Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Altaylılar
Altaylılar — türk xalqlarından biri. Əsasən Rusiya Federasiyasının Altay Respublikasında yaşayırlar.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Allahlı
Allahlı (Ərdəbil)
Altaylar
Altaylılar — türk xalqlarından biri. Əsasən Rusiya Federasiyasının Altay Respublikasında yaşayırlar.
Alxanlı
Yaşayış məntəqələri Alxanlı (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Alxanlı (Siyəzən) — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Alxaslı
Alxaslı — Azərbaycan Respublikasının Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymudur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər raynunda Alxaslı, Göyçay raynunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır. Alxaslı sözünün leksik anlamı haqqında izahat belədir ki, "Alxas" sözündəki "al" komponenti sifətin çoxaltma dərəcəsi kimi çıxış edir. Al-qırmızı, al-əlvan, al-qan sözlərində ki, "al" hissələri ilə eyni mənanı daşıyır. "Xas" komponenti isə sözün köküdür. Bu hissənin anlamına gəlincə, "xas" ümumtürk mənşəli söz olub anlamı "yüksək, uca" deməkdir.
Astanlı
Astanlı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Astanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Aşağı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Alaplı
Alaplı (türk. Alaplı) — Zonquldak ili ilçəsi. Zonquldak şəhər mərkəzindən 58 km məsafədədir. Əhalisi 44.286 nəfərdir. Balıqçılıq üzrə ixtisaslaşmışdır və burada qoz-fındıq istehsal olunur. Erdemir şirkətinin təchizatçı sənayesi bu yerin sakinlərinin əsas dolanışıqlarından biridir. İşçilər əhalinin əksəriyyətini təşkil edir. Rayonda ip və fındıq fabrikləri var. 31 mart 2019 tarixində edilən yerli seçkilər nəticəsində ikinci dəfə Bələdiyyə Başçısı Nuri Təkin seçildi. Alaplı ilçəsi Zonquldak ilinin qərb hissəsində yerləşir.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Almalı
Yaşayış məntəqələri Azərbaycanda Almalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ermənistanda Almalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd. Almalı (Paşalı) — Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayonunda kənd. Türkiyədə Almalı (Antalya) — Türkiyənin Antalya ilində şəhər.
Alçalı
Azərbaycan Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ermənistan Alçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Alçalı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Allahlı (Vərziqan)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 820 nəfər yaşayır (190 ailə).
Allahlı (Xudafərin)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (27 ailə).
Allahlı (Ərdəbil)
Allahlı (fars. لله لو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (49 ailə).
Alxanlı (Füzuli)
Alxanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır. 1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.
Qorno-Altaysk
Qorno-Altaysk — Rusiya Federasiyasında yerləşən şəhər Altay Respublikasına daxildir
Rəvan Alxaslı
Alxanlı hücumг
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür. Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.
Alxanlı (Duzluca)
Alxanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alxanlu kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 51 km,Duzluca şəhər mərkəzindən 15 km məsafədədir.
İlber Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
Baltalı Hano
Baltalı Hano (əsl adı: Xanzadə; bilinmir, bilinmir – bilinmir, bilinmir) — Osmanlı imperiyası dövründə yaşamış seriyalı qatil, qoçu və mafiya. 1800-cü illərin sonlarında yaşadığı ehtimal olunur. Konstantinopolun (indiki İstanbul) şəhərətrafı səmtlərindən birində yaşayan və sevgilisi mafiya olan bu qadının Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir. Fermer bir ailənin uşağı olmuş və atası tərəfindən dövrün varlı adamlarından biri ilə evləndirilmişdir. Bu evlilikdən olan oğlu 6 yaşında ikən onun həyat yoldaşı vəfat etmiş və həyat yoldaşından ona yüklü miras qalmışdır. Daha sonra o, "Solaxay Liqor" adıyla tanınan bir mafiya ilə bərabər olmuşdur. O, bir gün oğlunun itdiyini görür və onu axtarmağa başlayır. Nəticədə sevgilisini izləmiş və onun oğlunu hamamda "hamam oğlanı" kimi işlətdiyini görmüşdür. Daha sonra sevgilisi ilə bərabər orada olan 21 nəfəri balta ilə öldürmüşdür. Bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır.