Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
One Piece
One Piece (ワンピース, Wan Pīsu, azərb. Van-Pis‎) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır. Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu onu tarixdə ən yaxşı satılan manqa edir. == Dünya == One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir. Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū), İst Blu (東の海(イーストブルー), Īsuto Burū), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū).
Piece of Mind
Piece of Mind ingilis ağır metal qrupu Iron Maidenin 4-cü studiua albomu.1983-cü ilin May ayının 13-ü yayımlanmışdır.Zərb Qurğusunda ifa edən Nicko McBrainin yer aldığı ilk Iron Maiden albomu olmuşdur və bu albomun çıxışından indiyə qədər qrup zərb alətlərində başqasına yer verməmişdir.Albom metal musiqi tarixinin ən önəmli albomlarından hesab olunur.İngiltərə siyahısında 3. yerə qədər yüksəlməyi bacarmışdır.
La Pièce maîtresse
La Pièce maîtresse - 2006-cı ildə çıxan Busta Flexin mahnı albomu.
Apidae
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. == Dünyada yayılması == Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Ariete
İstehsalçı ölkə: İtaliya
Artemisia apiacea
Artemisia apiacea (lat. Artemisia apiacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Apies çayı
Apies — Cənubi Afrikanın Pretoriya şəhərindən axan bir çaydır. Onun mənbəyi şəhərin cənubunda yerləşir (Erasmus parkının cənubu) və Pienars Çayına tökülənən qədər şimala doğru uzanır. Çay Afrikada Apiesrivier olaraq tanınır ("Apies" in "kiçik meymunlar" mənasına gəlir). Bu, ərazidəki Vervet meymunlarının çoxluğundan irəli gəlir.Ndenble adlı Nguni dilində danışa yerlilərin buranı ilk tanıyan şəxlər olduğu deyilir. Onlar bura yerləşən zaman Aba Taşvane adlandırdığı (göz ardı edilən insanlar) Xoisanlara rast gəlmiş və buraya AbaTaşvanenin yeri mənasına gələn "Taşvane" kimi müraciət etmişdirlər. Həmçinin buranı "meymun"a uyğun gələn "Tşvene" kəliməsi ilə də adlandırırlar. Bununla belə hələ də çay kolonistlərin adlandırdığı kimi Apies olaraq tanınır.
Spice Girls
Spice Girls (Spays görls) — Londondə yaradılan, İngiltərə pop qrupu. 1994–2000, 2007–2008, 2012-ci illərdə fasilələrlə fəaliyyət göstərmişdir.
Ice Spice
Ice Spice (Əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000, Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ) — amerikalı repçi. Nyu-York şəhərinin Bronks bölgəsində böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb. Ice Spice 2022-ci ilin sonlarında TikTok hit mahnısı "Munch (Feelin' U)" ilə məşhurluq qazandı. O, "Bikini Bottom" və "In Ha Mood" sinqllarını yayımladı, bunun ardınca debüt mini-albomu Like..? buraxıldı. Aysis Lil Tjay ilə əməkdaşlıq edərək "Gangsta Boo" mahnısını buraxdı, mahnı Billboard Hot 100 hit-paradında ilk 100-ə daxil oldu. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəldi, Aysisin Teylor Sviftin "Karma" mahnısına olan remiksi 26 may 2023-cü ildə yayımlandı. Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər. The New York Times və Billboard kimi nəşrlər onu "repin yeni şahzadəsi" adlandırıblar.
Alice: Madness Returns
Alice: Madness Returns (azərb. Alisa: Geri dönür‎) - "Spicy Horse" oyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xətti ilə 2000-ci ildə istehsal olunmuş American McGee’s Alice videooyunun məzmununu davam etdirir.
Alto Adice əyaləti
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Trentino-Alto Adice
Trentino-Alto Adice və ya Trentino-Cənubi Tirol (alm. Trentino-Südtirol‎, 1972-ci ilə kimi alm. Trentino-Tiroler Etschland‎) — İtaliya muxtar vilayətlərindən biri. 1972-ci ildən əsas inzibati idarə funksiyası 2 muxtar əyalətə verilərək bölünmüşdür: Boltsano-Botsen-Cənubi-Tirol və Trento. == Fiziki coğrafi mövqeyi == Trentino-Alto Adice muxtar qrumunun ərazisi şimaldan Alp sıra dağları vasitəsilə Avstriya, qərbdən İsveçrə və İtaliyanın Lombardiya regionu ilə, cənub-şərqdən isə Veneto regionu ilə həmsərhəddir.
American McGee’s Alice
American McGee’s Alice (azərb. Alisa: Amerikan Makgi‎) - "Rogue Entertainmente" oyun şirkəti tərəfindən 2000-ci ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xəttinin ardını 2009-cu ildə istehsal olunan Alice: Madness Returns videooyunu davam etdirir.
Alice (Avril Lavin mahnısı)
"Alice" (azərb. Alis‎) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır. == Mahnı == "Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir. Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Xose Luis Arteçe
Xose Luis Arteçe Mugire (isp. José Luis Artetxe Muguire; 28 iyun 1930 – 19 mart 2016) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. == Klub karyerası == Biskaya vilayətinin Alqorta şəhərində anadan olan Arteçe 1950-ci ildə "Deportivo Geço"dan "Atletik Bilbao"ya keçdi. O, 16 illik karyerasının qalan hissəsini elə sonuncuda keçirtdi. 10 sentyabrda ev stadionunda baş tutan və 4–0 hesablı qələbə ilə bitən ilk La Liqa oyununu "Atletiko Madrid"ə qarşı keçirtdi. 1955-56 mövsümündə Arteçe 24 oyuna 15 qol vuraraq komandasının tarixindəki altıncı liqa çempionluğunu qazanmasına öz töhfəsini verdi. Bask klubunun formasıyla 274 oyuna 105 qol vura bilmişdir və 3 dəfə Kopa del Generalísimo trofeyini qazandı; 35 yaşında karyerasını bitirən Arteçe klub tarixinin ən çox qol vuran oyunçulardan biri olaraq qalır. == Milli karyerası == Arteçe 5 il ərzində millinin heyətində cəmi 6 dəfə çıxış edə bilmişdir. 17 mart 1954-cü ildə 1954 FİFA Dünya Kubokunun kvalifikasiya mərhələsi çərçivəsində keçirilən onun ilk oyunu Türkiyə millisinə qarşı oldu. 2–2 heç-heçə hesabı ilə bitən və neytral meydanda keçirilən oyunda ilk qolu o, vurmuşdur; həmin oyun iki ölkə arasında keçirilən artıq 3 oyun idi və sonda püşkatmadan sonra növbəti mərhələyə rəqib komanda yüksəldi.
Yekaterina Peçe
Yekaterina Peçe (d. 23 oktyabr 1982) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Peçe, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Yekaterina Peçe, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.