Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Buzuluk
Buzuluk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Buzüstü xokkey
Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növü. Oyunçular hokkey konkilərini geyib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya soxaraq xal qazanırlar. Komanda biri qapıçı olmaq üzrə altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buzüstü hokkey Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar idman növüdür. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHL-dəndir (Milli Hokkey Liqası). İlin sonunda Stenli Kubokunu uğrunda mübarizə gedir.
Buzüstü hokkey
Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növü. Oyunçular hokkey konkilərini geyib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya soxaraq xal qazanırlar. Komanda biri qapıçı olmaq üzrə altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buzüstü hokkey Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar idman növüdür. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHL-dəndir (Milli Hokkey Liqası). İlin sonunda Stenli Kubokunu uğrunda mübarizə gedir.
Büzuşa (Zəncan)
Büzuşa — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mahnişan bölgəsinin Qənibəyli kəndistanında, Mahnişan qəsəbəsindən 50 km şimal-şərqdədir.
Tanrı quzusu
Tanrı quzusu və ya Aqnus Dei (lat. Agnus Dei, yun. Ἀμνὸς τοῦ Θεοῦ) — İsanın simvolik adlarından biri. == Təsviri == Bu, Məsihin özünü bir quzu kimi kəsilməyə verməsi ilə bağlıdır. Bu təsvir aqrar mədəniyyətlərdə geniş yayılmış, sürüdə doğulan ilk quzunu tanrılara qurban vermək ayininə gedib çıxır. Quzu üzüyolalıq, müqavimət göstərməmək, məsumluq və təvazökarlıq simvoludur. Məhz bu keyfiyyətlər xristian etik idealını təşkil edirdi. Tanrı quzusu obrazının variantlarından biri də sinəsindən qan axan quzu idi ki, bu da Məsihin əzabını və kəffarə qurbanını simvolikləşdirirdi. Başqa bir bədii versiyada üzərində xaç təsvir edilmiş bir bayraq olan zəfər quzusu idi. Quzunun başına müqəddəslik halosu çəkilmişdi.
Tanrı quzusu (Surbaran)
Tanrı quzusu (lat. Agnus Dei, isp. Cordero de Dios) — Barokko dövrü ispan rəssamı Fransisko de Surbaran tərəfindən işlənmiş rəsm əsəridir. Surbaran, 1653-1640-cı illərdə əsərin bir-birindən çox az fərqlənən altı versiyasını işləmişdir. Hazırda onlardan üçünün yeri məlumdur. Məlum olan əsərlər Prado muzeyi, San-Dieqo İncəsənət Muzeyi və Salvador Plandiuranın kolleksiyasında saxlanılır. Dini mövzulu əsərin mövzusu Bibliyanın "Həvarilərin işləri" (8:32) hissəsindən götürülmüşdür: "Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. " == Prado versiyası == Əsərin daha bitkin və yaxşı saxlanmış versiyası Madriddəki Prado muzeyinin kolleksiyasına daxil olmaqla daimi ekspoziyadadır. 38x62 sm ölçüyə malik olan əsər, icra texnikası və təkmilliyinə görə ispan barokkosunun ən incə və vacib nümunələrindən biri hesab edilir. == Plandiuranın koleksiyasındakı versiyası == Həm də "Ayaqları bağlanmış qoyun" adı ilə tanınan ikinci versiya, Salvador Plandiuranın Barselonada saxlanan kolleksiyasına daxildir.
2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Hokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü hokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Hokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Hokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan Finlandiya Bir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Hokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Hokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.