1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim.
[Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım.
Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “ ”.
Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü.
// Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin.
// Hörmət üçün qadın adlarına əlavə edilir.
Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı.
Ağa Murad bəyin Reyhan xanımla rəftarı … get-gedə sərtləşirdi.
[Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir.
// Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir).
2. Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi.
– Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu.
3. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s.