anortit
anrı
OBASTAN VİKİ
Anosmiya
Anosmiya (an – inkar şəkilçisi + yun. όσμή – qoxu hiss etmə) — qoxu hissinin olmaması, qoxubilmə qabiliyyətinin azalması - hiposmiya da ola bilər. Bu xəstəlik adətən qoxubilmənin bütünlüklə itirilməsi ilə müşahidə olunur. Lakin bir neçə əşyanın iyini bilməmək kimi hallarla da rastlaşılır. Səbəbləri arasında yuxarı tənəffüs yollarının infeksiyası, burun polipləri, hipotireodizm, Levi cisimcikli demensiya, alın payının şişi, Epilepsiya, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi və s. ola bilər. Anosmiya anadangəlmə və qazanılma olur. Qazanılma burunun selikli qişasında xəstəliklə əlaqədar dəyişiklik olduqda, zökəmdə, bəzən beyin xəstəliklərində müşahidə olunur.

Digər lüğətlərdə

землесо́с лошади́ный мозаи́чески монтанья́р море́на опе́нить рационализова́ться стратона́вт шпиго́вка щёлочь эле́ктрум астрокли́мат видеотермина́л влечь непроторённый угрю́мый час bareness battle cruiser common name Elba mop Templar unjustified бомбометание