Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Anakliya
Anakliya (gürc. ანაკლია) — Gürcüstanda kurort şəhər tipli qəsəbə.. Zuqdidi rayonunda (Sameqrelo-Yuxarı Svaneti diyarı), Abxaziya ilə sərhəddə yerləşir. 2014-cü il siyahıyaalınmasına əsasən Anakliyada 1331 nəfər yaşayır. 540 metrlik körpü ilə Qanmuxuri kəndi ilə birləşir. İnquri çayının mənsəbi yaxınlığında yerləşir. == Tarixi və görməli yerləri == Yaşayış məntəqəsinin müasir adı Herakledə olan qədim kolxida koloniyasından götürülüb. XV–XVIII əsrlərdə Anakliya Mingrelian knyazlığının limanı idi. 1723-cü ildən Osmanlı İmperiyasının ticarət aparıldığı məntəqə idi. 1770-ci ildə liman gürcü və rus qoşunları tərəfindən zəbt edildi və İmeretinin bir hissəsi oldu.
Anneksiya
Anneksiya (lat. anneks-birləşdirmə)— Bir dövlətə məxsus məskunlaşmamış ərazinin digər dövlətə qeyri-qanuni yolla (zorla, qəsb etməklə) birləşdirməsidir. Anneksiya beynəlxalq hüquqda kobud qanun pozuntusudur. Anneksiya nəticəsində ərazilərin zəbt olunmasının qeyri-qanuniliyi Nürnberq hərbi tribunalının hökmündə, həmçinin beynəlxaq müqavilə və aktlarda, o, cümlədən dövlətin daxili işinə qarışmaq, onun suverenliyinə və müstəqilliyinə sədd cəkməyin yol verilməzliyi haqqında BMT-nin 1965-ci il bəyanaməsində, ATƏT-in yekun aktında öz əksini tapmışdır.
Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və s.), həzm orqanları xəstəlikləri (xroniki qastrit və s.) və s. nəticəsində ola bilər. Anoreksiya uşaqlarda yeknəsəq qidalanma, qida rasionu, yaxud qidalanma rejiminin dəyişdirilməsi, vitamin çatışmazlığı, həddən artıq, yaxud məcburi yedizdirdikdə və s. hallarda müşahidə edilir. Sinir (sinir -psixi) anoreksiyası patoloji vəziyyəti anoreksiyanın müstəqil formasıdır; əsasən, pubertat yaşda (demək olar ki, ancaq qızlarda), arıqlamaq məqsədilə qida qəbulunun uzun müddət məhdudlaşdırılması (bəzən hətta imtina edilməsi) ilə xarakterizə olunur. Hər şey ilk baxışdan adi görünən ideal qadın bədəni kriterilərinə müvafiq istəkdən başlaya bilər. Lakin bəzi hallarda bu istəyə nail olmağa çalışanlar reallıq hissini itirirlər. Onlar çəkilərinin normadan xeyli az olması barədə ətrafdakıların fikirləri ilə formal olaraq razılaşsalar da, inadkarlıqla ciddi pəhriz saxlamağı davam etdirirlər.
Anosmiya
Anosmiya (an – inkar şəkilçisi + yun. όσμή – qoxu hiss etmə) — qoxu hissinin olmaması, qoxubilmə qabiliyyətinin azalması - hiposmiya da ola bilər. Bu xəstəlik adətən qoxubilmənin bütünlüklə itirilməsi ilə müşahidə olunur. Lakin bir neçə əşyanın iyini bilməmək kimi hallarla da rastlaşılır. Səbəbləri arasında yuxarı tənəffüs yollarının infeksiyası, burun polipləri, hipotireodizm, Levi cisimcikli demensiya, alın payının şişi, Epilepsiya, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi və s. ola bilər. Anosmiya anadangəlmə və qazanılma olur. Qazanılma burunun selikli qişasında xəstəliklə əlaqədar dəyişiklik olduqda, zökəmdə, bəzən beyin xəstəliklərində müşahidə olunur.
Antokiya
Antyokiya (isp. Antioquia) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimali-qərb hissəsində yerləşir. İnzibati mərkəzi-Medellin şəhəridir. == Coğrafiyası == Kolumbiyanın departamentləri arasında 6-cı böyük ərazidir. Departamentin 80%-i dağlıq ərazilərdir. Departamentinin ən böyük çayları, Maqdalena və Kaukadır. Meşə ərazinin 50%-ni əhatə edir. Qərb Kordilyer şərq yamacları külək tutmayan quraq, meşələr isə 2500 metr yüksəkliydən başlayır. Mərkəzi Kordilyer yamacının hər iki tərəfi tropik meşələrlə örtülmüşdür. Medellində orta temperatur 20-21 °C-dir.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Banksiya
Banksiya (lat. Banksia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Banksia aculeata A.S.George Banksia aemula R.Br. Banksia aquilonia (A.S.George) A.S.George Banksia ashbyi Baker f. Banksia attenuata R.Br. Banksia audax C.A.Gardner Banksia baueri R.Br. Banksia baxteri R.Br. Banksia benthamiana C.A.Gardner Banksia blechnifolia F.Muell. Banksia brevidentata (A.S.George) K.R.Thiele Banksia brownii Baxter ex R.Br. Accepted Banksia burdettii Baker f. Banksia caleyi R.Br.
Sanksiya
Sanksiya — hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə vəya şəxslərə(və ya quruma) tətbiq olunan cəza sistemidir. İqtisadi sanksiyalar — hər hansı bir dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə tətbiq olunan cəza sistemi.
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Bütövyarpaq banksiya
Bütövyarpaq banksiya (lat. Banksia integrifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü. == Yarımnövləri == B. integrifolia subsp. integrifolia B. integrifolia subsp. compar B. integrifolia subsp.
Süpürgəyarpaq banksiya
Süpürgəyarpaq banksiya (lat. Banksia ericifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü. == Yarımnövləri == Banksia ericifolia subsp. ericifolia Banksia ericifolia subsp.
Aksiya rol oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Banksiya cinsinə aid növlər
Təyin olunmuş ineksiya yerləri
Təyin olunmuş ineksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır. Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi ineksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər. Bu tip mərkəzlərin fəaliyyət göstərməsi ölkələrin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş ineksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri əsasən narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixoloji dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.
Aksiya rol-pleyinq oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.