Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almalıq
Almalıq (Kəlbəcər)
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Almalıq (Kəlbəcər)
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur. == Toponimikası == Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır.
Arpalıq
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur.
Samanlıq
Samanlıq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur. == Toponimikası == Samanlıq oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Almalı
Yaşayış məntəqələri AzərbaycandaAlmalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd.ErmənistandaAlmalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Asalım
Asalım — İranın Gilan ostanında yerləşən şəhər. Asalım əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. Asalım bəxşindəki əhalinin 70%-ni sünni-şafi inanclı Talışlar, 30%-ni isə şiə-cəfəri inanclı Azərbaycan Türkləri təşkil edir.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Arpalıq (Şot)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Samanlıq güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Tasmalı (Qax)
Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Tasmalı oyk., diiz. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI-XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır. == Əhalisi == Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycan dilində danışırlar.
Tasmalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Adətli (Aralıq)
Adətli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 28 km, Aralıq ilçə mərkəzinə 17 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 108 kürd yaşayırdı.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Aşpazlıq
Aşpazlıq və ya Kulinariya (lat. culīna — mətbəx) — yemək hazırlama ilə bağlı insanın fəaliyyəti. == Tarix == Filogenetik analiz göstərir ki, insan əcdadları 1,8–2,3 million il əvvəl bişirməni ixtira edə bilərdilər. Cənubi Afrikadaki Uanderuork mağarasında tapılan sümük fraqmentləri və bitki külü erkən adamlar orada 1 milyon il əvvəl alovu kontrol etməyinin fikirini dəstək edən sübutunu verib. Homo erectus 500 min il əvvəl yeməklərini bişirdiyini sübutu mövcuddur. Onların 400 min il əvvəl alovu idarə etməyinin sübutu alimləri tərəfindən geniş şəkildə dəstəklənilir. 300 min il əvvəldən gələn arxeoloji tapıntıların arasında Avropa və Orta Şərq ətrafındaki qədim ocaqlar, yer peçləri, yamdırılmış heyvan sümükləri və çaxmaqdaşları var. Antropoloqların fikrinə görə, geniş yayılmış bişirmə təxminən 250 min il əvvəl ocaqların üzə çıxması ilə başlayıb.Yaxınlarda, daha erkən, 790 min il əvvəl işlədilmiş ocaqlar haqqında məlumat üzə çıxmışdı.Aşpazlığa aid məlum ilk kitab b.e.ə. 40-cı ildə romalı Aspi tərəfindən yazılmışdır. == Etimologiya == Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun.
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
Nikolay Aşmarin
Nikolay İvanoviç Aşmarin (rus. Никола́й Ива́нович Ашма́рин; 22 sentyabr (4 oktyabr) 1870, Yadrin[d], Yardin qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 26 avqust 1933, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rus türkoloqu. == Həyatı == Uşaqlığını Çuvaş türkleri arasında keçirdiyindən Çuvaş dilinə və folkloruna ilgi duydu. Şərq dilləri üzrə oxudu (1892). Türkoloji doktoru. Kazan üniversitetinde dərs verdi. == Əsərləri == Материалы для исследования чувашского языка. (1897–1898); Болгары и чуваши. (1902) Опыт исследования чувашского синтаксиса. Часть I. (1903); Опыт исследования чувашского синтаксиса.