Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Avarlar
Avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Qafqaz Avarları
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır.
Qanunsuz varlanma
Qanunsuz varlanma — dövlət mənsubunun mənşəyini izah edə bilmədiyi və ya qanunları pozaraq əldə etdikləri vəsaitlərdən istifadə edərək əmlak əldə etməsi. Dövlətlər, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsində bu konsepsiyanı Cinayət Məcəlləsinə daxil etməyə dəvət olunur. Sənəd 31 oktyabr 2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında qəbul edilmiş və 14 dekabr 2005-ci ildə qüvvəyə minmişdir. == Təsviri == BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 20-ci maddəsində deyilir: “Konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə hörmət etmək şərti ilə, hər bir İştirakçı Dövlət cinayət əməli kimi təsbit edilməsi üçün zəruri ola biləcək qanunvericilik və digər tədbirlərin qəbul edilməsini nəzərdən keçirəcəkdir; qəsdən törədildikdə, qanunsuz zənginləşdirmə, yəni dövlət məmurunun əmlakını qanuni gəlirlərindən çox əhəmiyyətli dərəcədə artıra bilər ki, bu da əsaslandırıla bilməz." Məqalənin mahiyyəti — korrupsioner məmurların digər cinayətlərini düzəltmək üçün bir yol yoxdursa, məsələn, rüşvət halında pul köçürmələri halında təqib etməkdir. Güman edilir ki, məmur qanunsuz yolla əldə etdiyi vəsaiti tapmaq və dəyərini rəsmi gəlirlə müqayisə etmək daha asan olan vəsaitlərinə xərcləyir. == Tarixi == Dövlət məmurlarının qanuni mənbələrini sübut edə bilmədikləri təqdirdə varlıq əldə etdiklərinə görə cəzalandırılmasını tələb edən ilk qanun layihəsi 1936-cı ildə Argentinada ortaya çıxdı. Bu norma yalnız bir məmurun “özünü və ya üçüncü bir şəxsi zənginləşdirmək üçün vəsaitin mənşəyini izah edə bilməməsi” səbəbi ilə cinayət məsuliyyəti təsis edildiyi 1964-cü ildə qanuna çevrildi. Elə həmin il, Hindistan “dövlət məmurunun mənşəyini izah edə bilmədiyi mənbələrə sahib olması” üçün cəzalar tətbiq etdi. == Dünyada tətbiqi == === Argentina === 1964-cü ildə tətbiq olunan Cinayət Məcəlləsinin 286-cı maddəsi Dövlət qulluğu dövründə və ya ondan sonra iki il ərzində aldığı zənginləşmənin mənşəyini izah edə bilməyən şəxs (və ya üçüncü şəxs, bu şəkildə varlığını gizlədirsə), iki ildən altı ilədək həbs cəzası ilə cəzalandırılır, a qanunsuz zənginləşdirmə dəyərinin 50-dən 100% -ə qədər cərimə və dövlət qulluğuna ömürlük qadağa. 2004-cü ildə, Argentinanın keçmiş Təbii Sərvətlər Naziri Maria Julia Algosaray, qanunsuz zənginləşdirməyə görə üç il həbs və 500.000 dollar cərimə aldı.
Avarlar (dəqiqləşdirmə)
Avarlar — özünü "mağarulal" adlandıran qafqazdilli xalq. Avarlar — Avar xaqanlığını quran türk xalqı.
Avarlar (qafqazdilli)
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır.
Varlaam Avanesov
Varlaam Aleksandroviç Avanesov (rus. Варлаам Александрович Аванесов; Suren Karpoviç Martirosyan, rus. Сурен Карпович Мартиросян; 24 mart (5 aprel) 1884 və ya 9 sentyabr 1884, Kağızman, Qafqaz diyarı – 16 mart 1930, Moskva) — erməni əsilli sovet dövlət və partiya xadimi. 903-cü ildə Rusiya SDFD-nin üzvü, menşevik, 1914-cü ildən bolşevik. == Həyatı == Varlaam Aleksandroviç Avanesov 24 mart 1884-cu ildə Rusiya imperiyasına bağlı Qarsda anadan olmuşdur. O, 1890-cı illərin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907-ci illər inqilabında iştirak etmişdir. Avanesov 1917-ci ildə Petroqrad HİK-nin üzvü olmuş, 2-ci Ümumrusiya Sovetlər qurultayında URMİK üzvü seçilmişdir. URMİK Rəyasət Heyətinin üzvü və katibi (1917–1919), xalq fəhlə kəndli müfəttişliyi komissarının müavini (1920–1924), xalq xarici ticarət komissarının müavini (1914–1925), Ümumrusiya Fövqəladə Komissiyası kolleksiyasının, SSRİ MİK-nin, AXTŞ Rəyasət Heyətinin üzvü olmuşdur. Partiyanın 7–15-ci qurultaylarına nümayəndə seçilmişdir. Avanesov 16 mart 1930-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Varlam Liparteliani
Varlam Liparteliani (gürc. ვარლამ ლიპარტელიანი; 27 fevral 1989, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı) ― Gürcüstan cüdoçusu. O, dəfələrlə olimpiya və dünya çempionatlarının müxtəlif medal mükafatçısı olmuşdur. == Karyerası == O, 2012 Yay Olimpiya Oyunlarında 90 kq çəkidə yarışmışdır və ikinci dövrədə Mark Entoniyə (Avstraliya) məğlub oldu. Avropa Cüdo Çempionatında Liparteliani məhsuldar iştirakı ilə seçilir, belə ki 2012, 2014 və 2016-cı illərdə qızıl, 2009, 2010, 2013 və 2015-ci illərdə gümüş və 2011-ci ildə bürünc medalları sahibi olmuşdur.O, Gürcüstanın həm milli, həm də olimpiya cüdo komandasının kapitanıdır. Quqava Georgi onun məşqçisidir.O, 2016 Olimpiya Oyunlarında gümüş medal qazandı. O, finalda Masyu Beykerə (Yaponiya) məğlub olmazdan əvvəl Komronşox Ustopiriyonu (Tacıkistan), Ovini Ueranı (Nauru), Lxaqvasürengiun Otqonbaatarı (Monqolustan) və Kvak Tonhanı (Cənubi Koreya) məğlubiyyətə uğratmışdır.Lipartelianinin ən sevdiyi fənd "uçi mata"dır. 25 sentyabr 2018-ci il tarixinə olan statistika cədvəlinə görə, o, dünyanın bir nömrəli cüdoçusu idi.2021-ci ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən 2021 Cüdo Dünya Ustaları yarışında qızıl medal qazandı. == Şəxsi həyatı == Liparteliani 11 yaşında cüdo ilə məşğul olmağa başlamışdır. O, yapon əfsanəsi Kosey İnoue və həmyerlisi gürcü cüdoçu Zurab Zviadauridən ilhamlanmışdır.
Varlam Şalamov
Varlam Şalamov (ing. Varlam Tikhonovich Shalamov, rus. Варла́м Ти́хонович Шала́мов; 18 iyun, 1907–17 yanvar, 1982) — Görkəmli rus ədibi == Həyatı == XX əsrin lap əvvəllərində 1907-ci ildə anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini heç bir ali məktəbə verə bilməyib. Sərbəst kurslara gedib, ali məktəblərə qəbul olunmaq üçün təşkil edilmiş müsabiqəni qazanır, amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə gətirərək, onu ömürlük sürgünə göndərir. Orda qaldığı müddət ərzində müxtəlif hekayələrdən ibarət “Sibir dəftəri” kitabını yazır. Varlam Şalamov aradan uzun illər keçəndən sonra – ömür tükənənə yaxın, yəni 1982–ci ildə bəraət alır və bir qədər yaşadıqdan sonra vəfat edir. Ölümündən sonra – 1985-ci ildə yenidənqurma və aşkarlıq dövründə yaxın dostlarının təşəbbüsü ilə ilk kitabı – “Sibir dəftəri” çapdan çıxır.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Osman Pazarlama (film, 2016)
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.