Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birinci beşillik plan (SSRİ)
Birinci Beşillik Plan (I пятилетний план, первая пятилетка) — 1928–1932-ci illər arasında Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin dövründə əldə edilmiş iqtisadi hədəflərin siyahısı. Plan Sovet İttifaqının iqtisadiyyatında tək ölkədə Sosializm nəzəriyyəsinə uyğun olaraq, sıçrayış etmək məqsədi daşıyırdı.
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik halMüəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur.
Bəşirli
Bəşirli — Azərbaycan soyadı və toponim. Xatirə Bəşirli (d. 1958) — filologiya elmləri doktoru, professor. Səməd Bəşirli (d. 1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Toponim == Bəşirli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Bəşirli-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəşirli-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bəşirli (Goranboy)
Bəşirli (əvvəlki adları: Bəşirabad; Leninabad) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Hazırəhmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gələrək Qarasuçu, Göynüyən, Hazırəhmədli və b. kəndlərdə rəncbərlik edənlər salmışdılar. 1924-cü ildə kənd partiya və dövlət xadimi Mirbəşir Qasımovun (1879–1949) şərəfinə Bəşirabad adlandırılmışdı. 1930-cu ildə burada Lenin adına kolxoz təşkil edildi və kəndin adı dəyişdirilərək Leninabad adlandırıldı. 1997-ci ildə yaşayış məntəqəsi Bəşirli adı ilə rəsmiləşdirilmişdir. 1933-cü ildə bu kəndlə yanaşı Sabirabad rayonunda da Bəşirabad adlı kənd qeydə alınmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 483 nəfər əhali yaşayır.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Xatirə Bəşirli
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor. YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri. == Həyatı == Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir. Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qırmızı Beşlik
Qırmızı Beşlik (rus. Красная пятёрка) 1934-cü ildə, SSRİ-də İosif Stalin və Kliment Voroşilovun istəyi ilə yaradılmış aerobatika komandasıdır. Uçuşlar üçün İ-16 təyyarələri istifadə olunurdu. Komanda üçün hazırlanan xüsusi təyyarələrdə silahlanma yox idi. Komandanın ilk ictimai uçuşu 1 may 1935-ci ilə təsadüf edib. == Qəzalar == 11 avqust 1937: Təlim uçuşu zaman 2 təyyarə havada toqquşub. Pilot V. N. Yeseyev həlak olub.
Bəşirli-i Süfla (Germi)
Bəşirli-i Süfla (fars. بشيرلوي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Bəşirli-i Ülya (Germi)
Bəşirli-i Ülya (fars. بشيرلوي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (24 ailə).