ASQIRMA

Asqırmaq”dan f.is. Tənəffüs yollarına düşmüş toz asqırma və öskürməyə səbəb olur.
– Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. M.S.Ordubadi.

ASQIRIQOTU
ASQIRMAQ
OBASTAN VİKİ
Asqırma
Asqırmaq - ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. == İzahat == Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır. Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir.

Digər lüğətlərdə

ази́д багря́нец балетове́д зад подмели́ть разохо́титься сыта́ конструктиви́стский наткну́ть разлива́ться уноси́ться в облака кереметь теньги -cy chromoxylography drillman etymologist frog-cheese organohalogen reliant spread-eagleism widow локомобиль постригаться футболка