WARRANT

warrant1

n 1. order, vəkalət; to issue a ~ for smb.’s arrest bir kəsin həbsi haqqında order vermək; 2. ixtiyar, səlahiyyət; haqq, əsas; He had no warrant for saying so Onun belə deməyə heç bir ixtiyarı / səlahiyyəti yox idi; 3. zəmanət, qarantiya; sübut; təsdiq; His presence here is a warrant of his sincerity Onun burada olmağı onun səmimiliyinin sübutudur / təsdiqidir; 4. iqt. vəsiqə, şəhadətnamə; kupon (zayom, aksiya üçün); 5. hərb. yüksək unter-ofıser rütbəsi verilməsi haqqında əmr

warrant2

v 1. bəraət vermək, haqq qazandırmaq, haqlı çıxartmaq; Nothing can warrant such insolence Bu cür abırsızlığa heç nə haqq qazandıra bilməz; 2. zəmanət vermək / etmək, zamin olmaq; I’ll warrant him an honest fellow Onun vicdanlı / namuslu adam olmasına mən zəmanət verərəm; 3. hüq. hüquq / ixtiyar / səlahiyyət vermək; The law warrants this procedure Qanun bu cür proseduralara / üsullara yol verir

WARP
WARRANTABLE