Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bənövşəli
Bənövşəli (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Göygöl rayonunun Azad inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Çar hökumətinin ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1847-ci ildə Saratov quberniyasının Mixaylovka yaşayış məntəqəsindən gəlmələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə gəlmələrin əvvəl yaşadıqları Saratovdakı Mixaylovkanın adı verilmişdir. Beləliklə, kəndin keçmiş adı Mixaylovka miqrasiyaya uğramış oykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 139 nəfər yaşayır.