Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çox ailəli yaşayış binası
Çox ailəli yaşayış binası — bir bina və ya kompleks daxilindəki bir neçə binada sakinlər üçün bir-birindən ayrı yaşayış məntəqələrinin yerləşdiyi mənzillərin təsnifatı. Binalar bir-birinin yanında (yan-yana) və ya bir-birinin üstündə ola bilər (mərtəbəli). Ümumi forma yaşayış binasıdır. Əksər kommunalar çox ailəli yaşayış yerlərini, misal üçün birgə yaşayış binalarını (ing. cohousing) birləşdirir. Bəzən çoxmənzilli yaşayış binasındakı mənzillər kondominiumlar olur, buradakı mənzillər binanın sahibindən icarəyə götürülməkdənsə, adətən fərdi mülkiyyətdə olur. Sənaye inqilabından əvvəl belə nümunələr nadir idi, yalnız tarixi şəhər mərkəzlərində mövcud idi. Qədim Romada bunlara insula, Şibamda göydələnlər, Madriddə casas a la malicia və Əlcəzair Kasbahında kasbah deyilir.
Azqıllı qurdlar
Azqıllı qurdlar (lat. OLigochaeta) — qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır. == Ümumi xarakterik məlumat == Böyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Bu qurdların əksəriyyəti şirin sularda (1000 növ), az bir qismi dənizlərdə (200-dən çox), böyük bir qismi isə torpaqda (qalan növlər) yaşayır. Bəzi oliqoxetlər hətta az duzlu sularda belə yaşayırlar (Lumbriculidae). Lakin evriqalin növləri (Enchytraeus albidus) də vardır ki, onlar həm şirin sularda, həm də dənizdə yaşamaq qabiliyyətinə malikdirlər. Enchytraeidae fəsiləsindən olan polixetlərin suda və quruda yaşayan 400-dən çox növü vardır.