Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başxanım Şəfiqızı
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə. == Həyatı == Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur. Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir. Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur. Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır. Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir. == Haqqında yazılanlar == Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159). 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh.
Bəyimxanım Vəliyeva
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019). == Həyatı == Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın “Magistr” pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının “Doktorantura” pilləsinə qəbul olmuşdur. 2017-ci ildə “Doktorantura” pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, beş övladı var. == Karyerası == İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış etmişdir. - 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülmüş; - 1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olmuş; - 1997-ci ildə “Pöhrə-97” müsabiqəsinin laureatı olmuş; - 1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş; - 1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın II dərəcəli Diplomuna layiq görülmüş; - 1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın Diplomantı adına layiq görülmüş; - 1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş; - 1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyasına layiq görülmüş; - 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş; - 2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş; - 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüş; - 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş; - 2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur. - 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasına layiq görülüb.
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.