Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağdöşü
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Ağdöş ayı
Ağdöş ayı, Himalay ayısı - ayılar fəsiləsindən yırtıcı məməli heyvan. Uzunluğu 1,7 metr, çəkisi 150 kiloqramadək olur. Cənub-Şərqi Asiyada, Hindiquş və Himalay dağlarında, Tibetin cənub hissəsində, Şərqi Asiyanın cənubunda, Uzaq Şərqin cənubundakı meşələrdə yaşayır. Ağaclara yaxşı dırmaşır. Yaşadığı arealın şimalında ağac koğuclarında qışlayır. Nəsli kəsilmək təhlükəsi var. Azərbaycan ərazisində Alt, Orta və Üst Pleystosen çöküntülərində Ağdöş ayının elmə məlum olmayan növünün ((Selenoarctos Karabach) qalıqları tapılmışdır.
Ağdöş kirpi
Adi kirpilər cinsi (lat. Erinaceus)-Orta ölcülüdür. İri başında iynələr “yivlə” iki hissəyə bolünmüşdür. Onlar səthi hamardır. Rəngi qonurumtul və açıq zolaqların növbələnməsindən ibarətdir. İrəli qatlanmış qulağı başın uzunluğunun yarısından qısadır.Cinsin arealı Avropa, Asiya və Afrikada geniş əraziləri əhatə edir. 40 qədər növü var. Qafqazda yalnız bir növü yaşayır. == Xarici görünüşü == Kütləsi 426-1305 q, bədəninin uzunluğu 200-352, quyruğu 20 -41, pəncəsi 35-47.9 mm olan iri heyvanlardır. İynəli zirehinin rəngi çox muxtəlif olub açıq bozdan qara qonura qədər dəyişir.
Ağdöş qaratoyuq
Ağdöş qaratoyuq (lat. Turdus torquatus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağdöş kiçik sufərəsi
Ağdöş kiçik sufərəsi (lat. Amaurornis phoenicurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Qadın döşü
Qadın döşü (lat. Mamma) – qadında olan vacib artım bölgəsidir. Qadınların döşlərinə bir çox tarixi mənbələrdə və rəssamların əsərlərində rast gəlinir. Qadındakı döşlər kişilərə nisbətən daha erogen zonalardır. Onun görünüşü kişi və qadında seksuallığın artımına səbəb olur. Bəzi ölkələrdə qadın döşlərinin çılpaq olması adi hal kimi qəbul edildiyi halda, bəzi ölkələrdə isə bunu mədəniyyətsizlik kimi qiymətləndirirlər. Kanadanın "Tоpfree Equal Rights Assоciatiоn" adlı təşkilatı qadınların kəmərə kimi çılpaq olmasının kişilərdən fərqlənmədiyini bildirərək, bunu normal hal kimi qəbul edir və bunun uğrunda mübarizə aparır. Qadın döşlərinin artımı "Tanner miqyasında" 5 dövrə bölünür. == Süd istehsalı == Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
ADNSU
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
ATMOS 2000
ATMOS 2000 (avtonom olaraq yük maşınına quraşdırılmış haubitsa sistemi) İsrailin hərbi məhsullar istehsal edən Soltam Systems şirkəti tərəfindən istehsal olunan 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemidir. == Təyinatı == Azərbaycan Ordusunun artilleriya hissələrində məhdud sayda mövcud olan, standart versiyada 6x6 çəkimli TATRA T815 VVN 6X6 şassisi bazasında hazırlanan İsrailin ATMOS 2000 özüyeriyən artilleriya qurğusu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikası və canlı qüvvəsini, idarəetmə bölmələrini və təminat məntəqələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq, habelə mina sahələrində və digər səhra maneələrində keçidləri təmin etmək üçün hazırlananan artilleriya sistemidir. == İstehsalçı == Əvvəlcə bu artilleriya sisteminin inkişafı “Soltam” tərəfindən həyata keçirilirmişdir. ATMOS 2000 ilk növbədə ixracyönümlü sistem olaraq hazırlandı, yalnız 2006-cı ildə İsrail ordusu tərəfindən onun sınaqlarına başlandı. 2010-cu ildən isə sonradan bu şirkət İsrailin “Elbit Sistems” kompaniyasının tərkibinə daxil oldu. Bu isə sonuncunu artilleriya sistemlərinin məşhur ixracatçılarından birinə çevirdi. “Soltam” indi də “Elbit Sistems” kompaniyasının tərkibində müasir tipli müxtəlif çaplı artilleriya silahlarının geniş assortimentinin layihələndirilməsini, hazırlanmasını və istehsalını həyata keçirir. Sistemlər bütün standart NATO döyüş sursatlarından istifadə edə bilir. Müştərilərin tələblərini ödəmək üçün “Soltam” artilleriya sistemləri atəşi idarəetmə sistemi, sürət RLS-i, ətalətli naviqasiya və hədəf aşkarlama sistemi və s. ilə təchiz edilir.
Adron atomu
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.Rentgen şüalanması ilə müşayiət olunan adron keçidinin baş verdiyi atom səviyyələri əsasən atomlardakı adi elektron səviyyələri təbiətinə malikdirlər.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Dolby Atmos
Dolby Atmos - Dolby Laboratories tərəfindən hazırlanmış 360 dərəcə səs təcrübəsi təqdim edən səs texnologiyadır. O, səsləri üçölçülü obyektlər kimi şərh etməyə imkan verən hündürlük kanalları əlavə etməklə mövcud surround səs sistemlərini genişləndirir. Atmos-un cinema bazarına giriş etməsinin ardınca Atmos brendi altında in-ceiling və up-firing dinamiklərdən istifadə edən bir neçə istehlak texnologiyası təqdim olundu.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Kristian Atsu
Kristian Atsu (10 yanvar 1992 – ən tezi 6 fevral 2023 və ən geci 18 fevral 2023, Antakya) — Qana Milli Futbol Komandasının üzvü. Son klubu Hatayspor olmuşdur. 6 fevral 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində Hatayda yaşadığı evin dağıntıları altında qalaraq ölmüşdür.
ADNSU Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyiMaterialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
ADNSU İnformasiya texnologiyalarının idarəetməsi fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
ADNSU İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == İdarəetmə və sistemlər mühəndisliyi; Kompüter mühəndisliyi; Cihazqayırma mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.