Eucoleus annulatus
Eucoleus annulatus (lat. Eucoleus annulatus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
== Xarici quruluşu ==
Bədənin kutikulası incə eninə zolaqlıdır. Baş hissəsində kitukula tərəfində xarakterik üzükvarı şiş əmələ gətirir. Bu kutikulyar şiş cavan yetkinliyə çatmayan fərdlərdə olmur. Ventral basillyar lenti eni 0,6-0,8 bədənin diametri qədər olur. Dorzal basilyar lentin eni 0,4-0,5 bədənin diametrinə bərabərdir. Erkək: Bədənin uzunluğu 13,8-16,8 mm, qida borusunun arxa hissəsində bədənin eni 0,050-0,065 mm-dir. Spikulyar balalıq yolu tikanlıdır. Yığılmış vəziyyətdə onun uzunluğu 1,25-1,50 mm təşkil edir.