Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Annual Review of Psychology
Annual Review of Psychology – psixologiya ilə bağlı icmal məqalələri dərc edən resenziyalı akademik jurnal. İlk dəfə 1950-ci ildə nəşr olunan jurnalın ən uzun xidmət edən redaktorları Mark Rosenzweig (1969-1994) və Susan Fiske (2000-davam edir) olmuşdur. 2021-ci ilə kimi, Journal Citation Reports jurnala 2020 impakt faktorunu 24.137 olaraq verir və onu "Psixologiya (elm)" kateqoriyasında 77 jurnal başlığı arasından birinci və "Psixologiya, Multidissiplinar (Sosial Elm)" kateqoriyasında 140 başlıq arasında ikinci yeri tutur. == Tarix == 1947-ci ildə Annual Reviews nəşriyyat şirkətinin direktorlar şurası bir sıra psixoloqlardan bu sahədə son inkişafları ümumiləşdirən illik icmal məqalələri dərc edən jurnalın olmasının faydalı olub-olmadığını soruşdu.Cavablar çox müsbət idi, beləki 1947-ci ilin sentyabrında onlar Annual Review of Psychology jurnalının birinci cildinin 1950-ci ildə nəşr olunacağını elan etdilər.1940-cı illərin əvvəllərində belə bir jurnalı yaratmaq cəhdləri beynəlxalq elmi ünsiyyətə mane olan İkinci Dünya Müharibəsi ilə dayanırdı.Onun ilk redaktoru Calvin Perry Stone idi.2020-ci ildən etibarən həm çap, həm də elektron formada nəşr edilmişdir.Onun bəzi məqalələri cildin dərc olunduğu zamandan əvvəl onlayn olaraq mövcuddur.
Artemisia annua
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Athanasia annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Balsamita annua
Tanacetum annuum (lat. Tanacetum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
Cousinia annua
Lipskyella (lat. Lipskyella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lipskyella annua (C.Winkl.) Juz.Sinonim Cousinia annua C.Winkl.
Lantana annua
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Lipskyella annua
Lipskyella (lat. Lipskyella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lipskyella annua (C.Winkl.) Juz.Sinonim Cousinia annua C.Winkl.
Lonas annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Mercurialis annua
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Sanguisorba annua
Sanguisorba annua (lat. Sanguisorba annua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sincanotu cinsinə aid bitki növü.
Santolina annua
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lonas annua (L.) Vines & DruceSinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Brassica campestris var. annua
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Brassica rapa var. annua
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Aktual
Aktual [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel; ər. فع actualis – bacarıqlı] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-rılmışdır. Aktual sözü azərbaycan dilində müxtəlif anlamlarda işlənməktədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir.
Anjuan
Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, fr. Anjouan, ərəb. أنجوان‎‎) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur. Eyni adlı ərazisində 2007-2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Andre Antuan
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi. == Yaradıcılığı == Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). == Həyatı == Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, ​[ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991[…], Makon[d]) — Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış. 24 mart 1991-ci ildə Fransada anadan olub. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedad-da başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və klubun bütün zamanların ən çox qol vuran üçüncü oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü ildə 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur. O, ən çox qol vuran oyunçu kimi bitirdi və Fransa UEFA Avro 2016-da ikinci yeri tutduğu üçün Turnirin Oyunçusu oldu və Fransa 2018 FİFA Dünya Kubokunu qazandığı üçün ən çox qol vuran ikinci oyunçu kimi Gümüş buts qazandı.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. == Həyatı == Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Antula Milonaki
Antula Milonaki (d. 10 iyun 1984) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antula Milonaki, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.