Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aydınlı
Aydınlı (Urmiya) —
Aydınlıq (qəzet)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub. Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142).
Aydınlı (Hurand)
Aydınlı (fars. آیدین‌لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (40 ailə).
Aydınlı (Urmiya)
Aydınlı (fars. آيدينلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (33 ailə).
Aydınlıq (qəzet, Azərbaycan)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub. Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142).
Aydınlıq Türkiyə Partiyası
Aydınlıq Türkiyə Partiyası (türk. Aydınlık Türkiye Partisi), ATP — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Oktay Öztürk partiyanın başındadır. Partiya Oktay Öztürk tərəfindən 27 noyabr 1998 tarixində qurulub. Partiyanın ideologiyası milliyyətçilik və idealizmdir.
Aydınlı Hacı Paşa
Aydınlı Hacı Paşa (1339–1413) — XIV əsrdə yaşamış İslam dünyasında tanınmış Anadolu Türkü həkim ve din alimi. Konyada doğulmuşdur, amma Aydına köçdüyü üçün Aydınlı olaraq tanınır. Əsl adı Cəlaləddin Xızırdır. Anadoluda təhsil aldıqdan sonra Misirə getmişdir. Burada özü bilinməyən bir xəstəliyə tutulub müalicə edib tibbə maraqlanmış və həkim olmuşdur. Qahirə xəstəxanasında baş həkim olub. == Əsərləri == 2 əsəri türkçədir, digərləri ise ərəbcədir.
Aydınçik
Aydınçik (əsl adı Aydın Salman oğlu Vəliyev; d. 18 iyul 1959) — 1970-1980-ci illərdə şanson stilində ifa etdiyi mahnılarla Azərbaycanda, xüsusilə Bakıda məşhur olmuş müğənni, şair və bəstəkar. == Həyatı == Aydın Vəliyev 1959-cu ildə bakılı ailəsində anadan olub. 1965-ci ildə ibtidai sinfə başlayıb. 1975-ci ildə 26 saylı musiqi təmayüllü orta məktəbini bitirmişdir. Təhsili ilə paralel olaraq telestudiyada daha sonra isə kinostudiyada işıqçı vəzifəsində çalışıb. 1977-ci ildə Rusiyaya köçərək 10 ildən çox orada fəaliyyət göstərib. Ailəlidir, 2 oğlu var.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Aydıncıq
Aydıncıq (türk. Aydıncık) — Mersin ilinin ilçəsi.
Abdınlı
Abdınlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kənd oradakı Tağıbəyli kəndindən çıxmış Abdınlı adlı nəslin həmin kəndə məxsus qışlaq yerində XX əsrin əvvəllərində məskunlaşması nəticəsində yaranmışdır. Bu kiçik elin yaylağı Mərzili kəndinin yaxınlığında, yaylağı Kəlbəcərin Sarıyar dağında, qışlağı isə Qarabağın düzündə məskunlaşdığı yer idi.
Abdinli
Abdinli — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abidinli kəndi Yardımlı rayonunun əhalisinə və ev tikilisi sayına görə, çox kiçik kəndlərindən biridir. Hazırda Abidinli kəndində 28 tikili ev, Yeni Abidinli kəndində isə 17 tikili ev mövcuddur. Abidinli kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən şimal–qərbdə, mərkəzdən 11 km aralı məsafədə yerləşən dağ kəndlərindən biridir. Azərbaycan respublikasının dövlət sərhədinin 2 km kənarında, Savalan dağının şimal yerləşir. Kənd beş kiçik təpəciklə əhatə olunmuş, sıldırım qayaların üzərində qərar tutmuşdur. Kəndin qərb qurtaracağında, qayaların üstündə tarixi bir Qala yeri vardır. Bu Qala Azərbaycan Mədəniyyət Nazirliyinin qeydiyyatinda olmaqla Abibinli Qalası kimi 1204 nömrəsi ilə qeydiyyatdadır.[mənbə göstərin] Abidinli qalasının eni 56 metr, uzunluğu isə 100 metrdən artıqdır. Bu qala qədim Sasanilik-Atəşpərəstlik dövrünün qalalarının ehtimalları sırasındadır.
Sabir Abdinli
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.