Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adamcıq
Adamcıq (alm. Untermensch‎, Untermenş, Almanca tələffüz: [ˈʔʊntɐˌmɛnʃ] ( dinlə); cəmdə: Untermenschen) — fəlsəfi-antropolji və sonra yaymacalı olan nasional-sosiyalistlərin irqçi-yevgenik termini. Almanca «Mensch» hərfi çeviridə "adam" deməkdir, «Unter» isə "çatmayan, alt". İfadənin tam mənası "adam səviyyəsinə çatmayan kəs" kimi tərcümə oluna bilər. Nasist Almaniyasında bu termindən yahudilərə, qaraçılara, slavyanlara qarşı istifadə olunurdu.
Avacıq
Avacıq (fars. آواجیق‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanının Dəştəki bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,649 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Alancıq (Mərənd)
Alancıq (fars. النجق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,408 nəfər yaşayır (333 ailə).
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Aynacıq (Xudabəndə)
Aynacıq (fars. عين جيک‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Alacıq (Çaroymaq)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Avacıq mahalı
Avacıq mahalı — Xoy xanlığının inzibati ərazi bölgüsünə daxil olan mahal. == Haqqında == Avacıq mahalı Türkiyə sərhədində Bəyazidin cənubunda yerləşirdi. Cənub və şərq tərəfdən Maku xanlığı ilə həmsərhəd idi. Mahalın mərkəzi Avacıq kəndi idi. Mahalda yerli bəylərin sərəncamında 100 nəfərdən artıq daimi silahlı döyüşçü var idi. Onlardan 30 nəfərini mahal naibinin yaxın qohumları təşkil edirdi. Mahalın ərazisini Avacıq və Qazıgöl dərələri təşkil edirdi. Avacıq dərəsinin sakinlərinin əsas məşğuliyyəti yarımköçəri maldarlıq idi. Onlar qışı həmin dərədə, yayı isə Qırxlar dağında keçirirdilər. Mahalın ərazisinə otuza yaxın kənd daxil idi.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir.Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsi ilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri == İstinadlar == == Ədəbiyyat == Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Ayaqlı ilan fosili
Ayaqlı ilan fosili 2000-ci ildə Livanda, al-Nammourada tapılmışdır. == Tarix == Miladdan əvvəl 92-ci ilə, təbaşir dövrünə aiddir. Adı fransız naturalist Didier Descouens-in şərəfinə adlandırılmışdır. Paris Təbiət Tarixi Muzeyində, Fransada saxlanılır. İkinci dəfə 2008-ci ildə araşdırılmışdır. == Xarakteristika == Uzunluğu 85 santimetrdir. Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edənm "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir.
Araqçın
Araxçın və ya Tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Vağcıq
Vağcıq (lat. Bubulcus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. == Təsviri == Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. == Yayılması və həyat tərzi == Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Ayağın bağlanması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ayağın sarınması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ağaqçi (Eçmiadzin)
Ağakiçik, Zovasar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Toponimik izah == Ağaqçi İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Digər adı Ağa-Kiçik. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrə, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsində Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsində Aqay-Qol çay adı və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir.
Vağcıq cinsi
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı); Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. Şəhir, Qafqaz dağlarının ətəyində Kuban çayının sahilində yer almaqdadır. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Mücahit Yağcı
Mücahit Yağcı (2 may 1973) — Türkiyəli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Mücahit Yağcı dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Sol ayağım (kitab)
Sol ayağım — Kristi Braunun 5 iyun 1932-ci ildə Dublində serebral iflic olmasından sonra 1954-cü ildə yazdığı avtobioqrafik əsər. == Məzmun == Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan “Hər gün nisgil” romanını yazmışdır.