Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəndovan
Bəndovan yaşayış yeri — Azərbaycanda orta əsrlərə aid yaşayış yeri. Bəndovan (İrəvan) Bəndovan burnu — Qaradağ rayonunda, Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yer, burun (çıxıntı). Bəndovan (qəsəbə) — Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə inzibati ərazi vahidi də şəhər tipli qəsəbə. Bəndovan Dövlət Təbiət Yasaqlığı — Azərbaycanda dövlət yasaqlığı. Bəndovan palçıq vulkanı — Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşən palçıq vulkanı.
Bəndüvan
Bəndüvan - orta əsrlərdə Azərbaycanda suvarma işləri ilə əlaqədar vəzifə. Bəndüvançı icma arxlarını təmir edir, suvarma suyunu kəndlilər arasında bölüşdürür, ondan düzgün istifadə olunmasına nəzarət edir, bəzən əkin sahələrini də qoruyurdu.
Gəndəxan
Kəndaxan — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndaxan Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Keçmışdə Kəndüvan da adlanmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kəndaxan adlı bir Şəxs saldığı üçün kəndə onun adı qoyulmuşdur. Əslində, istər yaşayış məntəqəsinin keçmiş adı, istərsə də indiki adı "kənd yeri" mənasındadır.
Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Məlumat == Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin] == Əhalisi və coğrafi mövqeyi == Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin] == İnfrastruktur == Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Bəndovan (İrəvan)
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan (İrəvan )

Bəndovan burnu
Bəndovan burnu - Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yerdir. Burnun ərazisində Bəndovan vulkanı yerləşir. Burnun yaranmasın səbəbi vulkanın gilli suxurları səthə buraxması nəticəsində quru səthin genişlənməsinə səbəb olmuşdur. Ən hündür nöqtədi 47,2 metr təşkil edir. Burun hazırda Bəndovan dövlət təbiət yasaqlığı ərazisində yerləşir. Bəndovan burnundan bir qədər şimalda Yuxarı Şirvan kanalı dənizə tökülür. Dənizdən aşkar şəkildə müşahidə edilir. Ərazi inzibati cəhətdən Qaradağ rayonu ərazisinə daxildir. == Bəndovan şəhəri == 1970-ci illərdə dəniz suyunun enməsi ilə bəndovan burnu ərazisində yaşayış məntəqələrinin qalıqları aşkarlanmşdır. Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı tikililər, dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s.
Bəndərgah (Tarım)
Bəndərgah (az.-əbcəd بندرگاه‎, fars. بندرگاه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Həndəlan (Miyanə)
Həndəlan (fars. هندلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (57 ailə).
Bendejön
Bendejön (fr. Bendejun) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Beyləqan
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Morfoloji cəhətdən oturacağının diametri 2 km-dən çox olan dağdır. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Vulkan brekçiyası sahəsi 118 ha, orta qalınlığı 35 m, həcmi isə 412 mln m³-dur.
Bəndovan yaşayış yeri
Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb. Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Araz (Beyləqan)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bahar (Beyləqan)
Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Beyləqan (şəhər)
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Beyləqan bələdiyyələri
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Beyləqan bələdiyyəsi

Beyləqan mədrəsəsi
Beyləqan mədrəsəsi — XI əsrə aid mədrəsə. == Haqqında == XI əsr yerli müəlliflərdən Məsud ibn Namdarın yazdığı əsərdə Azərbaycan şəhərlərindən Beyləqan mədrəsəsi haqqında da bəzi məlumatlara rast gəlmək olur. Əsərdə “məktəbdən qayıdan uşaqlardan” və “məktəblilərin imla yazı lövhələrindən söz açılır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Orta əsrlər Beyləqan şəhərini arxeoloji cəhətdən tədqiq edən görkəmli arxeoloq Qara Əhmədov bu məlumatları əsərində təsdiq edir. Beyləqan qazıntılarından tapılmış epiqrafik məlumatdan aydın olur ki, əhalinin aşağı təbəqəsinə mənsub olan adamlar içərisində də savadlı adamlar varidi. Buna misal olaraq müəllif Beyləqan dulusçularını göstərir. O yazır ki, Beyləqanda istehsal olunmuş saxsı qabların üzərində xeyli miqdarda yazılar vardır. Bu yazıların dulusçular tərəfindən yazıldığı bizdə şübhə oyatmır. Yazıları bəziləri lirik beyt və rübailardən ibarətdir, yəni artıq şeir şəkli almış yazılardır.
Beyləqan qalası
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Aran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Beyləqan rayonu
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Beyləqan şəhəridir. == Tarixi == Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir. == Coğrafi mövqeyi == Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır.
Beyləqan yepiskopluğu
Beyləqan yepiskopluğu (Asoru dilində: ܦܝܕܐܓܪܢ) — Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələrdə mövcud olmuş tarixi inzibati ərazi vahidi. Az öyrənilmişdir və cəmi iki yepiskopu məlumdur. == Yepiskopları == === İohann === Tarixi qeydlərdə adı ilk dəfə 540-cı ildə "Paydanqaran yepiskopu" olaraq keçir. 544-cü ildə I Abanın sinodunda qəbul edilən aktları təsdiqləmişdi. === Yakob === 554-cü ildə yepiskop olaraq Yosefin sinodunda iştirak etmişdi.
Beyləqan üsyanı
Beyləqan üsyanı (748) — 748-ci ildə baş vermiş üsyan. Beyləqan üsyanı (794) — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsyanı.
Beyləqan şəhəri
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.IX–X əsrlərdə Beyləqanda keramika məmulatının bişirilməsi texnikası təkmilləşir, yüksək keyfiyyətli məişət və inşaat keramikası istehsal etməyə imkan verən iki yaruslu dulus kürələri meydana gəlir.
Bünyadlı (Beyləqan)
Bünyadlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd 2270 nəfər əhalisi var. == Tarixi == Bünyadlı Beyləqan rayonunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Qarabağ kanalından 2.5 km. aralı, Mil düzündədir. Keçmiş adı Molla Bünyadlıdır. Mollabünyadlı Mil düzündə yaşamış eyvazalılar (yaxud əmiralılar) adlı nəslin bir tirəsinin adıdır. Etnotoponimdir.