Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aspius aspius
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Aspara
Aspara Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. == Toponimkası == Aspara- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. Qədim türkmənşəli Az tayfasının adından və farsca para "kənd" sözündən ibarətdir.
Aspera
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Aspirin
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Aspius
Xəşəmlər (lat. Aspius) — Çəkikimilər fəsiləsi daxil olan balınq cinsi. Cinsə daxil olan balıqlar əsasən Şimal dənizi, Baltik dənizi, Qara dəniz, Azov dənizi və Xəzər dənizində yayılmışdır. Əsasəndə böyük və orta ölçülü göllərin açıq sularda yaşayırlar. == Növləri == Xəşəmlərə iki növ daxildir: Adi xəşəm, Aspius aspius (Linnaeus, 1758); Önasiya xəşəmi Aspius vorax Heckel, 1843.
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Aspyr
Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb. Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir. Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı. Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həmdə nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Acacia aspera
Acacia aspera (lat. Acacia aspera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia erythrocephala A.Cunn. ex Benth. Acacia strigosa Lindl. nom. illeg. Acacia aspera var. densifolia (Benth.) Benth.
Agrostis aspera
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Alpine Hotel
Alpine Hotel — 1914-cü ildə Britaniyanın çay plantatorların evi kimi tikilmiş və Şri-Lankada yerləşən mehmanxanadır. Sonralar ziyarətçilər üçün otaqları icarəyə götürən Dodampa Qamace ailəsi tərəfindən alınmışdır. Hal-hazırda otel köhnə müstəmləkə gözəlliyini və onun arxitekturasını, keçmiş Britaniya Dövrünün neçə-neçə davamlı dəlillərini özündə saxlayır. Oteldə 30 nömrə, restoran, bilyard zalı, bar və iki istirahət zalı və kofe mağazası fəaliyyət göstərir. 2006-ci ildə Alpine Mehmanxanası böyük miqyasda xidmət sahəsinin olmasına görə Mərkəzi Əyalətdə ən yaxşı yerinə yetirən antropometriya olan "Star Mükafatı"na layiq görülmüşdür. == Yerləşməsi == Otel Nuvara Eliya Cıdır Kompleksinin önündə duran və Badulla istiqamətində yerləşən Magistral Yolda olan oteldir. Otel Nuvara Eliya şəhərindən kilometrlərlə uzaqda yerləşmişdir.
Anaglypha aspera
Gibbaria (lat. Gibbaria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gibbaria scabra (Thunb.) Norl. Sinonim Anaglypha DC. Xerothamnus ecklonianus DC. Anaglypha aspera DC. Gibbaria bicolor Cass.
Aspera muralis
Aspera nutans
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Aspius alburnoides
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Cucurbita aspera
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ephedra aspera
Ephedra aspera (lat. Ephedra aspera) — acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
Hydrangea aspera
Hydrangea aspera (lat. Hydrangea aspera) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Inula aspera
Inula aspera (lat. Inula aspera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Marselo Aquire
Marselo Aquire (21 yanvar 1993) — Paraqvayı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marselo Aquire Paraqvayı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Marselo Aquire Paraqvayı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Marselo Aquire Paraqvayı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qaspare Spontini
Qaspare Spontini (it. Gaspare Luigi Pacifico Spontini; 14 noyabr 1774[…], Mayolati-Spontini[d], Ankona əyaləti[d] – 24 yanvar 1851[…], Mayolati-Spontini[d], Marke) — İtaliyanın opera bəstəkarı və dirijoru. == Həyatı == Ankonada doğulan Qaspare karyerasının böyük hissəsini Parisdə və Berlində keçirmişdir, lakin ömrünün son illərində doğulduğu şəhərə geri dönmüşdür. 19-cu əsrin ilk iki onilliyi ərzində Spontini fransız operasının ən önəmli xadimlərindən biri idi. Gənc yaşlarında Qaspare Neapolun dörd ən məşhur musiqi konservatoriyalarında biri olan Pietà de' Turchini konservatoriyasında təhsil almışdır. İtaliyanın müxtəlif şəhərlərinə səfər edən Qaspare ilk dəfə olaraq Roma şəhərində Li puntigli delle donne (Karnaval 1793) adlı uğurlu əsərini bəstələdi. 1803-cü ildə Parisə gəldi və burada 1804-cü ilin 11 fevralında komediya janrında olan La finta filosofa operasını bəstələdi. Qasparenin ilk əsərlərinin böyük əksəriyyətinin komediya janrına yazılmasına baxmayaraq daha sonralar Fransada məşhur olan musiqili faciə janrına da müraciət etdi və özünün ən məşhur əsəri hesab olunan La vestale əsərini bəstələdi. Paris şəhərində keçirilən premyerasında Qaspare öz dövrünün ən yaxşı italyan bəstəkarı adlandırıldı. Müasirləri olan Lyuci Kerubini və Cakomo Meyerber adı çəkilən operanı şah əsəri adlandırdı, daha sonralar isə bəstəkarlar Hektor Berlioz və Rixard Vaqner də bu əsəri yüksək qiymətləndirdi.
Vampire Weekend
Vampire Weekend — 2006-cı ildə Nyu-Yorkda qurulmuş amerikan rok qrupu. Qrup üzvləri ifaçı-gitaraçı Ezra Keninq, multi-instrumentalist Rüstəm Batmanqlic, təbilçi Kris Tomson və basçı Kris Bayodur. Rüstəm 2016-cı ilin əvəllərində qrupdan ayrıldı.
Rhapis aspera
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Yaponiya da və Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Şakirə
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — azərbaycanlı aşıq. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Ben Şapiro
Bencamin Aaron Şapiro (ing. Benjamin Aaron Shapiro; 15 yanvar 1984, Los-Anceles, Kaliforniya) — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021). == İlk illəri == Bencamin Aaron Şapiro 15 yanvar 1984-cü il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində, Rusiya və Litva mənşəli bir yəhudi ailəsində anadan olmuşdur. O, 9 yaşında ailəsi ilə birlikdə ortodoks yəhudiliyə keçmişdir. Şapiro uşaq yaşlarından skripka ifa etməyi öyrənmişdi. O, on iki yaşında olarkən İsrail İstiqrazlar Banketində skripka ifa etmişdir.