BEŞLİK


1. is. Beş manatlıq pul.
Rəsul qarının ovcuna bir qızıl beşlik basıb yola saldı. Aşıq Qərib”.
Aslan hər iki beşliyi götürüb bükdü və Qulam dayının eyvanına tərəf boylandı. S.Rəhimov.

2. is. Kart oyununda beşxallı kağız.
3. sif. Beş nömrəli. Beşlik lampa. Beşlik piltə. Beşlik taxta.
– …Beşlik hisli çırağı yandıraraq, qumar oynamağa oturardılar. S.Rəhman.

4. sif. Beş vahiddən ibarət ölçü və ya şey. Beşlik kisə (beş kilo, ya beş pud tutan kisə).
BEŞLƏÇƏKLİ
BEŞMANATLIQ
OBASTAN VİKİ
Qırmızı Beşlik
Qırmızı Beşlik (rus. Красная пятёрка) 1934-cü ildə, SSRİ-də İosif Stalin və Kliment Voroşilovun istəyi ilə yaradılmış aerobatika komandasıdır. Uçuşlar üçün İ-16 təyyarələri istifadə olunurdu. Komanda üçün hazırlanan xüsusi təyyarələrdə silahlanma yox idi. Komandanın ilk ictimai uçuşu 1 may 1935-ci ilə təsadüf edib. == Qəzalar == 11 avqust 1937: Təlim uçuşu zaman 2 təyyarə havada toqquşub. Pilot V. N. Yeseyev həlak olub.

Digər lüğətlərdə