1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. – Əhmədov maşından düşüb salam verdi.
Bünövrələrə sarı yeridi.
// Məc. mənada.
[Fərhad:] …Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur…
Lakin o [Hikmət İsfahani] bu səltənətin əsaslandığı bünövrənin, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi.
Müəllimin fikrinə görə bünövrəni möhkəm qoymaq, buraxılışı da yararlı etmək lazım idi.
2. Çıx.
halda: bünövrədən – bax binadan (“bina” sözündə).
Bir hörgü ki, bünövrədən gəc ola; Başı ərşə dəysə, dibi düz olmaz.