albalı

is. 1) cerise f (meyvə) ; 2) cerisier m (~ ağacı) ; 3) adj: de cerise, de cerisier ; ~ bağı cerisaie f ; ~ çiçəyi fleur f de cerisier ; ~ mürəbbəsi confiture f de cerise

alay-alay
alban
OBASTAN VİKİ
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Adi albalı
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Albalı bağı
Albalı bağı (rus. Вишнёвый сад) — Anton Pavloviç Çexovun dörd pərdədən ibarət pyesidir, müəllifin özünün komediya kimi təyin etdiyi janr. Pyes 1903-cü ildə yazılmış və ilk dəfə 1904-cü il yanvarın 17-də Moskva İncəsənət Teatrında tamaşaya qoyulmuşdur. V. İ. Nemiroviç-Dançenko və K. S. Stanislavski Moskva İncəsənət Teatrının zalının alqışları altında tamaşanın premyerasında olan bir teatr dramaturqu kimi Çexovu qarşıladılar. Çexovun ən məşhur əsərlərindən və o dövrdə yazılmış ən məşhur rus pyeslərindən biri. Yalta pyeslərinin beşincisi və müəllifin sağlığında teatrda tamaşaya qoyulan sonuncusu. Böyük klassik 1904-cü il iyulun 15-də 44 yaşında vəfat edib. == Yaradılış tarixi == " Albalı bağı " Çexovun birinci rus inqilabı ərəfəsində, erkən ölümündən bir il əvvəl tamamlanmış sonuncu pyesidir. Tamaşanın ideyası 1901-ci ilin əvvəlində Çexovdan gəldi. Tamaşa 26 sentyabr 1903-cü ildə tamamlandı.
Albalı dondurması
Albalı dondurması (ing. Cherry ice cream) – albalı istifadə edilərək hazırlanan dondurma çeşidi. Müxtəlif növ və müxtəlif sort albalıdan istifadə olunur. Xüsusilə ABŞ-də populyar dondurma çeşididir. 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır. == Ümumi məlumat == Albalı dondurması xüsusilə ABŞ-də populyar olan dondurma çeşididir. Tipik dondurma inqredientləri və albalıdan hazırlanır. Albalı ya bütöv, ya da dilimlənərək istifadə olunur. Bəzən isə albalı şirəsindən, albalı ekstratından və ya albalı yağından istifadə olunur. İstifadə olunan albalı sortları da müxtəlifdir: qara albalı, Binq albalısı, adi albalı sortları.
Albalı povidlosu
Albalı povidlosu - albalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Albalı povidlosundan ən çox qış fəslində səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Вишневое повидло. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Xırdameyvəli albalı
Xırdameyvəli albalı (lat. Prunus microcarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. İran, Gürcüstan və Orta Asiyada geniş yayılmışdır. Hündürlüyü 2 m-ə çatan şaxəli, qışda yarpaqlarını tökən koldur. Budaqlarının qabığı boz, zoğları qonurdur, çılpaq və ya qısa tükcüklüdür, müxtəlif hissələrə şaxələnmişdir. Yarpaqları enli, tərsyumurtavarı və ya uzunsov ellipsvaridir, küt və ya sivrikənarlı olub, ucdan qatlanmamışdır. Üstdən tünd yaşıl, altdan açıq yaşıldır, qısa saplaqlarda yerəlşir. Aprel ayında çiçəkləyir. Çiçəkləri tükcüklü olmaqla, çiçək saplaqlarının üzərində 2–5 ədədi bir yerdə və ya tək-tək yerləşir. Çiçək saplaqları çiçəklərdən uzundur.
Yabanı albalı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Albalı dadı
Albalı dadı (fars. طعم گيلاس; Ta'm-e gīlās‎, ing. Taste of Cherry) — 1997 İran istehsalı Abbas Kiarostami filmi. Tehranın arxa məhəllələrindən birində maşını ilə gəzərkən intihar etdikdən sonra pul qarşılığında məzarına torpaq atmaq üçün bir nəfər axtaran orta yaşlı adam haqqında minimalist bir filmdir. Filmin ssenarisi kitab formasında çap edilmişdir. Film nümayiş edildiyi il Kann film festivalında Shohei İmamuranın "İlanbalığı" filmi ilə Qızıl Palma mükafatını paylaşmışdır. == Aktyorlar == == Həmçinin bax == İran filmlərinin siyahısı Fransa filmlərinin siyahısı == Mənbə == İngiliscə Vikipediya 14 oktyabr 2007 tarixli Taste of Cherry məqaləsi == Xarici keçidlər == Albalı dadı — IMDb səhifəsi. Albalı dadı — Rotten Tomatoes səhifəsi.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Tsuq albalı tortu
Albalı tortu- məşhur İsveçrə tortu olub, çərəzlərlə bezenin qarışığından ibarətdir. Biskvit xəmir və kərə yağlı kremdən ibarətdir.Çuq şəhərinin doğum günü şərəfinə adlandırılır. 1921-ci ildə Qenrix Xen Albalı tortunu hazırlayıb. 1923-cü ildə isə Lyuçerndə qızıl medal almışdır.1928-1930-cu illərdə isə Londonda beynəlxaql müsabiqənin qəbulu olmuşdur. Xen və onun şagirdi Jak Trayxler bir ildə 100 000 albalı tortu hazırlamışdır.
Albalı dadı (film, 1997)
"Qış albalısı" ticarət mərkəzində yanğın
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Araz albalısı
Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür.
Bessey albalısı
Bessey albalısı (lat. Prunus besseyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Çətiri şaxələnmiş, çılpaq qırmızı zoğlu, hündürlüyü 30-120 sm olan koldur. Gövdələri və bəzi budaqları sürünəndir. Yarpaqlarının uzunluğu 2-6 sm, ellipsvari-neştərvari, ucu biz, kənarları dişli, çılpaqdır. Yarpaq saplağının uzunluğu 4-10 mm-dir. Xırda, ağ çiçəkləri 2-4 ədəd olmaqla salxıma toplanmışdır, diametri təxminən 15 mm-dir. Yarpaq və çiçəkaltlıqları tez töküləndir. Erkəkcikləri 15-20 ədəddir.
Kol albalısı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Meşə albalısı
Meşə albalısı (lat. Prunus mahaleb) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb. Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli, nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalxanvari salxımlarda yığılmışdır. Meyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmeyvədir. Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir. Kölgəyə, istiyə, rütubətə davamlıdır. Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naxçıvanda, Talışda təbii halda rast gəlinir.
Yapon albalısı

Digər lüğətlərdə