində 1985-1990-ci illərdə oxudu. İlahiyyat Fakültəsindən məzun olmadan ayrılaraq müstəqil yazıçılıq həyatına başladı. Kayseri Gündəm, Gerçək Həyat, Dəyişmə, Yer üzü, Məlumat və Düşüncə, Sabah, Özgün İradə, Məlumat Adam, Zaman kimi bir çox qəzet və jurnalda yazdı. 20 qədər kitabı nəşr olunmuşdur. Evli və beş uşaq atası olan Əliaçıq, Ərəb dili bilməkdə və İstanbulda yaşayır. Türkiyə jurnalisti Əhməd Hakan 14 mart 2007-ci il tarixli Hürriyet qəzetində nəşr olunan yazısında İhsan Əliaçıqdan təriflə bəhs edərkən, özünə "tabu yıxan" sifətini uyğun tapmışdır.
Alacıq (Çaroymaq)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Altıncı (film, 2004)
Altıncı — qısametrajlı sənədli televiziya filmi 2004-cü ildə Lider televiziyasında istehsal edilmişdir. Film Bakıda keçirilən altıncı "Şərq-Qərb" film festivalından bəhs edir. == Məzmun == Film Bakıda keçirilən altıncı "Şərq-Qərb" film festivalından bəhs edir.
Altıncı Kuril boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Onekotan və Harimkotan adalarını ayırır. Boğazın eni 15 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Pyotr Kuzmiç Krenisın şərəfinə adlandırılmışdır.
Altıncı hiss (dəqiqləşdirmə)
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum.Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4, Andante, 2/4, Menuetto və Trio 3/4, Allegro, 6/8.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Altıncı Hiss (film, 1999)
Altıncı hiss (ing. The sixth sense) — amerikan filmi. == Məlumatlar == Ölkə: ABŞ İl: 1999 Rejissor: Nayt Şyamalan Rollarda: Brüs Uillis, Heyli Coel Osment, Toni Kollett, Oliviya Vilyams Bəstəkar: Ceyms Nyuton Hovard Büdcə: 40 milyon $ == Film haqqında == Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı. Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir. 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib. Heyli Coel Osment Koul rolunu əldə etmiş kastinqə qalstukla gəlmiş yeganə namizəddir. Şyamalan ssenarinin ona aid hissəsini oxuyub-oxumadığını soruşanda, Heyli ssenarini üç dəfə oxuduğunu deyir.
Altıncı hiss (film, 1935)
Altıncı hiss tammetrajlı bədii filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1935-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilmdə istehsal edilmişdir. Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. Filmdə əsas rolları Ələsgər Ələkbərov, İ. Daşdəmirov, Ələkbər Hüseynzadə, İsmayıl Hidayətzadə, Möhsün Sənani və S. Klimov ifa edirlər. == Məzmun == Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksey Kapler, İvan Tartakovski Rejissor: Mikayıl Mikayılov Operator: Fyodor Novitski Rəssam: Viktor Aden == Rollarda == Ələsgər Ələkbərov — mühəndis Heydər İ. Daşdəmirov — buruq ustasıƏləkbər Hüseynzadə — Hüseynov, böyük buruq ustasıİsmayıl HidayətzadəMöhsün Sənani S. Klimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Altıncı hiss (film, 2002)
Altıncı hiss qısametrajlı sənədli televiziya filmi 2002-ci ildə Lider televiziyasıda ekranlaşdırılmışdır. Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir. == Məzmun == Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir.
Dövri sistemin altıncı periodu
6-cı period elementləri — altıncı periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir.
On altıncı simfoniya (Motsart)
On altıncı simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında yazılmış üç simfoniyadan birincisidir. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Simfoniyanın ifa müddəti 12 dəqiqədir. Bu simfoniyanın əlyazması hazırda Berlindəki "Preußischer Kulturbesitz" dövlət kitabxanasında saxlanılır. == Quruluşu == Simfoniya üç hissədən ibarətdir. Allegro maestoso, 3/4 Allegro maestoso, 2/4 Allegro, 6/8 === Birinci hissə: Allegro maestoso === === İkinci hissə: Andante grazioso === === Üçüncü hissə: Allegro === == Xarici görüntülər == Simfonija br.
On altıncı sülalə (Misir)
XVI sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. XVII–XVI əsrlər). == Ümumi məlumat == XVI sülalə fironları mərkəzi Tebes şəhəri olmaqla Yuxari Misirdə hökmdarlıq edirdilər. Tədqiqatlar göstərir ki, XIII sülalədən bəri davam edən aclıq bu dövrdə də qalırdı. Bu hal ölkədə olan ağır sosial-iqtisadi vəziyyətlə bağlı idi. Bu dövrdə Misir torpaqları vahid mərkəzdə birləşdirilməmişdi. Ölkənin ayrı-ayrı bölgələrində fərqli sülalələr hakimiyyətdə idi. Ikinci aralıq dövr mərkəzi hakimiyyət uğrunda gedən müharibələrlə xarakterikdir. Böhran vəziyyəti insanların həyat şəraitinə mənfi təsir edir, ölkəni yadelli hücumlarına dayanaqsız edirdi. == Fironlar == Yevseyiyə görə XVI sülalədən olan 5 hökmdar 190 il hökmdarlıq etmişlər.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 == Tarixi == 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.