Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asqırma
Asqırmaq - ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. == İzahat == Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır. Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir.
Artırma
Artırma — Azərbaycanda ən çox yazqabağı, Novruz bayramı günlərində, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri. == Oyunun qaydaları == Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar.
Basdırma
Basdırma — ətin müxtəlif ədviyyat və duzla qurudulması ilə hazırlanan yemək. Basdırma qədim türk yeməyidir. Basdırmanın ilk hazırlanışının Orta Asiya hunlarına məxsus olduğu bilinir. == Tarixi və etimologiyası == Basdırma türk dilində güclü basaraq sıxma deməkdir. Orta Asiyada yaşayan türklər atın ətini ayaqlarıyla sıxaraq basdırma hazırlayırdılar. Bu basdırmanın ilk hazırlanışı hesab olunur. Basdırma ən çox Türkiyənin Kayseri şəhərində hazırlanılır.Qurudulmuş ətin texnologiyasının, ətin Ermənistandan Çinə və Hindistana ixracı üçün inkişaf edildiyinə inanılır.Bizans dövründə basdırma apokt adlanırdı. Apokt sözünün mənası duzlu ət deməkdir. Levantda ermənilər ən bacarıqlı basdırma düzəldiciləri kimi tanınır. == Hazırlanışı və istifadəsi == Basdırma ilk öncə duzlanır.
Alqıma
Alqıma — türk və anadolu xalq mədəniyyətində xeyir-dua. Alqış olaraq da ifadə edilir və bu formasıyla iki mənanı verər: 1. Bir insan üçün yaxşı xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Sözün təsir edici gücünə olan inancı ehtiva edər. Qədim türk anlayışına görə söz bir çox şeyi dəyişdirməyə qadir gücə malikdir. Yaxşı diləkdə etmək. 2. Bir şeyin bəyənildiyini və onyalandığını, xoşuna getdiyini göstərmə. Bu bəyənməyə göstərmək üçün əl çırpma. Bu davranışın yaxşı ruhları çağırmaq mənasında unudulmuş və itmiş bir məzmunu vardır.
Artırma rejimi
Artırma rejimi (ing. insert mode ~ ru. режим вставки ~ tr. ekleme kipi) – sənədə və ya komanda sətrinə əlavə edilən simvolların mövcud mətnin üzərinə deyil, sağdakı simvolları daha da sağa sürüşdürməklə araya yazıldığı redaktə rejimi. Alternativ rejim olan “Əvəzləmə”də (OVERTYPE, OVERSTRIKE, TYPEOVER) yeni simvol mövcud mətni əvəz edir (üstünə yazılır). Bu redaktə rejimlərindən birindən obirinə keçmək üçün müxtəlif proqramlarda müxtəlif klavişlərdən, yaxud onların kombinasiyasından istifadə edilir, ancaq IBM klaviaturasında Insert klavişi olduğundan çox zaman məhz həmin klavişdən istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Basdırma kabab
Nəsil artırma
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır. == Qeyri-cinsi nəsil artırma == Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir. Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır. Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir. Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır: 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... == Etimologiya == (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.
Xıllı nərə balıq artırma zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib. == Haqqında == Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. == Zavodun əsas təyinat istiqaməti == Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.
Aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Carduus argiroa
Carduus tenuiflorus (lat. Carduus tenuiflorus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü. == Sinonimləri == Carduus argiroa Nyman Carduus argyroa Kunze [Illegitimate] Carduus corbariensis Timb.-Lagr. & Thévenau Carduus malacitanus Boiss. & Reut. Carduus microcephalus Gaudin Carduus pycnocephalus var. corbariensis (Timb.-Lagr. & Thévenau) Rouy Carduus pycnocephalus var. spinulosus Pau Carduus pycnocephalus subsp. tenuiflorus (Curtis) Batt.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədimMüasir aşınma qabığı torpaq qatında və müasir elüvidən, qədim aşınma isə üçüncü dövr, mezazoy və hətta paleozoydan əvvəlki geoloji dövrlərin aşınma materiallarından təşkil olunmuşdur. Aşınma qabığının qalınlığı adətən 30–60 m olub, nadir hallarda 200–300 m-ə çatır.
Orqanik aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Canavarları çağırma (film, 1983)
Canavarları çağırma filmi 1983-cü ildə eyniadlı kitab əsasında Karroll Ballardın rejissorluğu ilə çəkilib, baş rolda Çarlz Martin Smit, Brayan Dennehi və Zakari İttimanqnaq oynayıb. == Məzmun == Tayler (Çarlz Martin Smit) Kanada hökuməti tərəfindən şimal qütb qurdu və maralların sayı arasındakı əlaqəni araşdırmaq üçün göndərilir.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Asima Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.