ALNIAÇIQ

sif. Vicdanı təmiz, utanılacaq işi olmayan, namuslu.
İlk baharın sevincilə xumarlanan gözəl səhər; Min zəfərlə qarşılayır alnıaçıq ordumuzu. S.Vurğun.
[Kərim bəy:] [Nəriman], o gün olsun ki, sağ-salamat, alnıaçıq (z.) qayıt gəl, baban sənə çox borcludur. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALNIAÇIQ alnıaçıq bax namuslu
  • ALNIAÇIQ namuslu — vicdanlı — təmiz
ALMAZI
ALOV

Digər lüğətlərdə