BÜRÜŞÜK


1. sif. Bürüşmüş halda olan; qırışıqlı, qırış-qırış. Bürüşük üz. Bürüşük köynək.
[Kərim baba] bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın [dedi] A.Şaiq.

// Əzik.
Nəriman diqqət edəndə saatını, … bürüşük zərfi tapdı. Mir Cəlal.

2. is. Qırış.
Lampanın işığında onun [Xanpərinin] üzündəki bürüşüklər, alnındakı qırışıqlar aydın görünürdü. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜRÜŞÜK yığılı — bükülü
  • BÜRÜŞÜK qırışıq — əzik

Antonimlər (əks mənalı sözlər)

  • BÜRÜŞÜK BÜRÜŞÜK – AÇIQ Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın – dedi (A
BÜRÜŞTƏLİK
BÜRÜŞÜKLÜK
OBASTAN VİKİ
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.

Digər lüğətlərdə