ANİMALİST

i. (rəssam) animal painter, (heykəltəraş) animal sculptor

ANİLİK
ANKER
OBASTAN VİKİ
Animalistik janr
ANİMALİSTİK JANR – heyvanlar aləmini təsvir edən incəsənət növü. Janr kimi Çində yaranmışdır (8 əsr). Heyvanın təsvirində onun vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri rəssam ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. “Heyvani üslub”da, o cümlədən skif mədəniyyəti abidələrindəki stilizə edilmiş heyvan fiqurları çox həyatidir; belə nümunələrə Qədim Şərq, Afrika, Okeaniya, qədim Amerika və bir çox dünya xalqlarının incəsənətində – qədim vazalar üzərində, antik heykəltəraşlıqda, mozaikalarda təsadüf edilir. Qobustan qayaları üzərində də heyvan təsvirləri var. Antik dövr, orta əsrlər, həmçinin İntibah dövrü incəsənətində bu janrda əsərlər yaradılmışdır. 16-cı əsrdən müstəqil janra çevrilmiş Animalistik janr 17-ci əsrdə Flandriya və Niderlandda, 18-ci əsrdə Fransada, 19-cu əsrdə isə Almaniya (A. Qaul), Rusiya (P.K. Klodt və Y. Lansere), ABŞ (C. Odübon) və başqa ölkələrdə daha da inkişaf etdirilmişdir. Orta əsr Azərbaycan miniatür rəssamları da bir çox heyvan təsvirinə (at, ceyran, pələng, əjdaha, quş və s.) müraciət etmişlər (Mir Müsəvvir – “Ənuşirəvan və bayquşların söhbəti”, Ağamirək İsfahani –“Məcnun vəhşi heyvanlar arasında”, Sultan Məhəmməd –“Bəhram-Gurovda” və s.). Azərbaycan sənətkarlarından M.Mirqasımov, Q.Xalıqov, Ə.Kazımov və başqa Animalistik janrda əsərlər yaratmışlar.
Animalistika
Animalistika ( Animalistik janr), bəzən də Animalizm (lat. animal — heyvan) — təsviri incəsənətin janrıdır,hansının ki, heyvanlar əsas obyektidir, əsasən rəsmdə, şəkillərdə,heykəltaraşlıqda , qrafikada və nadir hallarda dekorativ incəsənətdir.Animalistika özündə təbiəti uyğunlaşdırır və bədii başlanğıcdı.Animalistin əsas məqsədi heyvanın təsvirinin dəqiqliyi , və bədii-surətdə xarakteristikalar,dekorativ ifadəlilik və ya heyvanlara insanlara məxsus xüsusiyyətlərdə daxil olmaqla,hərəkətlər və həyəcanlarda (məsələn, nağılların və təmsillərin insanabənzər personajlarının təsviri)kimi ola bilər. Heykəltaraşlıqda animalistik keramika geniş yayılmışdır. Heyvanların stilləşdirilmiş fiqurları , Qədim Şərq sənətində, Afrika, Okeaniya, qədim Amerika, bir çox ölkələrin xalq yaradıcılığında var. Animalistik janrda işləyən rəssamlar animalist adlanırlar. == Məşhur animalistlər == I Yuanszi (təxminən 1000 — 1064) — Meymunların rəsmlərinin çəkilməsində öz bacarığı ilə məşhur Çin rəssamıdır. Çju Çjanszi (1398 — 1435) — Çin imperatorudur və itlərin və meymunların rəsmlərinin çəkilməsinin ustasıdır Albrext Dyurer (1471 — 1528) — alman rəssamıdır və qrafikdir. Frans Sneyders (1579 — 1657) — Flamang rəssamıdır. Yan Vildens (1586 — 1653) — Flamang rəssamıdır. Yan Feyt (1611 — 1661) — Flamang rəssamıdır və oymaçısıdır.

Digər lüğətlərdə

вест отко́рмыш прива́диться рису́нок самодово́льный со́вестливый фра́нковый шинка́рство бро́нхи вытворя́ть гу́бчатый его́ зачерстве́ть теодице́я гиацинт девякуш детвора ордынка compensatory interspace Jerseyite maid of honour метатель преисполненный секционный