Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərmaş
Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur. == Tərəfdaşlar == Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir. 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar","Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq. Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.
Azərmaş ASC

Lalə Azərtaş
Lalə Azərtaş (tam adı: Lalə Qabil qızı Azərtaş; 30 mart 1982, Bakı) — Azərbaycanlı teleaparıcı. == Həyatı == 1982-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alır. == Şəxsi həyatı == İki qız övladı var. == İstinadlar == ""Bir Arzu var" - cəzb edir, düşündürür, həyacanlandırır… (VİDEO)" ( (az.)).
AzerNews
AzerNews - Azərbaycan mətbuat tarixində 1-ci ingilisdilli həftəlik ictimai-siyasi qəzetdir. Qəzet 1997-ci ilin iyunundan nəşr olunur. == Haqqında == Qəzet Azərbaycanın iqtisadi-siyasi, sosial və mədəni həyatı barədə oxucuları məlumatlandırır. Əsas oxucuları xarici vətəndaşlardır. == İdarə heyəti == Qəzetin baş redaktoru Sevil Mikayılovadır. == Mükafatlar == AzerNews nəşr olunan media nominasiyası üzrə "İlin şirkəti" milli mükafatına layiq görülmüş, 2012-ci ildə 15 illik yubileyi münasibətilə Milli Mətbuat Şurası tərəfindən diplomla təltif edilmişdir. == Əlaqə == Telefonlar: (+994 12) 497-56-88 (+99412) 497-58-34 E-mail: [email protected] == Həmçinin bax == Trend İnformasiya Agentliyi Day.az == İstinadlar == == Mənbə == Azərbaycan media kataloqu. 10-11-ci səh.
Sərəxs
Sərəxs — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Sərəxs şəhristanının mərkəzi.
Erigeron azureus
Erigeron azureus (lat. Erigeron azureus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Penstemon azureus
Penstemon azureus (lat. Penstemon azureus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Sərəxs şəhristanı
Sərəxs şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərəxs şəhəridir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 85,524 nəfər və 19,485 ailədən ibarət idi. === Milli tərkibi === Sərəxs bölgəsinin milli tərkibi qarışıqdır, belə ki burada Türklər (Azərbaycan kökənlilər, Şahsevənlər və Kəlat bölgəsindən olan Xorasan türkləri), Türkmənlər, Bəluclar, Ərəblər, Farslar və Həzaralar yaşayırlar. === Dini tərkibi === Əhali bütünlükdə müsəlmandır. Bölgə əhalisi şiələr və sünnilər (hənəfilər) dən ibarətdir.
AzPress Informasiya Agentliyi
AzPress Informasiya Agentliyi — Azərbaycanın 2006-cı ildə yaradılmış informasiya agentliyidir. Agentliyin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxovdur. == Tarixi == AzPress İnformasiya Agentliyi 2006-cı ildə fotojurnalist Rasim Sadıxov tərəfindən təsis edilmişdir. Rasim Sadıxovun 13 il öncə təsis etdiyi "AzPress" İnformasiya Agentliyi qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu informasiya agentliyi Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu illər ərzində agentlik bir çox mükafatlara layiq görülüb. Bu informasiya agentliyi məhz Rasim Sadıxovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran agentliklərdən biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan agentliklərdən biridir AzPress İnformasiya Agentliyi. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıxovun əsl peşəkarlığının bir sübutudur. == İstinadlar == 1.