Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astraxan
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Astraxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.
Astarqan (Vərziqan)
Astarqan (fars. استرقان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (41 ailə).
Astrabad
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Astarxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır.Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ? — 1525 II. Noyabr ?
Astrabad bəylərbəyliyi
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər.
Astrabad körfəzi
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir.
Astrabad vilayəti
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi.Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər.1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər. Müvəqqəti olaraq vilayətdə hakimiyyətə sahiblənmiş Saen-xanilərin bu bacarmasının əsas səbəbi həmin zaman effektiv Səfəvi hakimiyyətinin olmaması idi. Onların hakimiyyəti I Abbasın dövrünə qədər davam etdi.
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Astaga.com
Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır. 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf elədi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı. 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir. == İstinadlar == == Mənbə == "Slank Cyber Virus Serbu Astaga.com".
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.